Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümünə görə şübhəli şəxs qismində oğlu Azay Qaraşov saxlanılıb.
Trend xəbər verir ki, Azər Qaraşovun oğlu Azay Qaraşov ov tüfəngi ilə atasını qətlə yetirməkdə şübhəli bilinir.
Xatırladaq ki, hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. Azər Qaraşov aldığı güllə yarasından dünyasını dəyişib. Əvvəlcə onun intihar etdiyi bildirilib.