Bazar ertəsi günü, 09 noyabr 2026
     

Gənc qazilər Azərbaycanın Milli Qəhrəmanı ilə görüşüb

Image


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə Quba rayonunda təşkil olunan "Hüququndan keçən əsgər" istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçılarının istirahəti davam edir. Herbiand.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Respublikadının Milli Qəhrəmanı Vahid Qulyev ilə görüş keçirilib. Görüşdə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və Qubada yaşayan iş adamı  Mehman İbrahimov da iştirak edib. 

Tədbirin əvvəlində bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Emin Həsənli qeyd edib ki, bu kimi layihələr dövlət qurumlarının maliyyə dəstəyi ilə həyata keçirilir:

"Bildiyiniz kimi, 2023-cü il "Heydər Əliyev İli"dir. Xatırladım ki, qeyri-hökumət təşkilatları və digər fəallar Laçın-Xankəndi yolunda aksiya keçirdilər. Mən özüm də bu aksiyanın aktiv iştirakçısı oldum. Biz bu layihəni yay ayında keçirməyi düşündük və rəhbərlik də bunu yaxşı qarşıladı. Layihə "Hüququndan keçən əsgər" adlanır. Azərbaycanın Vətən oğulları, sizin kimi gənclər sübut etdi ki, Azərbaycanın torpaqları işğal altında qalmayacaq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi".

E.Həsənlinin sözlərinə görə, Azərbaycanda hər kəsin borcudur ki, şəhid ailələrinə, qazilərə xüsusi ehtiramla yanaşsın: "Bu, bizim hər birimizin borcudur. Bu kateqoriyadan olan insanlara dövlətin qayğısı artır və biz çalışmalıyıq ki, bu dəstək yenə artsın. Cənab Prezidentin bu yaxınlarda imzaladığı sərəncamlardan biri odur ki, müharibə veteranları təhsil haqqından azad edilir. Bu sərəncam imkan verir ki, siz təhsil almaqla peşəyə sahib olasız. Biz istəyirik ki, siz yaxşı vəzifələrdə işləyəsiz. Siz dövlətə ən böyük borcunuzu vermisiz və arzumuz budur ki bundan sonra da cəmiyyətimizə xidmət edəsiz. Vətəndə ən yaxşı yaşamaq hüququ sizlərə məxsusdur. Ona görə də bəzi peşə vərdişlərinə yiyələnmək lazımdır.

Nəyə görə layihəmizin adı "Hüququndan keçən əsgər" adlanır? Himndə iki sətrdə bu sözlər var - Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu. Konstitusiyamızda qeyd olunduğu kimi ən böyük hüquq yaşamaq hüququdur. Şəhid gənc yaşında yaşamaq, qazi isə sağlamlıq hüququndan keçib. Bundan böyük hüquq yoxdur. Mən qazilərin birliyindən, bütövlüyündən çox məmnunam və bu cür də davam etməlidir. Ölkənin yüksəlişi sizin adınızla bağlıdır".

Birlik sədri vurğuladı ki, hazırda Qarabağda böyük tikinti gedir və məcburi köçkünlərimizin hamısı öz yurdlarına qayıdacaq.

Sonra Milli Qəhrəman Vahid Quliyev çıxış edərək hamını salamladı və 30 il torpağı işğal altında olan Azərbaycanı erməni terrorundan azad etdikləri üçün müharibə iştirakçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, 1-ci Qarabağ müharibəsində də hamı həvəslə müharibəyə getmək istəyirdi:

"Biz müharibə başlayandan sonra onun nə olduğunu bildik. Çünki Rusiya kimi nəhəng dövlət Ermənistanın arxasında durmuşdu. 44 günlük müharibə zamanı Ermənistanın arxasında yenə Rusiya dayandı və silahlandırdı. Ermənistan "Ohanyan səddi" deyilən müdafiə xətti qurmuşdu və buna keçilməz sədd deyirdilər. Amma bizim ordumuz hücuma keçəndən qısa müddət sonra bu səddi yardı və düşmənə ağır itkilər verdi. Həqiqətən də görürük ki, sizin gördüyünüz işlər çox böyük və müqəddəsdir. Azərbaycanın hər bir vətəndaşı istəyirdi ki, torpaq işğaldan azad olunsun. Erməni kimdir ki, bizim başımız onun yanında aşağı olsun? 30 il bu torpaqlarda yaşadılar, ancaq heç nə qurub-yaratmadılar, talançılıqla məşğul oldular. Biz müharibə zamanı gördük ki, dövlər-xalq birliyi olanda torpaqlar işğaldan azad olunur".

Milli Qəhrəman bildirdi ki,  Azərbaycanın 44 günlük müharibədə pilotsuz uçuş aparatlarından məharətlə istifadə etməyi xarici dövlətləri heyran etmişdi: "Digər hərbi texnikalarla birlikdə PUA-lardan peşəkarcasına istifadə olunması düşməni çaşbaş salmışdı. Şəxsi heyət çox ağıllı davranaraq erməniləri əzib keçirdi. Sizin sayənizdə cəmisi 44 günə bu qədər ərazilərimizin azad olunması tarixdə izi qalan müharibə kimi yaddaşlarda qalacaq. Bütün Azərbaycan xalqı adından sizlərə təşəkkürümü bildirirəm. Hər biriniz Vətən qarşısında borcunuzu layiqincə yerinə yetirdiniz".

Tədbirdə iştirak edən iş adamı Mehman İbrahimovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının borcudur ki, sizlərə kömək etsin: "Mən sevinirəm ki, siz bu gün bizim qonağımızsınız. 30 il əvvəl ermənilər torpaqlarımızı işğal edərək bizi qovdular. Bu yük uzun illər bizim kürəyimizdə daşınırdı. Biz əzilmiş insanlar kimi yaşayırdıq. Məhz sizin sayənizdə 2-ci Qarabağ müharibəsindən qələbə ilə çıxdıq. Bu zəfərlə Azərbaycan xalqını göylərə qaldırdız. Xalq sizə lazımi qiyməti verir. Siz artıq tarixə düşdüz. "Dəmir yumruğ"un altında birləşərək ermənini məhv etdiz. Azərbaycan xalqı sizinlə fəxr edir".

Tədbirin digər iştirakçısı Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, ehtiyatda olan zabit, "Böyük qayıdış" Gənclər Təşkilatının idarə heyətinin üzvü, qazi Əhliyyət Mehtiyev döyüş yoldaşlarına tövsiyyələrini verdi:

"Dövlətimizin yaratdığı şəraitdən yararlanmaq lazımdır. Bu yaxınlarda Cənab Prezidentimiz müharibə iştirakçıları üçün sərəncam imzaladı. Bu sərəncamla müharibə veteranları təhsil haqqından azad edilir. Kimin ali təhsili yoxdursa müraciər edə bilər. Bizlər ali təhsil almaqla yaxşı peşəyə yiyələnə bilərik. Bununla da həm özümüz, həm də cəmiyyətimiz üçün savadlı kadr olarıq". 

Qazimiz qeyd etdi ki, hər hansı bir probem yarananda müharibə iştirakçıları bir-birinə mənəvi dəstək olmalıdır: 

"Təəssüf ki, psixoloji və digər problemlər olanda intihara əl atanlar olur. Bu, çıxış yolu deyil. İntihar onun həyatına son qoymaqla yanaşı ailəsi və yaxınları üçün faciəyə çevrlir. Həm də bu vəziyyətdən kimlərsə dövlətimizə qarşı istifadə edir. Hər zaman səbrlə davranmaq, dövlət qurumlarına müraciət etmək lazımdır. Heç vaxt təslim olmaq lazım deyil. Sona qədər öz qanuni hüquqlarını tələb etməlidir. Dövlətimiz tərəfindən bizlərə yaradılan şəraitə görə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürümüzi bildiririk".

Tədbir sonra müzakirələrlə davam edib.

Bəxtiyar Cəfərli



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ