Bazar ertəsi günü, 09 noyabr 2026
     

Kirayə evlərin qiyməti artır, yataqxanalar “ağzına qədər” dolu - tələbə nə etsin?..

Image


Azərbaycanda hər yeni tədris ili başlayanda aktuallaşan məsələlərdən biri də kirayə evlərin qiyməti, tələbə yataqxanalarının sayının artırılmasıdır. Kirayə evlərdə bu vaxtlar qeydə alınan qiymət artımı yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlıdır.

Metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilir. Onu da qeyd edək ki, ümumiyyətlə, kirayə mənzil bazarının əsas istehlakçıları tələbələrdir.

Kirayə verilən evlərin sayının az olması da vəziyyətə təsir edir.  Paytaxtda kirayə mənzil qıtlığının və qiymətlərdə artımın əsas səbəbi köhnə yaşayış binalarının şəhərsalma tədbirləri ilə əlaqədar sökülməsidir. Ekspertlər bildirir ki, köhnə tikililər kirayə mənzil bazarında təklif portfelinin əsasını təşkil edir. İndi isə şəhərin yneilənməsi fonunda köhnə mənzillərin sökülməsi ilə bağlı ilbəil kirayə mənzil bazarında təklif azalır. Eyni zamanda son illərdə müşahidə olunan tendensiya ondan ibarətdir ki, söküntü işləri ilə əlaqədar kirayə mənzil bazarında ev qıtlığı yaranır. Üstəlik, tələbələr dərs ilini başa vurduqdan sonra mənzili boşaltmırlar. Onlar aylıq kirayə haqqını ödəyərək mənzili boş saxlayırlar. Bu da yeni gələn tələbələr üçün kirayə mənzil qıtlığına səbəb olur. Belə vəziyyət kirayə evlərə tələbi əhəmiyyətli dərəcədə artırır. Təzə mənzillərdə ev alanlar isə ya buranı kirayə vermir, ya da çox baha qiymət təklif edirlər. Yeni tikili binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir. Onu da bildirək ki, kirayə mənzil bazarında qiymət artımının bir səbəbi də ali məktəblərə qəbul olunan abituriyentlərin sayının artmasıdır. 2017-ci ildə qəbul planı toplam 43 min 300 tələbə idi. Bu say ötən il 51 min 900-ə yüksəldilib. Beləliklə, beş il ərzində qəbul yerlərinin sayı 8 min 600 nəfər və ya 20 faizə yaxın artırılıb. Ötən il prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, Azərbaycanda tələbələrin sayı 20 min artacaq. Burada qeyd edilib ki, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq. Nəticədə, ali məktəbə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq. Bütün bunlar kirayə bazarına təsir edir. Üstəlik, Rusiyanın Ukraynaya təcavüzü və bu üzdən həmin ölkələrdən Azərbaycana bir çox insanların gəlişinin kirayə bazarında qiymətlərə təsir etdiyi deyilir. Bəzi maklerlərin deməsinə görə, Bakıda hazırda 450 manatdan ucuz normal kirayə ev tapmaq müşkül məsələdir. Ölkədə minimum əməkhaqqı isə cəmi 345 manatdır. Yataqxana məsələsində də vəziyyət qeyri-qənaətbəxşdir.  Rəsmi məlumata görə, ölkə üzrə ali təhsil müəssisələrində oxuyan tələbələrin təqribən 2.5 faizi yataqxanalarla təmin edilir. Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxana binası var və onlardan yalnız 16-nın təmirli olduğu deyilir. Son illərdə yalnız bir yataqxana - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində 800 nəfərlik yataqxana tikilərək istifadəyə verilib. Paytaxtdakı əksər universitetlərin yataqxanalarında illərdir məcburi köçkünlər məskunlaşıb, bəziləri isə tam köhnəlib və yararsız hala düşüb. Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Turan”a bildirib ki, indi Azərbaycan təhsilinin ən böyük problemlərindən biri məhz yataqxana məsələsidir: “Xüsusilə də bu il kirayə evlərin qiyməti daha da fantastikdir və bu, tələbələr üçün problemlər yaradır. Bunu nəzərə alaraq biz ən qısa zamanda yataqxanalar problemini həll etməliyik. Əlbəttə, birdən-birə bu məsələnin həlli çətindir, amma ən azından hansısa müəyyən işlərə biz başlamalıyıq”. Deputatın sözlərinə görə, yeni qəbul olunacaq “Ali təhsil haqqında” qanunda sosial yataqxanaların yaradılması nəzərdə tutulur: “Hesab edirəm ki, bu önəmlidir. Ona görə də biz çalışmalıyıq ki, bu qanun tez bir zamanda qəbul edilsin”. Tələbə Güc Mərkəzinin sədri Fərid İmanov isə “Azadlıq” radiosuna bildirib ki, təhsil dövlətin öhdəliyidir və bu problemin də həllində dövlət məsuliyyət daşıyır: “Dövlət universitetlərinə qəbul olan tələbələr üçün pulsuz, yaxud güzəştli şərtlərlə keyfiyyətli yataqxanaların tikilməsi və ya barınma problemini aradan qaldırmaq üçün müəyyən kriteriyalara uyğun yaşam təqaüdünün verilməsi bu problemin qismən həllinə nail ola bilər. Ümumi həllin isə kommersiya məqsədli təhsil sisteminin köklü şəkildə dəyişməsi ilə mümkün olacağı aşkardır”. Bəzi ekspertlər isə torpaqlarımızın işğaldan azad olunmasının tələbə yataqxanalarının boşalmasına bir ümid yaratdığını bildirir. Hesab olunur ki,  tələbələrin yataqxana probleminin həlli üçün universitetlərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər tam köçürülməlidir. Bundan sonra tələbə yataqxanalarının əsaslı təmiri, yaxud da yenidən inşasına başlanılmalıdır. Məhz bu məsələlərin həlli problemin çözümünə imkan verə bilər.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ