Bazar ertəsi günü, 09 noyabr 2026
     

Yaxşılıq rəmzi, ləyaqət simvolu

Image


Ey yaxşı adamlar,

Nəcib adamlar,

Yaxşılıq duyğunuz sudan da təmiz.

Sizdə günəş eşqi,

Günəş odu var,

Qəlblərə baharı siz gətirirsiniz.

Mən hər dəfə Rəvvaq Nüsrət oğlu Nəcəfovla görüşəndə könül dünyamı bu misralar bəzəyir. Çünki ömrünün 75 ilini doğulub boya-başa çatdığı dağlar diyarı Lerik rayonunun Bradi kəndində yaşayan bu kamil insanın iç dünyasındakı sadəlik, təvazökarlıq, daxili mədəniyyət, el-obasına halal sevgisi heyrət doğurur. Onun yaşadığı həyat xeyirxah əməllərə dönərək xalqına yalnız xoşbəxtlik gətirib. Eşqində, qəlbində bir sehrli nur indinin özündə də yaxşılıq etməkdən doymur. Sanki gördükləri sakini olduğumuz dünyaya gözəllik qatır, yaşadığımız həyata əzəmət, mehr, məhəbbət gətirir. İllərin səfində səadət ünvanlı günlərə yol açdıqca bir daha Vətəninə, xalqına qəlbində gəzdirdiyi məhəbbəti aydın bilinir. Beləcə, saf və munis dəyərləri parlaq xarakterində yaşadan bu, dəyərli şəxsiyyət xoş günlər naminə dünyanın yaradanı, quranı olur. Yaşadıqca ləyaqət sahibi, nur daşıyıcısı tək ətrafına gur işıq saçır. Öz əməlləri, təmiz qəlbi, yüksək fitrəti, ən əsası mənəvi paklığını qoruyub-saxlamaqla, qəlbən xalq adamı olmaqla örnəkdir bizlərə.

Əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan, halal ailə mühitində boya-başa çatan Rəvvaq Nəcəfov ağlı kəsəndən yaxşılıq etməyi özünə həyat qayəsi seçib. Həm də həkim olub hamıya fayda vermək istəyi onun ruhuna hopub. Xalqına ilahi sevgidən yaranan arzusu onu 1963-cü ildə N.Nərimanov adına Bakı Dövlət Tibb İnstitutuna gətirib çıxardıb. Müalicə-profilaktika fakültəsinə daxil olub. Orta məktəbdə dəsliklərdə müəllif kimi yadında qalan alimlərin geniş auditoriyalarda tələbələr qarşısında mühazirə oxuduqlarını görəndə sevinci, fərəhi yerə-göyə sığmayıb. Və tələbə Rəvvaq seçdiyi peşənin sadiq, etibarlı yolçusu olmaqdan ötrü bütün eşqini oxuyub öyrənməyə verib. Professorlardan, müəllimlərdən aldığı yüksək qiymətlərlə sanki qanad açıb, uçmaq istəyib. Biliyi, fitri istedadı, zəngin mənəvi dünyası, çalışqanlığı ona hörmət qazandırıb.

Tələbə Rəvvaq əla qiymətlərlə oxumaqla bərabər, həm də institutun ictimai həyatında fəallıq göstərib. Eyni zamanda mərifət-kamal sahiblərindən ədəb-ərkan dərsi götürüb. Elə yaratmaq  istədiyi özünəməxsus mənəviyyat fəlsəfənin ilk cığırı buradan başlanır. Öyrəndikləri ilə bir daha başa düşür ki, dünyanın aqibəti insan əlindədir. Xeyirxah, savadlı insanların yaratdığı dünya da yaşamalı olur...

Rəvvaq Nəcəfov 1969-cu ildə ali məktəbi bitirib Lerikə qayıdır. Rayon Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində əmək fəaliyyətinə başlayır. Əyninə ağ xalat geyinəndə sanki onun həyatına yeni günəş doğur. Sənətinin müqəddəsliyini dərindən dərk etməklə ağ xalatın təmizliyini hər şeydən üstün tutur. Xalqına, Vətəninə həqiqi xidmət göstərməyi öz qarşına ali məqsəd qoyur. Tezliklə sənətini ürəkdən sevən, yurduna bağlı, qayğıkeş insan olaraq tanınır. Müqəddəs həkim adını ona üz tutan xəstələrə həssas, qayğıkeş münasibət bəsləməklə özünə yaraşdırır. Sadəlik, yaxşılıq və doğruluq, insana sevgi əl qoyduğu hər bir işdə gənc oğlana dayaq durur. Günlər keçdikcə həkim Rəvvaqın işıqlı çöhrəsində qibtə ediləsi bir təbəssüm neçə qəlbdə yurd salır, sevinc, fərəh yaradır. Əllərinin şəfası çoxlarına ümid çırağı, həyat sevgisi olur. Bütün bunlara görə insanlar tərəfindən  sevildiyi üçün özünü dünyanın xoşbəxti hesab edir.

Peşəsinin müqəddəsliyinə tapınan, elmin, insanlığın fövqünə yol alan, ləyaqətli, şərəfli yaşamağı millətinə nümunəvi xidmətdə görən Rəvvaq Nəcəfovu rayonun Boykəndul kənd xəstəxanasına baş həkim göndərirlər. Burada da işinə vicdanla yanaşmaq onun iç dünyasından, daxili aləmindən qaynaqlanır. Birinci növbədə kollektiv üçün halallığı, səmimiyyəti başlıca meyar sayır. Hamıya tapşırır ki, xəstənin taleyini elə öz taleyiniz bilin. Rəvvaq həkimin özünə gəldikdə isə işiqlı təfəkkürü, sağlam əqidəsi, şəfalı əlləri heç vaxt onu darda qoymur. Bir işə yanaşanda da yalnız cəmiyyətin xoş günlərini düşünür. Nəticədə  həkimə üz tutan ən ağır xəstənin dərdinə belə əlac tapılır. Bəzən xəstəsini iynə-həblərlə yanaşı, eyni zamanda xoş, ümidverici sözlə sağaltmağı bacarır. Sağlamlıq ocağında çalışdığı müddətdə neçə-neçə insanı yenidən həyata qaytarır. Müalicə etdiyi xəstənin üzündə təbəssüm görəndə özünə mənəvi rahatlıq tapır. Bir şer parçasında deyildiyi kimi:

Dəyişib yöndəmsiz yeri, dünyanı,

Dəyişib öz ağılı, istəyi  ilə.

Yaşadıb inamla bütün olanı,

Ölümü öldürüb öz əməliylə.

Axıb gedən zaman içində millətinin sağlamlığı naminə bütün istedadını, var qüvvəsini sərf edə-edə ürəklərə yol alan, saflıq dünyasına dönərək özünə möhtəşəm yurd-yuva quran  Rəvvaq  Nəcəfovun taleyinə Ulu Tanrının yazdığı, uşaqlıqdan arzuladığı xoşbəxtlik doğma Bradinin bir addımlığında yerləşən Lerik rayonunun Daster kənd xəstəxanasına baş həkim göndərilməsi olur. Bundan sonra ömrünün daha qaynar çağları başlanır. Bütün həyatını,  istəyini xalqla bağlayır. Necə deyərlər, ağ xalatının ağ işığına bürünüb xoşbəxt günlərin sorağına düşür. İşinə böyük məhəbbətlə yanaşır, təmənna ummur, gecənin-gündüzün hansı aləmində onu köməyə, imdada çağırılıbsa, mütləq gedib. Göstərdiyi doğmalıqla ürəklərə  nüfuz edə bildiyinə görə Rəvvaq həkimə inanırlar, baxdığı xəstə tez sağalır. Beləcə,  ömründən ömürlərə pay qatdıqca ucalır, başqalarının sevincinə sevinən, dərdini öz dərdi bilən təkrarsız şəxsiyyət olaraq tanınır.

Ümumiyyətlə, qəlbi işıqlı, xeyirxah əməllərlə dolu olan, ürəyi daim ümumbəşəri hisslərlə döyünən Rəvvaq Nəcəfovun yeganə məqsədi insanlara həyat sevgisi bəxş etmək, halal zəhməti hesabına təmiz, ləkəsiz yaşamaqla ömür yoluna məna qatmaq olubdur. Və taleyini əbədi həkimlik sənətinə bağlamaqla, qarşılıqlı inam, etibar görməklə əsl övlad məhəbbəti ilə sevilib, yaxşılıq gözündə ucala-ucala 75 yaşına çatıbdır. İndinin özündə də Vətəninin, xalqının xoşbəxtliyini bütün arzularının zirvəsində saxlamaqla saf əqidəsi onu 100-ə aparır.   Var-dövləti, şan-şöhrəti isə elə xalqı tərəfindən qazandığı əvəzsiz hörmətdir. Təbiətindəki paklıq, ilkinlik, bakirəlik, insanpərvərlik, yurda halal sevgi neçə-neçə adama işıqlı gələcəyə doğru yol göstərir.

Elin gözü tərəzidir. Gəlin görək Rəvvaq həkimi tanıyanlar onun haqqında nə deyirlər.

Əliməmməd Ağazadə (“Məşəl” jurnalının baş redaktoru): - Rəvvaq yaxşı həkim olmaqla bərabər, yaxşı insan, yaxşı ata, yaxşı qardaş və gözəl ailə başçısıdır. Atası Nüsrət kişi deyərdi ki,1975-ci il ailəmiz üçün düşərli oldu. Belə ki, Rəvvaqa toy etdim. Evimizə ilk gəlin gətirdim. Gəlinim Elmira xanımın ayağı düşərli, çörəkli oldu. Həmin ili iki oğlum ali məktəbə girdi.

Nüsrət kişi 5 oğlan, 2 qız böyüdürdü. Dünyasını dəyişəndən sonra ailənin ağırlığı həyat   yoldaşı Təbərzə nənə və Rəvvaqın üzərinə düşdü. Rəvvaq həkim ata ölümündən sarsılsa da əyilmədi, sınmadı, məğrur dayandı, qardaş-bacılarına həyan oldu, onları öz doğma balalarından ayırmadı. Onun özünün 3 oğlu, 6 qızı var. Qardaşlarına ali təhsil verdiyi kimi, uşaqlarını da oxutdurub. Nəvələrindən ali məktəb bitirəni, eləcə respublikamızın müxtəlif universitetlərində oxuyanları çoxdur.

Ata-baba yurdunu qoyub getməyib, hər bir şəraiti olan müasir tipli ev tikib. Halal ocağına 8 gəlin gəlib və 8 qız köçürüb. Hamısı el-obada başıucadır. Bu şer parçasını belələrini nəzərə alıb yazmışam:

Öz xalqımdan güc almışam,

Zirvələrə ucalmışam.

Kim deyir ki, qocalmışam,

Əyə bilməz zaman məni.

Adil Hüseynov (Bradi kəndinin ağsaqqal ziyalısı): - Rəvvaq həkim o insanlardandır ki, haqqında söz düşəndə üzlərdə nur, qəlblərdə mənəvi rahatlıq yaranır. Çünki, o, qüvvə və bacarığını yurdunun səadəti naminə sərf etməkdən sanki zövq alır. Onun şəfalı əlləri çoxlarına ikinci həyat bəxş edib. Nəcib, xeyirxah əməllərinə görə camaat Rəvvaq həkimə müdrik ağsaqqal kimi yanaşır, xeyirdə-şərdə həmişə ona başda yer göstərirlər. Bu müdrik, örnək şəxsiyyətdən götürməyə dəyər. Rəvvaq həkimlə həmyaşıdam. O, mənə görə yaxşı günün sirdaşı, dar günün qardaşıdır...

Şeyda Bəşirova (tibb bacısı): - Tibb texnikumu bitirib, bir müddət Rəvvaq həkimin rəhbərliyi altında işləmişəm. Ondan çox şey görüb götürmüşəm. Həmişə deyərdi ki, xalqını sevən tibb işçisi onu sağlam görməlidir. Sağlam insanların düşüncəsi saf, əməlləri təmiz olur. Ədalətli, namuslu fəaliyyəti onlarla xəstəni ölüm pəncəsindən qurtarıbdır. İndi təqaüddə olsa da, tibb sahəsini seçən gənclər məsləhət üçün çəkinmədən ona üz tutur, peşənin, adamlarla  davranmanın, xəstələrin qəlbini ələ almağın sirlərini məhz Rəvvaq həkimdən öyrənirlər...

Aydın Cabbarov (Daster kənd sakini): - Mən Rəvvaq həkimi yaxşı tanıyıram. Peşəsi ona dərin nüfuz gətirib. Bundan əlavə sanki əzəldən Rəvvaq həkimin taleyinə insanlara çörək vermək, hamıya düzgün yol göstərmək yazılıb. Əl tutmaq, fayda vermək onun canında, qanında var.  Elə yaşadığımız işıqlı dünya bu cür fədakar insanların çiyinləri üstündə qərar tutur.   Xeyirxahlığı, kamilliyi, ağıllı sözləri, müdrik məsləhətləri eldə çox məsələni yoluna qoya bilir.

Ramiz Tağıyev (Siyov kənd sakini): - Rəvvaq həkim zəngin mənəviyyatı, yüksək  mədəniyyəti ilə müdriklik zirvəsinə ucalıb. Uzun illər adına, şəxsiyyətinə layiq insanların sağlamlığı keşiyində durub, bunu özünə şərəf bilib. Lerik rayonun sayılıb-seçilən ziyalı ağsaqqallarından olaraq xalqın döyünən qəlbi, düşünən beynidir. Onun şərdən-xətadan uzaq bir dünyası var. Ömrü boyu xoş əməllərə dönüb ürəklərə yağıb ki, hamının güzəranı yaxşı keçsin. Gördüyü işlərə görə Rəvvaq həkim eli üçün dünyanın ən mərd kişilərindən biri, ləyaqət sahibi, nur çeşməsidir.

Tural Əliyev (gənc müəllim): - Mən həyatı dərk edəni həmişə Rəvvaq həkimin yaxşı əməllərini görmüşəm və ona ürəyi geniş, qibtə olunası bir şəxsiyyət kimi hörmət bəsləmişəm. Hazırda da insan səadəti üçün yorulmaq nə olduğunu bilmir. Sözün qısası, doğma elinə, xalqına bağlı şərəfli həyat yolu keçir. Deyərdim ki, dünyanın yaxşılıq rəmzi, ləyaqət mücəssəməsidir Rəvvaq həkim. Onun zəka işığına can atmaq hər kəsə xoşbəxtlik gətirir.

 Səmimi sözlərdən sonra axırda onu deməyi özümə borc bilirəm ki, Rəvvaq Nəcəfovun ömür yolu Vətənə, millətə halal sevgi nümunəsinə dönüb zaman-zaman ürəkləri oxşayar...

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “İlin vətənpərvər adamı”, “Azərbaycan  bayrağı” media mükafatçısı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ