Elektron siqaretlərlə bağlı yeni məlumatlar üzə çıxıb. Amerikalı alimlər aşkar ediblər ki, siqaret çəkən gənclərdə bronxit və təngnəfəslik riski artır.
“İki sahil” xəbər verir ki, tədqiqatda 2014-2018-ci illər arasında orta yaşı 17 olan 2000-dən çox tələbənin məlumatları araşdırılıb. İştirakçılardan tütün istifadəsi və tənəffüs simptomları haqqında dörd dalğada müsahibə alınıb. Hər dalğada ən çox qeydə alınan simptom bronxitin təzahürləri olub. Tədqiqat iştirakçılarında ardıcıl üç ay ərzində gündəlik öskürək, eləcə də soyuqdəymə ilə müşayiət olunmayan maye yığılması qeydə alınıb.
Bundan başqa, elektron siqaret çəkənlər arasında bronxit əlamətlərinin yaşanma riskinin iki dəfə, nəfəs darlığı riskinin isə 78% yüksək olduğu aşkarlanıb.
Mətləb