Bazar ertəsi günü, 09 noyabr 2026
     

Hesablama Palatası Sumqayıt Tibb Mərkəzində nöqsanlar aşkarladı

Image


Hesablama Palatası Sumqayıt Tibb Mərkəzində aparılan auditin nəticəsini açıqlayıb.

Palatadan verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzində (Mərkəz) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, o cümlədən tibbi xidmətlərin göstərilməsinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2021-2022-ci illər əhatə olunub, bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln. manat, xərcləri isə 107,6 mln. manat təşkil edib, bu illərdə 13,7 mln. manat dəyərində dərman, sarğı ləvazimatları və materialları Mərkəzə əvəzsiz olaraq verilib.

Tibb müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilərin müqayisəsi icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəlki dövrdə daha çox xidmət təqdim edildiyni göstərir, belə ki, Mərkəzin əhatəsində olan tibb müəssisələri üzrə ambulator və stasionar xidmət sayı 2019-cu ildə 2022-ci illə müqayisədə orta hesabla 2 dəfə çox olmuşdur. Göstərilmiş xidmət sayında azalma çarpayı sayının sabit qalması və ştat sayının təxminən 10,0% artımı şəraitində baş vermişdir ki, bu da tibbi sığorta sisteminin sığorta prinsipləri üzrə tam tətbiqində və işlək vəziyyətinin təmin edilməsində əsas və vacib şərtlərdən biri olan xəstəliklər üzrə hesabatlılıq (statistika) sisteminin əvvəlcədən hazırlanmaması ilə əlaqələndirilə bilər.

Qeyd olunmalıdır ki, 17 tibb müəssisəsini və 1 idarəetmə aparatını özündə birləşdirən Mərkəzin tərkibində yalnız 7 xəstəxana icbari tibbi sığorta çərçivəsində dəyəri ödənilən xidmətlər göstərmiş, həmin xidmətlər hesabına 2021-ci ildə 6,4 mln. manat və 2022-ci ildə 13,7 mln. manat məbləğində vəsait daxil olmuşdur. Bu vəsait həmin illər üçün saxlanma xərclərinin müvafiq olaraq 18,6%-ni və 33,6%-ni təşkil etmişdir.

Mərkəzin sığorta sisteminə daxil olduğu 2021-ci ilin aprel ayından 2022-ci ilin sonunadək göstərilmiş 1454656 sayda xidmətin 32,1 mln. manat dəyərinin ödənilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilmiş, Agentlik tərəfindən 243496 sayda xidmətin 5,1 mln. manat dəyərinin ödənilməsindən imtina olunmuş, qəbul olunmuş xidmətlərin dəyərinin isə yalnız 74,8%-i ödənilmişdir.

Tibbi xidmətlərin göstərilməsi prosesində fəaliyyət əsasən dəyəri daha az olan xidmət istiqamətləri üzrə təşkil edilmiş, göstərilmiş xidmətlərin bir hissəsinin haqqının ödənilməsindən müxtəlif, o cümlədən texniki səbəblərdən imtina olunsa da, imtina səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması, eləcə də bu istiqamətdə məsuliyyətin müəyyənləşdirilməsi üzrə tədbirlər həyata keçirilməmiş, imtina edilmiş xidmətlər üzrə dəyəri daha böyük olanların xidmətlərin payı çox olmuşdur.

İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər üzrə tariflərin TƏBİB tərəfindən müəyyənləşdirilməsinin gecikdirilməsi, eləcə də sığorta olunmayanlar üzrə göstərilmiş xidmətlər üzrə vəsaitin alınmaması potensial və faktiki gəlir arasında fərqin artmasına səbəb olmuşdur.

Mərkəzin kadr potensialı da fəaliyyətə tam uyğunlaşdırılmamış, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 artırılmış, ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilmişdir. Qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərmişdir. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxartmışdır.

Qeyd olunanlar, həmçinin Mərkəz tərəfindən xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırmaqla yanaşı gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaratmamışdır. Diqqətə çatdırılmalıdır ki, Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5,0%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşmüşdür.

Beləliklə də, maliyyə və kadr resurslarının idarə olunmasına bu cür yanaşma xidmət göstərən tibb müəssisələrinin, son nəticədə isə tibbi sığorta sisteminin gələcək maliyyə dayanıqlılığına təsir edəcəyi ehtimallarını artırır.

Göstərilmiş xidmətlərə dair hesabatlılığın təmin olunmasında da bir sıra nöqsanlara yol verilmiş, istifadə edilən elektron məlumat bazasının və təqdim olunan rəsmi statistik məlumatın göstəriciləri arasında uyğunsuzluq olmuş, Mərkəz tərəfindən tətbiq edilən elektron sistemdə məlumatlara sonradan düzəliş və əlavələrin edilməsinin mümkün olması nəticəsində ilkin olaraq qeydiyyata alınmış məlumatların sonradan dəyişdirilməsi hallarına yol verilmişdir.

Mərkəzin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olmuş, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi hallarına, həmçinin tələb olunan və faktiki təmin edilən mallar üzrə keyfiyyət göstəricilərində uyğunsuzluqlara yol verilməklə tibbi xidmətin göstərilməsi ilə bağlı maddi-texniki təminat potensialının tam istifadə olunmamasına və əlavə dövlət vəsaitinin istifadəsinə şərait yaratmış, eləcə də satınalmaların nəticəliliyinə mənfi təsir göstərmişdir. Belə ki, haqqı ödənilmiş tibbi cihaz və avadanlıqların tam təhvil verilməməsi hallarına yol verilmiş, eləcə də təmir işləri üzrə bağlanmış müqavilələr çərçivəsində görülməyən işlər üzrə vəsait icra edilmişdir.

Nəzarət mexanizmlərinin tətbiq edilməməsi aktivlərin uçotunun düzgün aparılmaması, mühasibat uçotunun aparılması prinsiplərinin pozulması, eləcə də, gəlir və xərclərlə bağlı hesablarda uyğunsuzluqlara səbəb olmuş, qeyd edilənlər ümumilikdə maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində risk amillərini formalaşdırmışdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ