Bazar ertəsi günü, 09 noyabr 2026
     

Tullantıların idarə edilməsində əsas problem əhalinin biganəliyidir

Image


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi "Təbiətdə zibil yox, tullantı - xammal var" monitorinq-maatifləndirmə layihəsinin nəticələrinə uyğun olaraq hazırlanmış

Hesabat:

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyi həyata keçirdiyi "Təbiətdə zibil yox, tullantı - xammal var" monitorinq-maatifləndirmə layihəsi çərçivəsində Bakı şəhərinin Səbail və Yasamal rayonlarının ərazisində tullantı toplanan məntəqələrdə müşahidələr aparılmış, əhaliyə təbliğat bukletləri paylanmış, sorğular keçirilmiş və bərk məişət tullantılarını idarə edən şirkətlərin nümayəndələri ilə rəsmi və qeyri-rəsmi söhbətlər apararaq, bu sahədə olan mövcud problemləribi üzə çıxarıb və onların həlli yollarını axtarıb. Həyata keçirdiyimiz monitorinq, sorğular və araşdırmalarımız nəticəsində aşagıdakı problemləri müəyyən etdik və nəticələrə müvafiq, dünya təcrübəsinə uyğun olaraq təkliflər hazırladıq.

Problemlər:

1. Əhali arasında məlumatlandırma və təbliğat işi aşağı səviyyədədir. Rəyi soruşulan şəhər sakinlərinin 78 faizi tullantı qutularının müxtəlif rənglərdə olmasının səbəbini bilmir. Yalnız rəyi soruşulanların 22 faizi yaşıl və narıncı tullantı qutularından istifadənin çeşidləməyə xidmət etdiyini bilir. Bununla belə Birliyin könüllü əməkdaşları Bakı şəhərinin mərkəzi küçələrində, dövrü mətbuatda, televiziyalarda və internet resurslarında tullantıların atılm və çeşidləmə qaydalarına aid reklam xarakterli mətnlər axtarıblar. Könüllülər yalnız internet resurslarında bu barədə, əsasən "Təmiz Şəhər" ASC-yə məxsus layihə materiallarına, əldə edilməsi çətin olan mətnlərə rast gələiblər. Bununla yanası, Sabunçu rayonunun Qala qəsəbəsində maartifləndirici lövhələrə müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əhalinin bu qədər məlumatsızlığının səbəbi təbliğat-maarifləndirmə işinin zəifliliyidir.

2. Rəyi soruşulanların 74 faizi etiraf edib ki, tullantını çeşidləmir və tullantı məntəqəsinə yaxınlaşanda əlindəki tullantını ixtiyari qutuya ataraq işini bitmiş hesab edir. Bakı şəhərində tullantıların çeşidlənməsinə başlanmasından 6 il vaxt keçməsinə baxmayaraq, rəyi soruşulanların yalnız 26 faizi tullantıları çeşidlədiyini bildirib.

3. Rəyini soruşduğumuz səhər sakinlərinin 25 faizi tullantıların atılmasını uşaqlara həvalə edir. Uşaqlar isə əksər hallarda qapalı tullantı qutularının qapağını aça bilmədiyindən tullantını qutuların ətrafına atır. Hansı məntəqədə sosial işçi varsa, onlar uşaqların bu problemini onlar aradan qaldırır və ya qutuların ətrafına atılan tullantıları qısa müddətdə təmuzləyirlər. Lakin fikrimizcə, məsələnin köklü şəkildə həll edilməsi üçün mütləq əhali arasında ciddi təbliğat-təşviqat və maarifləndirmə işi aparılmalıdır ki, ailədə valideyinlər tullantıların atılmasını azyaşlı uşaqlara həvalə etməsinlər. Amma təbliğat baxımından tullantı atan valideyinlərin özləri ilə uşaqları da götürməsində fayda var. Bu halda ən azı azyaşlılarda tullantı atmaq barədə vərdiş formalaşa bilər.

4. Əhali üfunət qoxu verən qarışıq tullantıları germetik qablaşdıra bilmir. Əhali arasında aparılacaq təbliğatın bir predimeti də məhz qarışıq tullantıların qablaşdırılmasıdır. Bakıda istənilən tullantı məntəqəsində az və ya çox miqdarda üfunət qoxu var. Bunun qarşısını almaq üçün əhali qarışıq tullantını mənzilində qablaşdırmalıdır.

5. Tullantı qutularının qapaqları ilə bağlı kiçik problem böyük fəsada səbəb olur. Tullantı qutuya atılan zaman tullantı qutularının qapaqları vətəndaş ayağını pedaldan çəkən kimi qapanır və qutu qapağının qovduqu hava dalğasının təsiri altında qutunun içindəki üfunət qoxuyan hava tullantı atan adamın üzünə çırpılır. Bundan da dolayı çoxları tullantını qutuya yox, qutunun yanına qoyub.

6. Tullantıların idarə edilməsi üçün əhalidən yığılan pulun şəffaflıq problemi var və bu məbləğ rəmzi xaralter daşıyır. Rəyi soruşulan sakinlərin 82 faizi tullantıların idarə edilməsinə görə nə qədər pul xərclədiyindən xəbəri yoxdur. Çünki bu məbləğ rəmzi xarakter daşıyır, hər adam üçün ayda sadəcə 30 qəpik. Bu bəlkə də bir nəfərin heç bir günlük tullantısının idarə edilməsinə yetməz. Tullantı pulu kiçik məbləğ olduğundan o ümumi kömmunal xidmətlərin içində görünmür. Bakı şəhərində 500-600 ailənin (2-3 min əhalinin) yaşadığı binanı idarə edən "komendantlar" ayda təxminən 100-150 manat tullantının idarə edilməsi xərci verir ki, bu da heç bir həftəlik idarəetmənin xərclərini qarşılamır.

7. Tullantınn duzgün atılması qaydaları heç yerdə olmadığı kimi, tullantınn düzgün çeşidlənməməsi və səhf atılmasına görə məsuliyyət yaradan hüquqi baza belə mövcud deyil. Onlarla sakinin çeşidlədiyi bir qutu xammalı bir nəfər məsuliyyətsiz qarışıq tullantı ilə zay edir və buna görə də heç bir məsuliyyət daşımır.

8. Dunya təcrübəsi göstərir ki, bərk məişət tullantılarının idarə edilməsi (BMTİE) sistemində ciddi uğura nail olmaq üçün bu işlə özəl şirkətlər məşğul olur. Yəni bu sahə dünyada gəlir gətirən biznes strukturdur.
Hazırda Bakıda da tullantılar daşıyan özəl şirkətlər var. Amma onlar hazırda daha çox ümumi idarəetmə prosesinə manie olurlar. Özəl şirkətlər yalnız tullantıların daşınması üçün qaneedici məbləğ təklif edən şirkət, idarə, müəssisə və yeni tikilən hündürmərtəbəli yaşayış binaların tullantılarını daşıyır. Onların əksəriyyəti isə bu tullantıları şəhərə yaxın olan qeyri-qanuni poliqonlara daşıyır. Bununla da onlar tullantıların idarə edilməsinə yardım etmək əvəzinə, prosesə əngəl törədir. İdarəetmənin əsas məqsədi ümumiyyətlə, tullantı poliqonlarının ləğv edilməsi, bütün tullantıların təkrar emala cəlb edilməsidir. Özəl şirkətlər isə bir çox hallarda qeyri-qanuni poliqonların inkişafına xidmət edir. Bu, tullantıların idarə edilməsinin özəl şirkətlərə verilməsi sayıla bilməz.

9. Digər məqam ondan ibarətdir ki, hazırda tullantıların idarə edilməsi prosesi iki dövlət qurumu arasında bölünüb. Tullantıları Bakı Şəhəri İcra Hakimiyyətinin nəznində "Kommunal Xidmətlər Müəssisəsi" MMC yığıb, daşıyır, lakin onun emalı, çeşidlənməsi və uerləşdirilməsi ilə "Təmiz Şəhər" ASC məşğul olur. Dünya təcrübəsinə əsasən, daha səmərəli nəticə əldə etmək üçün bütün proses bir şirkətin idarəetməsində olmalıdır. Bakıda isə xərc tələb edən mərhələni bir, mənfəət gərirən mərhələni isə digər şirkət idarə edir. Bu da BMTİE ilə məşgul olan şirkətin kommersiya marağını azaldır.

10. Problemlərdən biri də ondan ibarətdir ki, Bakı şəhərində tikinti materialları tullantısı ya tullantı qutularına, ya da qutuların ətrafına atılır. Dünya təcrübəsində tikinti materiallarının tullantısı bərk məişət tullantısı hesab edilmir və bu tullantı bizim küçələrdə gördüyümüz tullantı məntəqələrinə atılmır. Hazırda tullantı məntəqələrinə atılan tikinti tullantılarını Mənzil Kommunal İstismar Sahələri (köhnə "JEK") köhnə, özüboşaldan maşınlarla daşıyır.

11. Müşahidələrimiz göstərir ki, Abşeron yarımadası ərazisində polietilin və plastmat materiallar ətraf mühit üçün uzunömürlü tullantılar formalaşdırır və əraziyə xarakterik küləkli hava şəraiti dənizi də bu cür materiallarla çirkləndirir.

Təkliflər:

1. Məişət tullantılarının əhali tərəfindən çeşidlənməsinə nail olmaq üçün ciddi, ardıcıl və şaxələndirilmiş təbliğat kampaniyaları aparılmalıdır. Bunun üçün televiziyalar vasitəsi ilə sosial reklam çarxları yayınlanan bilər, küçə banerləri və məlumatlandırıcı lövhələr yerləşdirmək, əhaliyə maarifləndirici broşurlar, bukletlər, filerlər, məlumat vərəqələri paylamaq olar. Hətta məktəblərin yuxarı siniflərində bununla bağlı dərs saatları da salmaq olar. Təxminlərimizə görə, orta hesabla hər yüz min əhali üçün on-on beş min təbliğat vasitəsi çap edilməlidir.
Bununla yanaşı, ərazidə tullantı məntəqələrinin yerini göstərən və təlumatlandırıcı lövhələr qoyulmalı, həmin lövhələrdə tullantılarin daşınma saatları da qeyd edilməlidir.

2. Tullantı qutularınin qapaqlarına onların ləng örtülmısini təmin edən hidravlik mexanizm qoşulmalıdır ki, tullantı atan adamın üzünə qoxulu hava vurmasın. Yaxud da tullantı qutularının həcmini bir qədər kiçildib, qapağı əl ilə açılan qutulardan istifadə edilə bilər.

3. Qarışıq tullantıların germetik (iyi çıxmamayan) qablaşdırılmasından ötrü əhaliyə qablaşdırma materialları paylanması təmin edilməlidir. Bununla biz tullantı məntəqələrindən gələn xoşagəlməz qoxunu aradan qaldıra bilərik. Həmin qablaşdırma materialları həm də maarifləndirmə vasitəsi kimi istifadə edilə bilər. Məsələn, qablaşdırma materiallarının üzərində tullantıların atılması qaydaları barədə qısa mətnlər yerləşdirilə, onların rəngi çeşidləmə qutularına müvafiq seçilə bilər. Bununla biz həm də üzvi tullantıların iyinə yığışan, yolxucu xəstəliklər mənbəyi olan milçək və digər həşərat yığnağının qarşısını ala bilərik.

4. Bakı kimi böyük şəhərlərdə təmir-tikinti işi ilə yalnız rəsmi qeydiyyatı və ya icazəsi olan şirkətlər məşğul olmalıdır. Həmin şirkətlər də müştəri ilə bağladığı müqaviləyə əsasən təmir zamanı əmələ gələn tullantını daşıyıb, utilizasiya edilməsinə cavabdeh olmalıdır. Həmin təmir-tikinti şirkətləri şəhərin rəsmi qurumları ilə bağlanmış müqavilə əsasında bu məsələni həll etməlidir.

5. Müşahidələrimiz göstərir ki, məişət tullantılarının əsas hissəsini qida qalıqları və s. üzvi maddələr təşkil edir. Bu isə qarışıq tullantıların yandırılaraq ondan elektrik enerjisi alınması prosesinin xərclərini artırır. Zavodda qazla sulu tullantılar yandırılır, bu da qaz məsrəflərini artırır. Təklif edirik ki, tullantı məntəqələrinə üzvi tullantıların atılması üçün ayrıca qutular qoyulsun. Mövsümə uyğun olaraq bu qutuların sayı azaldıla və çoxaldıla bilər. Sonrakı mərhələdə isə həmin tullantıdan bioyanacaq almaq və torpaqları münbitləşdirmək üçün qidalandırıcı üzvi gübrə (kompoz) hazırlamaq olar.

6. Tullantı poliqonlarına ehtiyacın azaldılması məqsədi ilə ölkəyə təhlükəli tullantıların emal edilməsi texnologiyası gətirilməlidir. Hazırda menbran örtüklə təcrid edilərək basdırılan təhlükəli tullantılar menbran örtüklərinin istifadə müddəti kecdikdən sonra yenidən təhlükə mənbəyinə çevrilə bilər. Bu gələcək üçün çox təhlükəlidir. Həm də bu, texnologiyanın olmaması poliqonların ləğvini əngəlləyən amillərdəndir.

7. Tullantıların düzgün qablaşdırılması, çeşidlənməsi və müvafiq qutulara atılmamasına görə, vətəndşlarda məsuliyyət yaradan hüquqi baza formalaşmalıdır.

8. Tullantıların idarə edilməsi üçün optimal qiymət formalaşmalıdır. Bu, BMTİE prosesin iqtisadi baxımdan rentabelli sektora çevrilmısindən ötrü vacib olan amillər sırasındadır. Cəmiyyətdə tədricən tullantının ədalətli qiyməti formalaşmalıdır. Məsələn, Yaponiyada tullantıya o qədır dəyər verilir ki, orada nə tullantı məntəqəsi, nə də BMTİE ilə məşğul olan şirkətlərin tullantıları ərazidən daşıyan maşınları var. Vətəndaş özü tullantını şəxsi maşını ilə qəbul məntəqəsinə gətirir, çeşidləri üzrə təhvil verir və çəkiyə uyğun pulunu alır. Bu prosesin qurulmasının ilk addımı tullantıya verilən dəyərdən başlayır. Tullantının ədalətli idarəetmə xərcləri formalaşmalıdır.

9. BMTİE prosesi özəl şirkətlərin idarəetməsinə verilməlidir. Bu proses bütövlükdə bir şirkətin sərəncamında olmalıdır. Yəni bir şirkət həm tullantınn toplanması, daşınması, həm də onun çeşidlənəib, emal edilərək, alınan məhsulun satılması ilə məşğul olmalıdır. Bir tərəfdən xərc qoyulur, digər tərəfdə isə xərclə yanaşı, həm də gəlir əldə edilir. Ona görə də bu iki proses mütləq vahid bir özəl şirkətin əlində cəmıəşməlidir.
Əslində BMTİE prosesinin müəyyən mərhələləri deyil, ərazilər tam şəkildə hərraca çıxarılmalı və şəffaf rəqabət mühitində özəl şirkətlərin birinə həvalə edilməlidir. Ərazi rayonlar şəklində də idarəetməyə verilə bilər, bütün Bakı şəhəri bir şirkətin idarəetməsinə də həvalə edilə bilər.
Bütövlükdə BMTİE ilə özəl şirkətlər məşğul olduqda, onlar bu prosesin rentabelli olmasında maraqlı tərəf kimi çıxış edirlər və gec-tez buna nail olurlar. Dövlət şirkətləri isə işin rentabelli, kommersiya istiqamətli getməsində maraqlı deyillər. Çünki onların bütün təminatı dövlət büdcəsinin öhtəliyi sayılır. Belə olan halda, BMTİE prosesi dövlət büdcəsini yükləyən kompanetlərdən birinə çevrilir. Lakin bu prosesin özəl şirkətlərin idarəetməsinə verilməsi bir tərəfdən, yeni rentabelli özəl sektorun yaranmasına gətirib çıxarır, digər tərəfdən isə, dövlət büdcəsinin yükü azalır.

10. Polietilen torbalardan ticarət şəbəkələrində, plastmast materiallardan isə su butulkaları istehsalında istifadə edilməsi qadağan ediıməlidir.

Hesabatın məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Hazırladı: “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin ekspertlər qrupu



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ