Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qondarma xəstəliklərlə əsgərlikdən yayındırılmış "niqodnılar" ifşa ediləcək - Prezident fərmanı...

Image


Cəmiyyətdə müəyyən insanlar var ki, onlar hərbi xidmətdən yayınmaq üçün aidiyyatı qurumlarda özlərinə tanış-biliş tapıb saxta sənəd düzəldirlər və bununla da "əsgərliyə yararsız" olurlar. Belələrinin sayı çox olmasa da, heç az da deyil.

Özünü "niqodnu" yazıran şəxslər 35 yaşa qədər müxtəlif yollarla müvafiq komissiyadan öz xeyirlərinə rəy ala bilirdilər ki, guya bunlar hərbiyə yararsızdırlar. Amma indi saxta "yararsız" sənədi alanlar arasında 35 yaşı tamam olmamış bütün şəxslər yenidən komissiyadan keçməyə cəlb olunacaq. Bildiyimiz kimi Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb.

Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.

Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.

Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.  Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov mətbuata verdiyi açıqlamada bildirib ki, 6 ay ərzində fərmanın icrasını təmin etmək məqsədilə işçi qrup yaradılacaq və texniki məsələlər həll ediləcək. “Nəticədə, həm müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığının müəyyən edilməsi prosesi daha rahat həyata keçiriləcək, həmçinin bu sahədə şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması əldə ediləcək”-deyə P. Sədrəddinov qeyd edib. 

Hərbi ekspert Ədalət Verdiyev bu barədə "Əvvəllər yekun tibbi müayinə zamanı bir çox korrupsiya və rüşvətin olması barədə iddialar səsləndirilirdi. Qeyd olunurdu ki, çağırışçılar müxtəlif yollarla "neqodnı" (yararsız) hərbi bilet əldə edirdi. Yeni fərmanın bu kimi halları aradan qaldıracağı gözlənilir.

İndi ən azından ümidlərimiz var ki, ƏƏMSN Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi daha da obyektiv olacaq. Ən azından rüşvət və korrupsiya ilə bağlı şikayətləri eşitməyəcəyik. Bir də əvvəlki illərdə yararsız hesab olunan, lakin hələ 35 yaşına qədər komissiyadan keçənlər olacaq. Həmin şəxslərin yoxlanışlar başlayandan sonra hərbi xidmətə göndərilməsini səbirsizliklə gözləyirəm"-deyə bildirib. 

Qeyd olunduğu kimi, hərbi xidmətə çağırış zamanı çağırışçının hərbi xidmətə yararlı olub olmadığı artıq başqa strukturda müəyyən olunacaq. İndiyə qədər yararsız hesab olununmuş və yaşı 35-ə çatmamış adamlar var ki, onların pulunu alıb özlərini "yararsız" çıxarıblar. Yeni fərmanla yaşı 35 olmamış keçmişdə qondarma, saxta diaqnozla hərbi xidmətdən yayındırılmış adamların paxırı açılacaq, bu, saxta xəstələri ifşa edəcək. 

  • "Sağlam olduqları halda əsgəri xidmətdən yayınanların sayı az deyil və bu fərman sayəsində onlar yenidən komissiyadan keçəcəklər, bu zaman onların yalanı üzə çıxacaq"

Hərbi ekspet Abuzər Əbilov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, 

əvvəlki dönəmlərdə qondarma xəstəliklərlə əsgərlikdən yayındırılmış " niqodnılar"ın ifşa edilməsində  Prezident fərmanının xüsusi əhəmiyyəti var. Bu fərmanı yüksək dəyərləndirən A. Əbilov "Bu problem cəmiyyət üçün real bir təhlükədir. Çünki bütün Azərbaycan xalqına, vətəndaş olaraq hər birimizə məlumdur ki, belə faktlar kifayət qədərdir. Bütün bu faktlara inansaq onda Azərbaycanın yarıdan çoxu "böyrək xəstəsi" dir, "düz pəncəlidir" və sair. Bunların çoxu da  bu və digər yüngül xəstəliklərdir ki, bunlar da hərbi biletdə sülh vaxtı "yararsız", müharibə vaxtı "məhdud yararlı" olaraq göstərilir. Şübhəsiz, bu insanların "yararsız" dioqnozunu alması elə - belə başa gəlmir hər kəsə məlumdur ki, bunu müəyyən pul ödəmək müqabilində yazdırırlar. Yaxın günlərdə Respublikasının Səfərbərlik Xidmətinin rəisinin dəyişməsindən sonra bir çox rayonlarda Səfərbərlik Xidməti komissiyası rəhbərlərinin dəyişdirilməsi, həbs olunması prosesləri baş verdi. Bu gizlin deyil. Bütövlükdə bu döyüşən orduya, səngərdə olan əsgərə həddən artıq neqativ bir hiss götürüb gəlirdi. Yəni səngərdə olan əsgər hər dəfə fikirləşirdi ki, mən buradayam, amma mənim qonşumda yaşayan, məndən də sağlam olan, heç zaman xəstəliyini görmədiyim bir insanın niyə məhz əsgərlik vaxtı gələndə onun "xəstəliyi" ortaya çıxdı. Bu hal cəmiyyətdə çox neqativ bir tendensiyaya gətirib çıxarırdı. Bu neqativ halın qarşısının alınmasında  Prezidentin imzaladığı fərmanın çox böyük əhəmiyyəti var, bu fərman tamamilə zamanında verilib. Bu fərman mütləq olmalı idi. Düşünürəm ki, respublika üzrə bu "xəstəlikləri" almış insanlar yenidən çağırılmalıdır, onlar yenidən müayinə olunmalıdır və xəstəliyi olmayanlar təkrar orduya çağırılmalıdır və gedib Vətənə borclarını verməlidirlər.  Gizlətmirəm, mənim ətrafımda da belə çoxlu insanlar var. Hətta bu insanlara davranışlarının qəbahət olduğunu deyəndə "mənim gözümün ağı-qarası bir övladım niyə gedib səngərdə oturmalıdır" cavabını verirlər"-deyə bildirdi. 

A. Əbilov təəssüflə qeyd etdi ki, indiyə qədər bu sahədə neqativlər olun və bəziləri müəyyən insanlardan pul, rüşvət alaraq onların uşaqlarını "yararsız" çıxarıblar. "Övladlarını "yararsız" çıxartdırmaq üçün çox vaxt valideynlər banklara gedib kreditlər götürürdülər, bu kreditlər hesabına da  bu "xəstəlikləri" alırdılar. Bunlar aşkar hallardır. Hüquq mühafizə orqanları bu yöndə nə qədər araşdırma aparıb, nə qədər insanı həbs edib. Mütləq mənada bu xidmətdən hərbi tibbi həkim komissiyasını götürmək və başqa orqanlara vermək lazım idi. Artıq bu məsələ Prezident fərmanı ilə müəyyənləşib. Prezident fərmanının icrasına başlanılanda prosesi həyata keçirən qurumun özünün də işinə ciddi nəzarət olmalıdır ku, həmin hadisələr yenidən baş verməsin. Yayınan insanlar orduya qaytarılması lazımdır. Sağlam olduqları halda əsgəri xidmətdən yayınanların sayı az deyil və bu fərman sayəsində onlar yenidən komissiyadan keçəcəklər, bu zaman onların yalanı üzə çıxacaq. Hesab edirəm ki, belələri aşkarlanıb ordu sıralarına cəlb edilməlidir"-deyə A. Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ