çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA-da ayrıca Elm Tarixi İnstitutu yaratmaq hansı “dahinin” qərarı olub?

Image


Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib. Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarında 22 elmi müəssisənin adı var. Bu siyahıda Elm Tarixi İnstitutunun adı yer almayıb.

Məlumat üçün bildirək ki, Elm Tarixi İnstitutunun yaradılması barədə qərarı AMEA Rəyasət Heyəti 2014-cü il 27 fevral tarixində verib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli 363 nömrəli “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarına müvafiq olaraq AMEA-nın strukturunda Elm Tarixi İnstitutu yaradılıb, 25 may 2016-cı il tarixli 8/3 saylı qərarı ilə isə AMEA-nın Elm Tarixi İnstitutunun strukturu təsdiq edilib.

İndi isə, göründüyü kimi, Elm Tarixi İnstitutu ləğv edilib. Doğrudur, bu barədə hələ AMEA-dan rəsmi məlumat verilməyib, amma ortada olan təsdiqlənən siyahıda bu institutun adı yoxdur.

Məlumat üçün bildirək ki, AMEA-nın Elm Tarixi Muzeyi hələ fəaliyyətə başlayarkən müəyyən narazılıqlar vardı. Əsas narazılıq da ondan ibarət idi ki, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu olduğu halda Elm Tarixi İnstititu niyə yaranıb. Bu fikirdə olanlar qeyd edirdi ki, bu bir şöbə, yaxud mərkəz kimi Tarix İnstitutunun nəzdində də fəaliyyət göstərə bilərdi.

Ekspertlər hesab edir ki, Elm Tarixi İnstitutunun ləğvi yerində olub. Onlar qeyd edirlər ki, elm ocağında elmin tarixini Tarix İnstitutunda da öyrənmək olardı. Ekspertlərin fikrincə, Tarix İnstitutunun nəzdində ayıca elm tarixi şöbəsi, mərkəzi yaratmaq fürsəti var ikən kiminsə xətrinə ayrıca bir institut təsis etmək AMEA-da səmərəsiz idarəçiliyin əlamətidir.

AMEA-nın Elm Tarixi İnstitutu hansı akademiya prezidentinin dövründə yaradılıb?

Məlumatımıza görə, AMEA-nın Elm Tarixi İnstitutu akademik Akif Əlizadənin AMEA-ya rəhbərliyi dövründə yaradılıb. 2013-cü ildən 2019-cu ilə qədər AMEA-ya rəhbərlik edən A.Əlizadənin dövründə bir sıra “yeniliklər” baş verib.

  • “Elm Tarixi İnstitutu nə deməkdir?”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər zaman AMEA-da baş verən bu kimi “yeniliklərə” qarşı əks fikir bildirib. “Biz hər zaman Elmlər Akademiyasında bir-birini təkrarlayan, eyni zamanda oxşar profilli institutların olmasına etirazımızı bildirmişik. Amma təəssüflər olsun ki, AMEA-da elmə bu cür münasibət ortaya qoyulub. Təbii ki, bu, akademiyanın keçmiş rəhbərliyi dövründə olub. Akademiyanın Rəyasət Heyətinin ştat cədvəli kifayət qədər şişirdilirdi. Eyni zamanda elmə heç bir aidiyyəti olmayan, müxtəlif qurumlarda çalışan və həmin qurumlarda pis nümunələr qoyan, əvvəlki iş yerində neqativ iş üsulu ilə yadda qalan şəxslərin akademiyaya gətirilməsi və onların hökmranlığının elm adamlarının üzərində bərqərar olunması, görünür ki, kimlərəsə sərf edirdi. Açığını deyim, AMEA-nın əvvəlki rəhbərliyinin dövründə, çox təəssüf ki, bu cür hallar yaşanıb. Həmçinin burada vacib məqamlardan biri də ondan ibarətdir ki, akademiyaya sanki bir iaşə müəssisəsi gözü ilə baxıblar. Biz hər zaman bilmişik ki, müəyyən elmi müəssisələr fundamental elmi tədqiqatlarla məşğul olub vəsait qazanmalıdır, onlar dövlət büdcəsinin vəsaitindən asılı olmamalıdırlar, gəirlər əldə etməlidirlər, onların tədqiqatlarının nəticələri iqtisadiyyatda tətbiqini tapmalıdır. Yoxsa görüntü xatirinə tədqiqat aparmaq, ölkəmiz üçün heç bir əhəmiyyət daşımayan, ona dividendlər gətirməyən tədqiqatlar olmamalıdır. Tədqiqatlar həm də praktikada yer almalı olduğu halda bunun əksini görürük. Görün vəziyyət hansı şəkildə idi ki, dövlətimiz məcbur olub elmin idarəedilməsinin təkmilləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Faktiki olaraq, AMEA-nın strukturları Elm və Təhsil Nazirliyi ilə AMEA arasında bölüşdürüldü. Nəzərə alsaq ki, müxtəlif nazirlik və komitələrin nəzdində, eyni zamanda da elmi-tədqiqat institutları, sahəvi institutlar var. Əslində, bu mənzərə hər yerdə eynidir. Akademiyanın idarə edilməsində əvvəlki yanlış münasibətin acı nəticəsini bu gün də hiss edirik. Dünən nahar vaxtı  akademiyanın bağında gəzərkən nə müşahidə etdim? AMEA-nın bağında bu gün də fəaliyyət göstərən bir yeməkxana var. Bu yeməkxana Akif Əlizadənin zamanında fəaliyyətə başlayıb və “akademiyanın prezidentinin çayxanası” kimi ad qazanan bir çayxanadır. Bura elmi müəssisədir, elmi mərkəzdir, Azərbaycanın beyin mərkəzidir. Orada rüsvayçı durum yenə də hökm sürür, amma bunlara “stop” deyən yoxdur. Akademiyanın həyətində gənclərə qəlyan təklif edilir, gəncləri zərərli vərdişlərə cəlb edənlər burada pul qazanırlar. Bu elm adına ləkədir. Bir alim dostim mənə dedi ki, burada elə fantastik qiymətlər qoyublar ki, adam təəccüblənir. Bu pullar kimə gedir? Akademiyanın əvvəlki rəhbərliyinin elmə münasibəti bax, belə olub”.

İ.Orucov vurğuladı ki, AMEA-da bu gün də şahidi olduğumuz neqativ halların əsası Akif Əlizadənin rəhbərliyi dövründə qoyulub. “AMEA-da bir –birini təkrarlayan institutlar var. Elm Tarixi İnstitutu Akif Əlizadənin prezidentliyi dövründə yaranıb.  Elm Tarixi İnstitutunun yaradılmasında məqsəd o idi ki, hansısa bir yaxın adamlarını gətirib ora direktor qoyacaqdılar, əlavə ştatlar açıb öz qohum-əqrabalarını ora işə cəlb edəcəkdilər. O institutda fərqli nə ilə məşğul olunurdu? Elm Tarixi İnstitutu nə deməkdir? Tarix İnstitutu var, bu institutda kiçik bir şöbənin görə biləcəyi bir işi görmək üçün instiutut açıblar. Onun işi bir institutun apara biləcəyi iş qədərdir. Bu institutların hər birinin direktorları, direktor müavinləri, elmi katibləri, müxtəlif şöbələri yaradıldı. Bu şöbələr mənasız yerə yaradılıb. Tədqiqat yoxdur, amma kimsə yaxşı oğlandır, yaxşı qızdır deyə gətirib onlara orda vəzifə veriblər. Onları direktor qoyub sonra da öz qohum-əqrabalarının hamısını akademik etdikləri kimi, akademik etsinlər. Mən bir dəfə elmin gələcəyi ilə bağlı düşüncələrimi paylaşmışdım. Orada qeyd edirdim ki, Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevə yaxın adamlar birbaşa gəlib akademik oldular. Özü də çox maraqlıdır ki, onların qohum-əqrabları da akdemiyada təmsil olunurdular. Onlar hansı məktəbi yaradıblar ki, AMEA-nın həqiqi və müxbir üzvləri olublar? Heç bir məktəb yaratmayıblar. Bu, elm adına utancdır. Əsl alimləri qalıb kənarda, bir çoxunu da ölkədən didərgin salıblar. Onları o qədər ağır duruma salıblar və onlardan sanki “müxalifətçi” obrazı yaradıblar, bu alimləri dövlətdən narazı salıblar. Bilərəkdən, elmin belini qırmaq üçün ediblər. AMEA-da 10 minə yaxın əməkdaş vardı. Amma siz araşdırsanız görəcəksiniz ki, bunların nə qədəri “ölü canlar” olub, burada nə qədər qohum-əqrabalarını gətirib yerləşdiriblər”.

İ.Orucov vurğuladı ki, ölkə prezidentinin elmə baxışı, elmdən gözləntiləri çox aydındır, amma baxın görün, AMEA-ya rəhbərlik edənlərin elmə baxışı necə olub. O hesab edir ki, AMEA-nın rəhbərliyində təmsil olunanlar ölkə başçısının elmdən gözləntilərini doğrultmayıblar. 

İ.Orucov ümid edir ki, Prezident İlham Əliyevin elmin idarəedilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanının icrasından sonra, nəhayət, elmi fəaliyyət sferasında bir nizam-intizam müşahidə olunacaq, şəffaflıq yaranacaq, alimlərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılacaq, əsl alimlərin imkanlarından istifadə olunacaq.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ