Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində güclü yağışın yaratdığı fəsadlar nəticəsində dərəyə yuvarlanan avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən xilas olunub. Xızı-Giləzi yolunda çətin vəziyyətdə qalan bütün avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
Mətləb