çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan dilində namaz mövzusu ətrafında müzakirələrə daha bir araşdırmaçı qoşuldu - Rəhim Müseyibov...

Image


Uzun müddətdir ki, cəmiyyətimizdə namazın Azərbaycan dilində qılınması məsələsi müzakirə edilir. Müzakirəyə qoşulan insanlar arasında rəy birliyi yoxdur, bir qisim insanlar deyirlər ki, namaz ərəbcə qılınmalıdır, bir qisim insanlar isə əksini söyləyərək namazın Azərbaycan dilində qılınmasının vacib olduğunu deyirlər.

Bu fikirdə olanlar iddia edirlər ki, ölkə dindarlarının çoxu ərəb dilini bilmədiyi üçün duaların mənasını bilmir, sadəcə əzbərləyib deyir, bu da duanın, sözlərin təhrif olunması ilə nəticələnir.

  • “Bunu istəyənlər islamın nə olduğunu bilmirlər”

 “Namazın Azərbaycan dilində qılınması nə dərəcədə düzgündür, bu mümkündür, yoxsa yox” sualı ətrafında açdığımız müzakirəyə Muğam dəsgah sənətinin dini fəlsəfəsi üzrə araşdırmaçısı Rəhim Müseyibov da qoşulub. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Fəlsəfə və Sosiologiya İnstitutunun elmi şurasının qərarı ilə kitabları nəşr edilib. “İslam, Muğam və Füzuli”, “Füzuli düşünərkən” və “Muğam həqiqətlər, dini-fəlsəfi baxış” kitablarının müəllifi Rəhim Museyibov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, namazın Azərbaycan dilində qılınması düzgün deyil. O, qeyd etdi ki, bu mövzuya yaxınlaşmaq üçün islamın kamil din olduğunu bilmək mütləqdir. İbadətin beş şərti olduğunu vurğulayan müsahibimiz qeyd etdi ki, bunlar Kəlmeyi-Şəhadət, namaz, oruc, zəkat və həccdir: “Amma bunların içində ən vacibi, fərz olanı, məcburi olanı namazdır. Bu Quranla da təsdiqlənir. Namazda, kamillik İslam dininin ibadətində kamillik nədir? Mən bunu çox fəlsəfi  xırdalamışam. Namaz nədir? Namaz sadəcə olaraq, ruhən Allaha doğru yaxınlaşmanın başlanğıcıdır, bünövrəsidir. Namaz hökmdür və bu mütləq qılınmalıdır, istisna yoxdur. Mən namazın sayı, forması və məzmunu barədə fikirlərimiz qeyd etmişəm. Namazın sayı Ənam surəsi 160-la açıqlanır. Peyğəmbərə aiddir. Təfsir var, bildirilir ki, Peyğəmbər merac edəndə ona 50 rükət namaz qılınması deyilib. Amma Peyğəmbər bunu o qədər mükəmməl tətbiq etdi ki, 50 dəfə namaz qılmağın xeyri gündə 5 dəfə namaz qılmağa verildi. Namazın forması məsələsinə də toxunmaq istəyirəm. Namazın forması barədə Quranın Ənam surəsində və hədisdə qeyd edib. Peyğəmbər deyib ki, mənim kimi siz namaz qıla bilməzsiniz, amma qılmağa çalışın”.

Müsahibimizin sözlərinə görə,  Ənam surəsində qeyd edilir ki, ilk müsəlman olmaq peyğəmbərə tapşırılıb. Məhəmməd Peyğəmər həm ilk müsəlman, həm də Allahın Rəsulu kimi 5 dəfə namaz qılıb və o hal və hərəkətlər kamil Peyğəmbər, ilk müsəlman kimi mətnə keçib. O, vurğuladı ki, Peyğəmbərdən 250 il sonra Məhəmməd əş-Şəfkani namazın hal və hərəkətlərini mətnə salıb və o mənt  bu günə qədər  də dəyişilməyib. Namazın məzmununa gəlincə, mütəxəssis qeyd etdi ki, nədir namazın məzmunu, burada insan nə əldə etmək istəyir? “Namaz ruhən Allaha yaxınlaşmağın başlanğıcıdır, ilkin mərhələsidir. Quran ərəb dilində nazil olduğuna görə, Allaha hörmət əlaməti olaraq bizim Peyğəmbərimiz namazı ərəb dilində qılıb. Quranda ayə var: “Rəsul sizlərə ən gözəl nümunədir ey insanlar!”. Əsl müsəlman Peyğəmbərin bütün hal və hərəkətləri, dediyi sözləri bizim üçün nümunədir. Ona görə də namazın ərəb dilində qılınması bir nümunədir. İkinci bir məsələ var ki, ilahi mətnlərdə forma və məzmun bağlılığı, harmoniya, ahəng var...”

Onun sözlərinə görə, Quran ərəbcədən nə qədər mükəmməl tərcümə olunsa da, yenə də orjinl mətnin yerini vermir. İlahi sözün ərəb dilində olmasının özünün bir harmoniya yaratdığını deyən mütəxəssis hesab edir ki, namaz ərəb dilində qılınmalıdır: “Mən ərəb dilini bilmirəm. Namaz və namazın qılınması Quranda 99 dəfə ayələrdə təkrar edilir. Məsələ budur ki, Allahın da 99 adı var. Burada da namaz barədə uyğunluq var. Filoloqlar qeyd edirlər ki, Quranın dili Rəbbin dilidir, bu ərəb dili deyil. Hətta Vasim müəllimin kitabında böyük alimlər deyirlər ki, Rəbbin dili ərəb dilinə zənginlik gətirib. Qurandakı harmoniya, forma məzmun bağlılığı tərcümədə pozulur. Bu pozulanda forma və məzmun bağlılığına ziyan gəlir. Ona görə də, tərcümə namazın qılınmasına, o sözlərə nöqsan gətirir. Böyük alimlər də deyir “biz Quranı tərcümə etmişik, anlayırıq ki, bu səhvdir”. Ona görə də, mənim aləmimdə Quranın tərcüməsi qeyri-ciddi söhbətdir. Məsələn, islamda birləşdirici xüsusiyyətlər var. İslam dini deyir ki, Allahın ipindən yapışıb hamılıqla birləşin.

Əsas məsələ odur ki, Peyğəmbərin çox gözəl bir hədisi var: “İbadət vaxtı ey insanlar, gözəl olun, çünki Allah gözəldir, gözəlliyi də sevər”. Allah gözəlliyi daha çox bəyənir və demək nöqsanlı tərcümə mətni tələb olunan gözəlliyə xələl gətirir. Nəhayət, Azərbaycan dilində qılınan namazlarda bu gözəllik aşağı düşür.  O gözəllik ki, Allaha yaxınlıq ki var o aşağı düşür. Namaz tərcümə ediləndə onun qarşısına qoyulan təyinat tamilə orbitindən çıxır. Namazın tərcümə olunmasını normal qəbul etmirəm. Bunu istəyənlər islamın nə olduğunu bilmirlər. Quranın tərcünməsi xeyirli işdir, amma onun ziyanı çoxdur. Çünki çox səhvlər edilir tərcümədə. Füzuli deyir ki, Quran təfsir olunmalıdır. Quran təfsirlə açılar, aydınlaşar. Ümumiyyətlə, şəriətə əl vurmaq olmaz. Əl vurularsa onda islam kamilliyini itirər. Namazın ərəb dilində qılınması islamın birləşdirmək ideyasından irəli gəlir. İslam heç bir mədəniyyəti inkar etmir, onu götürür formasını dəyişib islamın ideyasına uyğunlaşdırır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ