23/09/2023 05:06
728 x 90

Laçında ağır qəza - "Azərenerji"nin iki əməkdaşı həlak oldu... - YENİLƏNDİ

img

Bu səhər saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

“AzərEnerji” ASC də Laçında baş verən qəza ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

Mətləb

Peşə etikası

Son xəbərlər