şənbə günü, 19 sentyabr 2026
     

Kürdəxanıda tarixi Hacı Zeynal hamamı kimin güdazına gedir...

Image


Azərbaycan ictimaiyyəti olaraq tarixi abidələrə münasibətdə o qədər də qayğıkeş deyilik. Çox təəssüflər olsun ki, Azərbaycanın müxtəlif bölgələrində mövcud olan tarixi abidələrə insanlarımız olduqca laqeyd yanaşırlar. Acı olsa da deyək ki, çox zaman yerli əhali onun mədəni dəyər olduğunun fərqinə varmaq istəmir.

Abidələrin içinin, ərazisinin zibilxanaya çevirilməsi “ənənəsi”də bizim cəmiyyətdə yaranıb. Kimin əlində bir ovuc zibil varsa tarixi abidənin qarşısına, ərazisinə atır. Keçən il Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinin zibil “poliqonuna” çevirildiyi barədə xəbərlər yayıldı, ondan əvvəlki il Maştağadakı tarixi “Qum” hamamının ətrafda yaşayanlar tərəfindən zibilxana kimi istifadə edildiyi faktı gündəmə çıxdı. Təbii ki, əlaqədar qurumlar məsələnin həlli istiqamətində addımlar atdılar, zibilliyə çevrilən ərazilər təmizləndi.

Ümimiyyətlə, bizdə tarixi abidələrin ərazisini zibilliyə çevirmək kimi mənfi bir xüsusiyyət var. Ermənilər olmayanlardan mif düzəldirlər, biz olanlarımızı zibilliyə çeviririk. 

Son günlər isə növbəti bir tarixi abidənin zibilxanaya çevirildiyi barədə məlumat yayılıb. Mətbuatın yazdığına görə, Kürdəxanıda, Qoçu Məşədi Adil küçəsində yerləşən 17-ci əsrə aid olduğu deyilən və tarixi abidə olan Hacı Zeynal hamamı  zibilxanaya çevirib. Bu tarixi hamam da sakinlərin zibilxanasına çevirilib. Yazılanlara görə, ətrafda yaşayan sakinlər 17-ci əsrə aid olduğu deyilən Hacı Zeynal hamamının qapısının ağzına məişət tullantıları atırlar.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, artıq sözügedən hamamın ərazisi tullantılardan təmizlənib:“Tarixi hamam yaşayış evlərinin arasındadır. Bu səbəbdən ətrafda yaşayan sakinlərin bəziləri əraziyə məişət tullantıları atır. Abidə mühafizəçisi və aidiyyəti üzrə rayonun kommunal təsərrüfat xidmətinin əməkdaşları ilə birlikdə təmizlənib”.

Söhbət ondan getmir ki, indi də həmin ərazi zibillə doludur, söhbət ondan gedir ki, insanlar niyə ora zibil atırlar? Əlaqədar qurumlar, yerli bələdiyyə niyə belə halların baş verməsinə imkan verir?

Camaatın, bələdiyyənin, yerli qurumların tarixi abidələrə laqeydliyi nədən qaynaqlanır? İlk dəfə deyil ki, tarixi abidə zibilliyə çevrilir. Bu nə münasibətdir? İctimai nəzarət harda qalıb?

  • “...Dövlətin də ciddi cəzalandırma mexanizmi işə salınmalıdır”

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, tərəqqiyə, yeniliyə meylli olan xalqımız bir qədər keçmişə, tarixə biganəliyi ilə tanınır. “Azərbaycanın hər qarışında tarixi abidələr, təbiət abidələri mövcuddur. Ölkəmiz insan cəmiyyətinin sivilizasiyaya keçdiyi dövrdən bu yana, eləcə də ondan əvvəlki dövrlərə aid olan müxtəlif tarixi faktlarla, sübutlarla zəngin olan bir ərazidir. Hər kəndimizi, dağımızı-dərəmizi qarış-qarış gəzib ciddi arxeoloji qazıntılar aparsalar külli miqdarda tarixi faktları özündə əks etdirən abidələri görə bilərik. Ümumilli lider ötən ilin 70-ci illərində Azərbaycanın hər yerində tarix-diyarşünaslıq muzeylərinin yaradılması barədə göstəriş verib. Hətta bu proses kəndlərdə də gedirdi.  O dövrdə ittifaq məkanından Azərbaycana gələn qonaqları həmin muzeylərə aparıb Azərbaycanın qədim tarixini onlara təqdim etməklə bağlı xüsusi proqram vardı. Azərbaycanın hər yerdində olduğu kimi Bakıda və Bakıətrafı qəsəbələrdə çox qədim abidələr var və o abidələr Azərbaycan xalqının burada yerli xalq olduğunu və böyük mədəniyyət yaratdığını sübut edir. Abidələrimizə qarşı bu cür biganə münasibət yalnız Krdəxanıdamı baş verir? Təbii ki, xeyr. Başqa yerlərdə də abidələrə qarşı xoşagəlməz münasibət mövcuddur. Bakını o yana keçəndə Qaradağda XV əsrə aid olan Karvansara, Lənkərandakı “Dəyirmi qala” abidəsi də baxımsız qalıb. Abidələrə ictimaiyyətin özünün də xüsusi qayğısı olmalıdır. Bu gün hansısa  abidə yaxşı vəziyyətdə deyilsə onun təmirində, təmizlənməsində ictimaiyyət, sakinlər iş adamları da aktiv olmalıdır. Hər şeyi əlaqədar qurumlardan gözləmə olmaz. Biz özümüz də, QHT-lərdən tutmuş bələdiyyələrə qədər hamısınız çalışmalıyıq ki, tarixi abidələr, tarixi yerlər qorunsun. Hacı Zeynal hamamının zibilxanaya çevirilməsi faktı çox acınacaqlıdır, yerli sakinlərin bu münasibəti qəbul edilməzdir. Əhali tarixi abidələrin qorunmasında maraqlı olmalıdır, bu bizim tariximizdir”.

A.X.Əbilov bildirdi ki, məlumatına görə, Zirə kəndi tərəfdə daş yol, at yolu, fayton yolu deyilən qədim daş döşənmiş yerlərin dağıdılıb, ərazilərinin satılması halları baş verib. O qeyd edir ki, onların yerində yeni binaların, villaların tikilməsinə necə imkan verə bilərik?  “Həmin bələdiyyə sədrinin, icra nümayəndəsinin, icra başçısının razılığı olmadan, sözsüz ki, kimsə bu işi görə bilməz. Bəzən icra hakimiyyəti sistemində olan məmurlar öz xeyirləri, gəlirləri üçün belə hallara göz yumurlar. Müxtəlif təşkilatların rəhbərlikləri ilə yazışmalar aparıb ərazidəki bəzi abidələrin “dağıdıldığını” qeyd edirlər və o abidələrin yerləşdiyi geniş əraziləri satıb ondan qazanc əldə etmək istəyirlər. Bu nə deməkdir? Əlbəttə, istər Kürdəxanıda, istərsə də digər kəndlərdə baş verən bu kimi hadisələr zamanı ictimai nəzarətlə yanaşı  dövlətin də ciddi cəzalandırma mexanizmi işə salınmalıdır. Tariximizə biganə münasibət, daş tariximizin dağıdılması təkcə abidələrimizə, tariximizə qarşı deyil, həm də dövlətimizə və xalqımıza qarşı atılan daşdır. Abidələrimizi hədəfə alanlar cəzalandırılmalıdır ki, bu başqalarına da görk olsun. Bələdiyyə, bələdiyyə üzvləri yalnız vergi yığmaqla, torpaq satmaqla, arayış verməklə yox, həm də tarixi abidələri, tarixi yerləri qorumaqla məşğul olmalıdır. Camaat ora zibil atanda bəs yerli bələdiyyə, icra nümayəndəliyi hara baxırdı? Onlar elə şərait yaratmalıdır, elə təbliğat aparmalıdır ki, abidələrimizə ziyan vuran olmasın. Tarixi hamamın ərazisinin təmizləndiyi deyilir, indi görək yerli qurumlar ora necə nəzarət edəcək”.

Bələdiyyələrin ərazilərdə abadlıq işləri aparmaqla, yeni kreativ turizm məkanları yaratmaqla məşğul olmalı olduğunu deyən ekspert hesab edir ki, onlar ərazidə iş görmək istəyən şəxslərə, icmalara dəstək göstərməlidirlər, amma onlar bunu etmir. “Baş verənləri ciddi şəkildə qınayırıq. Gənclər çox aktiv olmalıdır və belə halları görən kimi çəkib ictomailəşdirməlidirlər. Çünki ictimailəşən problemlərə dövlət qurumları reaksiya verir”- deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ