İşğaldan azad olunan torpaqlarımıza, o cümlədən Laçın şəhərinə doğma sakinlərinin geri dönüşü davam edir. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 22 ailə öz evlərinin açarlarını təhvil alıblar. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində 133 ailə, yəni 503 nəfərin daimi məskunlaşması təmin edilib.
Mətləb