Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol qəzası baş verib. "VAZ-2106" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Hadisənin təfərrüatı araşdırılır.
Mətləb