Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında bəyan edib ki, Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır: "Avqustun 5-də 144 ailə arasında ədalətlilik və obyektivlik prinsipi əsasında püşaktma keçirildi. Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq bu proses mərhələli şəkildə davam etdiriləcək".
Qayıdış prosesinin kompleks bir məsələ olduğunu diqqətə çatdıran dövlət komitəsinin rəsmisi bildirib ki, insanların məskunlaşması ilə bərabər, onların sosial, yəni məşğulluq, təhsil, sağlamlığı ilə bağlı məsələlər də diqqətdə saxlanılır, zəruri addımlar atılır.
Mətləb