Bu günlər dağlar diyarı Lerikdə Mədəniyyət Mərkəzinin kollektivinin rayon ərazisində yerləşən "N" saylı Hərbi hissəsinin sərhəd zastavalarında əsgərlərlə görüşü baş tutub. Belə ki, “Açıq qapı” günü münasibətilə Hərbi hissənin şəxsi heyətinin əsgərlərlə və onların valideynləri arasında keçirilən görüşdə Hərbi hissənin xüsusi dəvəti əsasında Lerik rayon Mədəniyyət Mərkəzinin əməkdaşları da iştirak edib.
Görüş zamanı əsgərlər və onların valideynləri ilə həmsöhbət olaraq, doğma Azərbaycanın sərhədlərinin etibarlı müdafiəsinə görə əsgər və zabitlərə uğurlar arzu edib, valideynlərə isə əsgərlərə dövlət tərəfindən olan yüksək diqqət və qayğıdan danışıblar.
Sonda isə Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında doğma Azərbaycanı, Vətən oğlanlarının qəhrəmanlığını vəsf edən vətənpərvərlik ruhunda və şən musiqilər dalğa-dalğa ətrafa yayılıb. Musiqi sədaları altında qol-qanad açan əsgərlər, eləcə onların valideynləri rəqs edib və tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü