“28 May” stansiyasına keçid, vestibül və digər texniki və xidməti sahələrdə iş aparılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qeyd edib ki, “Xətai” stansiyası istiqamətində yoldəyişdirici qurğuya qədər və dalan yolunda bu günə kimi 636 metr yol sökülüb, stansiya girişinə qədər olan yol hissəsində sərt özüllü dəmir-beton konstruksiya qurulub. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyada aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra yolun üstquruluş elementləri ilə bağlı son tədbirlər görüləcək və yol infrastrukturunun yenidənqurulması prosesi başa çatdırılacaq.
Mətləb