Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirildi.
Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi oldu, sonda isə qala konserti keçirildi.
Tədbirdən geniş yazını növbəti sayımızda təqdim edəcəyik.
İradə SARIYEVA