İsti havalarla bağlı bizi üzən xəbər açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir ki, isti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcək.
Qeyd olunub ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir.
Mətləb Salahov