Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
Trend xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.
Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək, DİN əməkdaşları tərəfindən həbs olunaraq, istintaqa təhvil verilib.
Xatırladaq ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi verilən qərarı qüvvədə saxlayıb.