Şeyma Subaşı misirli milyonçudan boşandı

Türkiyəli model, Acun llıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı misirli həyat yoldaşı Mohammed Alsaloussidən boşanıb. Türkiyə mətbuatı yazır ki, Ş.Subaşı misirli milyonçudan boşanan kimi eks-həyat yoldaşı ilə olan bütün şəkillərini sosial media hesabından silib. Bundan başqa, Şeyma instaqram hesabında "Alsaloussi" soyadını da götürüb.
Qeyd edək ki, Şeyma və Mohammed mayda ailə qurub. Onlar üç gün, üç gecə toy etmişdi. İkili məhkəməyə təqdim etdikləri sənədlərdə aralarında sevgi bağının olmadığını və bir-birilərindən təzminat tələb etmədiklərini vurğulayıblar.
Mətləb