Baş Prokurorluqda yeni təyinat olub. Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.
Baş prokurorun digər əmrinə əsasən, Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.
A.Kərimli buna təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.