Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qız və oğlan uşaqlarının say fərqi sürətlə çoxalır - illər əvvəl fərq 1-2, indi 7 faiz olub...

Image


Azərbaycan dünyada selektiv abortların ən çox qeydə alındığı ölkələrdən biridir. Bu gün doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının selektiv abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması müşahidə olunur.

Bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan nisbəti olmalıdır. Dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti Azərbaycanda 1980-ci illərə qədər əsas etibarilə gözlənilən bioloji səviyyədə idi. Ancaq ölkədə 1990-cı illərin əvvəllərindən etibarən bu balans ciddi şəkildə pozulmağa başlayıb. 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə 110-a, 2010-cu ildə 118-ə qalxıb. 1990-cı ildən sonra ölkədə yeni doğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003-2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb. 2011-2014-cü illərdə hər 100 qıza 116 oğlan, 2015-2017-ci illərdə hər 100 qıza 114 oğlan, 2018-ci ildə hər 100 yeni doğulan qıza düşən oğlan uşaqlarının sayı 115 olub. 2019-cu ildə isə hər yeni doğulan qıza düşən oğlan sayı 113 olub. 2020-ci ildə yeni doğulan körpələr arasında oğlanlar say etibarilə üstünlük təşkil edib. Belə ki, yeni doğulan 100 qız uşağına 114 oğlan uşağı düşüb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Açıqlanan statistik rəqəmlərdən də bəllidir ki, hələ də ölkəmizdə qız uşaqlarına münasibət dəyişməyib.

  • Pərvanə Mustafayeva: "Selektiv abortlar arasında ayrıseçkiliyə məruz qalan cins qızlardır"

Həkim ekspert Pərvanə Mustafayeva "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, selektiv abort ultrasəs müayinəsi ilə embrionun cinsini müəyyən etdikdən sonra cinsi ayrıseçkilik edərək, ondan abort yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında ayrıseçkiliyə məruz qalan cins qızlardır: "Çox valideyn dölün cinsiyyətinin qız olduğunu bilən kimi onu abort edir. Son illərdə edilən abortlar arasında selektiv abortların payı az deyil. Onların sayını müəyyən etmək çətindir. Çünki selektiv abortların əksəriyyəti qeyri-qanuni yolla baş verdiyi üçün onların real mənzərəsi gizli qalır. Ancaq son illərdə doğulan qız uşaqlarının sayında müşahidə olunan azalma sübut edir ki, edilən abortların çoxu məhz selektiv abortlardır".

Həmsöhbətimiz onu da vurğuladı ki, elə xanımlar var, hansı həftəsində olmağından asılı olmayaraq, dölün cinsiyyətinin qız olduğunu biləndə onu tələf etdirir. Qadınların böyük əksəriyyəti bu addımı həyat yoldaşının təkidi ilə atır. Həyat yoldaşı məcbur edir ki, qadın abort etdirsin. İndi əksər ailələr üçün ailədə ikinci, üçüncü uşağın qız olması arzuolunan deyil: "Onu da deyim ki, abort zamanı həkimin ən xırda bir səhvi ucbatından xəstə həyatını itirə bilər. Abort nəticəsində uşaqlıq ciddi zədə ala bilər, deşilə, güclü qanaxma yarana bilər. Bu zaman ölüm halı baş verə bilər, xəstə həyatını itirər. Belə hallara az rast gəlinməyib”.

  • Aytəkin Kamranqızı: "Oğlan uşaqlarının doğulma sayı artsa da onların çoxu ölür, belə ki, uşaq ölümləri  arasında oğlan uşaqlarının sayı daha çoxdur"

Sosioloq Aytəkin Kamranqızı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, son bir neçə ildə Azərbaycan  selektiv abort elətdirənlərin sayına görə ön sıralarda durur. Bu heç də ürəkaçan statistika deyil. Qadınlara qarşı zorakılığın bir nümunəsidir. Çünki hələ doğulmamış qadınlara qarşı bu qədər zorakılıq varsa, deməli zorakılıq özünə haqq qazandırmış olur: "Bu təkcə öldürülən qız uşağına qarşı deyil, həm də abort elətdirən qadınlara qarşı zorakılıqdır.  Bundan başqa, son 10 ili nəzərə alsaq, artıq statistikada  dəyişiklik var. Oğlan uşaqlarının doğulma sayı artsa da onların çoxu ölür.  Belə ki, uşaq ölümləri arasında oğlan uşaqlarının sayı daha çoxdur. Gələcəkdə oğlanların sayı qızları üstələsə, həm qadın zorakılığı hallarının, həm də cinayətkarlığın səviyyəsi arta bilər".

Sosioloq onu da əlavə etdi ki, getdikcə qadınların sayının azalması gələcəkdə demoqrafik partlayış və digər neqativ hallara gətirib çıxara bilər: “Bu, çox ciddi şəkildə əhalinin sayının azalmasına, eynicinslilərin evlənməsinə və yaxud əcnəbilərlə evliliklərin artmasına gətirib çıxara, genetik koda təsir edə bilər. Yəni bu məsələ bir çox sahələrə, hətta mədəniyyətə də təsir edə bilir”.

  • Fatimə Hacıbəyli: "Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması üçün..."

"Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ultrasəs müayinəsinin meydana çıxması bu məsələdə çox böyük rol oynayıb: “Belə ki, hamiləlik vaxtı yoxlanaraq qız və oğlan övladı olduğunu öyrənib, qız övladını bətndənkənar, yəni abort edirlər. Qədimdə hər zaman oğlan uşağına üstünlük verilib. Adət-ənənəyə görə, evdə oğlan uşağı dünyaya gələn kimi gözaydınlığı verir, təbrik edirdilər. “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qız yükü, duz yükü” və s. kimi atalar sözlərimiz də oğlan uşağına nə qədər üstünlük verildiyinin göstəricisidir. Bütün bunlar qızlara münasibətin ənənəvi olaraq soyuq olduğunu göstərir. Çünki bir vaxtlar müharibələr olurdu, kişilər evə daha çox gəlir gətirirdi, qız uşaqlarının o vaxtkı hüquqları daha az idi, evdə qalanda yük olurdu. Bu, ənənəvi olaraq davam edirdi. İndi vəziyyət daha pisə doğru gedir. Valideynlər qız uşaqlarının olmasını istəmirlər. Get-gedə də uşaqların ailədə sayı azalır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, valideynlər indi daha çox oğlan övladlarının olmasını istəyirlər: “İnsanlar arasında belə bir düşüncə tərzi var ki, oğlan övladı nəslin davamçısıdır. Yəni “oğlan övladımız olsa, nəslimiz davam edəcək, qız övladımız olsa, var-dövlətimiz başqa oğlana qalacaq” kimi fikirlər var. Buna görə də bəzi ailələr daha çox oğlan uşaqlarına meyllənirlər. Əslində, övladlar arasında heç bir fərq qoyulmamalıdır, çünki hər övladın özünəməxsus özəlliyi, xüsusiyyətləri var. Allahın verdiyi payla kifayətlənmək lazımdır. Allaha üsyan etməyə haqqımız yoxdur. O necə məsləhət bilirsə, elə də edəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur: “Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ