Bazar ertəsi günü, 09 noyabr 2026
     

Suyumuz ermənilərin və gürcülərin suyundan pisdir?

Image


Su əbədi həyat mənbəyi olaraq qalsa da, təəssüflər olsun ki, çox zaman əksər bölgələrə aid suların keyfiyyəti barədə şübhəli iddialar dolaşır.  Bəzi hallarda Azərbaycan suyuna da analoji münasibət sərgilənir.

İddialar dolaşır ki, bizim suyumuz  keyfiyyətsizdir. Daha dəqiq desək, ABŞ-nin Yel Universitetinin “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olması ilə bağlı iddia irəli sürülüb. Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Bu şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52,3 bal, Ermənistanda 61,7 bal, Rusiyada 55,8 bal, İranda 48,8 bal, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib. Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında qiymətləndirilib. Bizim müəyyən eko təşkilatlar da qurumun məlumatına dəstək verib. Məsələn, Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini Xosrov Musayev bildirib ki, beynəlxalq ekspertlərin fikirlərinə görə, Azərbaycanda 40% su çirklidir, 80%-i isə keyfiyyətsizdir. “Azərbaycanda içməli suyun keyfiyyətinin analiz nəticələri sanitariya normalarına, tələb olunan standartlara cavab vermir”-deyə o vurğulayıb.

Azərbaycanda bu sahəyə milyardlarla vəsait qoyulur, amma iddialara görə, bizdə suyun keyfiyyəti Gürcüstandan da, Ermənistanda pisdir.

Azərbaycanda suyun keyfiyyəti ilə bağlı fikirlər düzdür, yoxsa burada qərəz var?

  • “İl ərzində ortalama 400 000 sayda müayinə icra edilməklə suyun keyfiyyəti daimi nəzarətdə saxlanılır”

“Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət və suyun təhlükəsizliyi şöbəsinin rəisi-baş texnoloq Cəmil Babayevlə əlaqə saxladıq. C.Babayev  “Bakı-Xəbər”ə ABŞ-ın Yel Universitetinin “Dünya su xəritəsi” adlı hesabatı ilə bağlı  ARAYIŞ təqdim etdi. Arayışda qeyd edilir: “Məlum olduğu kimi, ABŞ-ın Yel Universiteti “Dünya su xəritəsi” adlı hesabatı dərc edib və bu günlərdə mətbuatda və sosial şəbəkələrdə bu hesabata əsasən Azərbaycan üzrə suyun keyfiyyəti 46.5 bal olduğu (100 ballıq şkala üzrə) və suyun keyfiyyəti təhlükəli hesab edilməsi bəyan edilib. Qeyd edilənləri nəzərə alaraq ilk öncə bildirmək istərdim ki, suyun keyfiyyəti haqqında hər hansı rəyin verilməsi ondan götürülmüş su nümunəsi, aparılmış müayinə nəticələri əsasında mümkündür. Dünya təcrübəsində suyun keyfiyyətinin 100 ballıq şkala ilə qiymətləndirmə üzrə hər hansı bir qiymətləndirmə standartı mövcud deyil. Aparılmış müayinə nəticələrinin əsasında götürülmüş su nümunəsində orqanoleptik, fiziki-kimyəvi, radioloji və mikrobioloji normalara uyğun olub-olmaması, hər hansı keyfiyyət göstəricisinin kənara çıxması haqqında məlumatın əldə edilməsi mümükündür. Bu nəticələrlə suyun insan sağlamlığına təhlükəli olub-olmaması müəyyənləşdirlir. Bakı şəhəri Abşeron yarımadasında “Azərsu” ASC-nin 2013-cü ildən fəaliyyətdə olan və İSO17025 standartına əsasən “LATAK” beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Laboratoriyası, o cümlədən Ceyranbatan kimyəvi - bakterioloji təhlil laboratoriyası fəaliyyətdədir.  Regionlarda isə içməli suyun keyfiyyətinə 9 ədəd  kimyəvi - bakterioloji təhlil laboratoriya tərəfindən gündəlik olaraq nəzarət təşkil edilib. Bildirmək istərdik ki, Respublika üzrə mənbədə, emal qurğularının texnoloji mərhələlərində, paylayıcı su şəbəkələri magistral xətləri üzərində istismar edilən su tutarlarından, abonentlərdən (stasionar nöqtələrdən) 54 rayon mərkəzi, kənd qəsəbələri üzrə hər birindən gündəlik ortalama 10 su nümunəsi toplanılır, Bakı şəhəri Abşeron yarımadası üzrə isə ortalama 80 su nümunəsinin toplanması təhlili aparılır. Bundan başqa, emal qurğularında suyun keyfiyyətinə indikator göstəricilər üzrə real zaman kəsiyində xüsusi avadanlıqlarla nəzarət də təşkil edilib. Nəticədə, il ərzində ortalama 400 000 sayda müayinə icra edilməklə suyun keyfiyyəti daimi nəzarətdə saxlanılır.

Dərc edilən hesabatı ilk növbədə keçidindən araşdırsaq məlum olur ki, mətbuatda 100 ballıq şkala adlandırılan ölçmə “EPİ” indeks adlandırılır.

2022 Environmental Performance Index (EPİ) dünya ölkələrində dayanıqlı inkişaf vəziyyətinin statistik məlumatlara əsaslanan xülasədir. İqlim dəyişikliyi ətraf mühitin sağlamlığı və ekosistem sağlamlığının göstəriciləri üzrə toplanan məlumatlar təhlil edilir və “EPİ” indeks formasında 180 ölkə üzrə 11 sualda müxtəlif dəyərlərdə sıralama aparılır. Bu suallar arasında suyun sanitar vəziyyəti haqqında da “EPİ” indeks formalaşır. Bu göstəricilər ölkələrin müəyyən edilmiş ekoloji siyasət məqsədlərinə nə dərəcədə yaxın olduğunu milli miqyasda qiymətləndirməyə imkan verir. Bu qiymətləndirmə YEL Universiteti tərəfindən tamamilə müstəqil şəkildə aparılmış və onlar tərəfindən Azərbaycan Respublikası üzrə suyun keyfiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə nümunələrin fiziki olaraq toplanması və təhlili işləri aparılmamışdır. Yəni qeyd edilən qiymətləndirilmə ilə suyun keyfiyyətsiz olması, təhlükəli olması ilə bağlı hər hansı bəyanatın verilməsi düzgün deyil”.

Cəmil Babayev Xosrov Musayevin “Sular analiz olunmalıdır. Artezianlar qurulur, onlar quraşdırılandan sonra oradan çıxarılan sular analiz olunmalıdır, sanitariya tələblərinə uyğun olması yoxlanılmalıdır. Yalnız bundan sonra ondan içməli su kimi istifadə etmək olar...

Suyun keyfiyyətinə nəzarət olunmalıdır, bu gün bunu görmürük. Bir dəfə tədbirdə dedim ki, suya nəzarət edən orqanlar heç vaxt suyun analizini aparmırlar, bu onların vəzifə borcudur. Suyun yoxlanılması ilə bağlı standartlar da köhnədir. Bizə bu gün yeni standartlar, müasir dövrün tələblərinə uyğun olan qurğular lazımdır. Bu tərkibin insan orqanizminə ziyanı olub-olmadığı test olunmalıdır” kimi fikirlərinə də münasibət bildirdi. “Dünən mən Xosrov müəllimlə də danışdım. Orada Xosrov müəllimin bildirdiyi mövqe, verdiyi məlumatlar tamamilə yanlışdır. Danışanda bu məsələləri özünə bildirmişəm. Ona dedim ki, vaxt müəyyən edib sizi  mərkəzi labataroriyamızı, müasir avadanlıqılarla təhciz olunmuş regional labaratoriyaları, təmizləyici qurğuları gəzdirim. Siz demişkən, dövlət o sahəyə çox böyük vəsait xərcləyir. Böyük işlər görülür və bunları görməzdən gəlmək düzgün iş deyil. Qeyri-düzgün olan məlumatları dərc etməyi də düzgün hesab etmirəm...

Sizə ABŞ-ın Yel Universitetinin “Dünya su xəritəsi” adlı hesabatı ilə bağlı  ARAYIŞ təqdim etdim. Burada bu universitetlə bağlı mövqeyim də əks olunub. Yəni orada verilən göstərici nədir, nədən ötrüdür, nə cür formalaşır, bu həqiqətənmi suyun keyfiyyətsiz olduğunu göstərir? Əlbəttə ki, yox...”-deyə müsahibimiz qeyd etdi.

C.Babayev bir daha vurğuladı ki, suyumuzun keyfiyyəti ilə bağlı yayılan informasiya realllığı əks etdirmir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ