Siruşo, Leona qoşulub özünü vaxtsız məhv eləmə, sən gənc və gözəlsən....

Ermənistanda artıq bir çoxu separatçıların silahı yerə qoyub Azərbaycanın şərtlərini qəbul etməsini, Xankəndində nizam-intizamın Azərbaycanın nəzarətinə keçməsini, tezliklə üçrəngli bayrağımızın bu qədim Azərbaycan şəhərində dalğalanacağını göz yaşları ilə qəbul edirlər. İllərdir ermənilərə aşılanan faşist ideologiyası çürüyüb artıq tarixin zibilliyinə atıldığı üçün əksər ermənilər bunu özləri üçün hər şeyin sonu kimi qəbul edirlər. Elə erməni müğənnisi Siruşo kimi. Xankəndidəki separatçıların silahı yerə qoymasından dəli olan Siruşo sevgilisi Levon barədə, keçirdikləri hisslər barədə erməni mətbuatına danışıb.
Deyir Levonla bərabər Avropanın istənilən ölkəsində musiqiçi koryerası qura, əla iş qazana bilərdilər. Deyir Xankəndidəki ermənilərin silahı yerə qoyması, ermənilərin Xankəndini tərk etməsi onu dərin iztiraba salıb: “Levon üçün həm də doğulduğu yer, torpağı, qohumları, dostları və indi zirzəmidə olan xalaları...
Bu gün həm o, həm də mən öz işlərim və planlarımla başqa bir ölkədə ola bilərdik, amma burada uşaqlarla qalmağı və burada mübarizə aparmağı üstün tutduq. Bütün bunlardan sonra bu ölkəyə və müəyyən bir xalq kütləsinə necə nifrət hissləri keçirdiyimi ifadə edə bilmirəm.”
Mətləb