Bu il işğaldan azad edilən ərazilərdə 6 ümumtəhsil müəssisəsi fəaliyyət göstərəcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, həmin məktəblərdə 780 şagird, 94 müəllimlə fəaliyyətdə olacaq.
Zəngilan rayon Ağalı kənd tam orta məktəbi -11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kand uşaq bağçası-1 qrup),
Tərtər rayon Talış kənd tam orta məktəbi - 7 sinif 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası -1 qrup),
Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif 104 şagird, 15 müəllim,
Laçın şəhər 2 nömrəli tam orta məktəbi-11 sinif, 137 şagird, 16 müəllim,
Laçın rayonu Zabux kənd tam orta məktəbi-11 sinil, 51 şagird, 15 müəllim,
Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim (açılış cari tədris ili ərzində planlaşdırılır).