Çinin və Azərbaycanın kosmik agentlikləri arasında Ayda Beynəlxalq Elmi Stansiyanın (ABES) tikinti layihəsi çərçivəsinə əməkdaşlığa dair birgə bəyanat imzalanıb. Bu barədə CGTN telekanalı məlumat verib.
Sənədə əsasən, hər iki tərəf həmçinin, kadr hazırlığı və elmi təcrübələrin keçirilməsi üzrə əməkdaşlıq etmək niyyətindədir. Telekanal qeyd edir ki, o cümlədən proqrama daha önc Pakistan, BƏƏ, CAR və Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatıqoşulub.
CGTN-nin məlumatına görə, əməkdaşlığa dair bəyanatın imzalanması cari ayın əvvəlində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub.
Rusiya və Çin arasında ABES-in yaradılması ilə bağlı əməkdaşlıq memorandumu 2021-ci ildə imzalanıb. Layihə çərçivəsində ölkələr stansiyanın yaradılması üzr yol xəritəsini birgə hazırlamalı, layihənin planlaşdırılması, əsaslandırılması, layihələndirilməsi, işlənilməsi, reallaşdırılması və istismarı zamanı qarşılıqlı əlaqədə olmalıdırlar.
2021-ci ildə “Roskosmos”da qeyd olunub ki, ABES Ayın səthində və/və ya orbitində yaradılacaq. Stansiyadan «çoxprofilli və çoxməqsədli elmi-tədqiqat işləri aparmaq üçün» istifadə ediləcək. Daha öncə oktyabr ayında məlum olub ki, ABES-in tikintisi 2040-cı ilə qədər başa çata bilər.