Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rayonlara gəzməyə çıx, həm də sığorta pulu al - sadə prosesin böyük problemlərini də bilirsiz?..

Image


Son vaxtlar Azərbaycanda səyahət sığortasından istifadənin genişləndiyi müşahidə olunur. Belə ki, daha çox xarici səfərlərdə tələb edilən səyahət sığortası artıq Azərbaycanın regionlarına təşkil edilən turlarda, hətta qısamüddətli səfərlərdə belə tətbiq edilir.

Ümumiyyətlə, qloballaşan dünyada mümkün risqlərin aradan qaldırılması və ya minimuma endirilməsi üçün zəruri alətlərdən biri də səyahət sığortasıdır. Səyahət sığortası ilə bağlı "Skal International Baku" klubunun prezidenti Ceyhun Aşurovla həmsöhbət olduq.

  • "Turizm haqqında" qanun və reyestr qəbul edildikdən sonra turizm şirkətlərinin qarşısında müəyyən öhdəliklər qoyuldu, həmin tələblərdən biri də..."

- Səyahət sığortası nədir?

- Səyahət sığortası vətəndaşın istirahəti zamanı yaşana biləcək hadisələrdən sığortalanmasını, maddi, mənəvi zərərin ödənilməsini nəzərdə tutur. Səyahət sığortası üzrə sığorta ödənişi bir sıra hallar üzrə həyata keçirilə bilər. Bura sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi halında xərclərin tam və ya qismən ödənilməsi, bədbəxt hadisə nəticəsində sağlamlığın pozulması ilə əlaqədar zəruri tibbi xərclərin ödənilməsi, sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi daxildir. 

- Araşdırmalar zamanı məlum olub, son zamanlar Azərbaycanın regionlarına təşkil edilən turlarda, hətta qısamüddətli səfərlərdə belə səyahət sığortası tətbiq edilir...

- Azərbaycanda "Turizm haqqında" qanun qəbul olunduqdan sonra sığorta məsələsi bir daha gündəmə gəldi. Məlumdur ki, əvvəllər müxtəlif turlar təşkil olunurdu. Səyahət sığortası daha çox xarici turlara şamil edilirdi. Ancaq daxili, yerli turlara aid edilmirdi. Turizm şirkətləri sığortanın bu paketinə elə də çox diqqət etmirdilər. Səyahətləri daha ucuz qiymətə təşkil etməyə çalışırdılar. Ancaq "Turizm haqqında" qanun və reyestr qəbul edildikdən sonra turizm şirkətlərinin qarşısında müəyyən öhdəliklər qoyuldu. Həmin öhdəliklərdən biri də sığortanın tətbiq edilməsi idi. Əks halda həmin şirkətlər cəzalandırılacaq və onlar müəyyən məbləğdə cərimə olunacaqdılar. Səyahət sığortasının tətbiqi turizm bazarının inkişafına səbəb olacaq. Ümumiyyətlə, səyahət sığortası turistlərin güvənli, etibarlı şəkildə istirahət etməsi deməkdir.

- Sizcə, bu sahədə görülən işlər səyahət sığortasına tələbi artırıb?

- Bəli, turizm haqqında qanun qəbul olunduqdan sonra sığortanın bu növünə tələb artıb. Sığortanın bu növünə tələbin artması daha çox qanunun tələbi ilə bağlıdır. Onu da deyim ki, turistlər artıq səyahət sığortası haqqında məlumatlıdırlar. Onların özləri də sığortanın bu növünu tələb edir. Turistlər istər xarici, istərsə də daxili turizmdən istifadə edərkən səyahət sığortasının olub-olmaması ilə maraqlanır. Məlumdur ki, ötən illərdə müxtəlif qəza hadisələri baş verib. Həmin hadisələr zamanı səyahət sığortasının olmamasının hansı acı nəticələrə səbəb olduğunun şahidi olduq.

- Ceyhun bəy, sizcə səyahət sığortasının inkişafı turizmə necə təsir edir və ya edəcək?

- Səyahət sığortasının inkişafı turizmin ayrılmaz hissəsidir. Turizm şirkətləri arasında rəqabətin yaranması sığorta şirkətlərinin inkişafına səbəb olacaq.

- Sığorta qiymətləri şirkətə görə dəyişir. Turistlər daha çox ucuz və sərfəli qiymətə təklif olunan şirkətlərə müraciət edir. Əksər hallarda həmin şirkətlərlə səyahətçilər arasında problem yaşanır...

- Turistlər bu cür turları seçərkən adətən qiymətin ucuzluğuna baxır. Bu, bir az aldadıcı olur. Hətta 3-5 manat daha ucuzuna gedir, amma orada qeyri-peşəkar təşkilatlarla işləyir, bununla da gözlənilməz nəticələr olur. Bunların qarşısını almaq üçün insanlar diqqətli olmalıdırlar, turizm şirkətləri ilə bağlı araşdırma aparmalıdırlar. Burada təkcə qiymət faktoru rol oynamamalıdır. İstənilən halda, turizm şirkəti tur təşkil edirsə, sığorta olmalıdır. Bəzən heç turizm şirkəti də olmur, ofisi olmayan bu şəxslərin, sadəcə, VOEN-i var və turizm şirkətinin adından çıxış edir, qiymət dempinqi əsasında, minimum gəlir qarşılığında insanların  həyatını  risqə  atırlar. Daha çox insanı cəlb edir, daha çox pul qazanırlar. Turlarda bir çox risqlər ola bilər ki, ən azı bələdçilər bu risqlərdən yayına bilirlər, yaxud da bunu öncədən nəzərə ala bilirlər. Nəticə olaraq heç bir turizm şirkəti, təşkilat istəməzdi ki, xoşagəlməz hal  olsun. Bir çox hallarda müştərilərin aldadılması faktları olur, daha aşağı qiymət verməklə müştəriləri cəlb etmək istəyirlər. Amma müştəri hotelə gəldikdən sonra ona reklam olunan otağın verilmədiyi, yaxud da hansısa bir xidmətin ora daxil olmadığı sonradan bildirilir. Yaxşı olardı ki, öncədən müştərilərə açıq şəkildə informasiya verilsin. Ola bilər ki, hansısa müştəri sığortanı bağlamaq istəməsin, bununla bağlı  anlaşma bağlanmalıdır. Turizm paketlərinin sığortalanması və turizm fəaliyyətinin sığortalanması məsələsi ”Turizm haqqında" Qanunda öz əksini tapıb, bunun tətbiqi genişləndikcə, bu məsələlər tədricən aradan götürüləcək

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ