Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın Xəzərdən Avropayadək möhtəşəm enerji dəhlizi…

Image


Məlumdur ki, bu gün Avropanın enerji bazarında Azərbaycan getdikcə daha güclü mövqe sahibinə çevrilir. Bu məqam, xüsusən də o fonda diqqət cəlb edir ki, Avropanın enerji təhlükəsizyliynə böyük töhfə verən transmilli layihələrinin ərsəyə gəlməsində Azərbaycan indi təşəbbüskar kimi də müstəsna rol oynayır.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiyanın və Qafqazın Öyrənilməsi Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin bu xüsusda kifayət qədər maraqlı məqamlara diqqət çəkərək qeyd edir: “Azərbaycanın energetika sahəsində Avropa İttifaqı ilə əməkdaşlığına dair çox aydın mənzərə yaranır. Özü də Aİ-nin alternativ enerji resurslarında maraqlı olmasına baxmayaraq, bütün enerji layihələrinin əsas sponsoru və təşəbbüskarı məhz Azərbaycandır. “Cənub Qaz Dəhlizi”nə siyasi dəstək var, lakin səhmdarların tərkibinə baxılsa, bunlar SOCAR, Türkiyə şirkətləri, BP-dir. Təşəbbüskar isə yenə də Azərbaycandır. Burada maraqlı bir məqam var. Bir tərəfdən, Qərb iki istiqaməti – Rusiya və Qərb istiqamətlərini, məsələn, “Türk axını”nı və bu yaxınlarda təntənəli şəkildə işə salınan TANAP-ı müqayisə etmək istəyir. Azərbaycanla Rusiyanın eyni bazarlar uğrunda mübarizə apardıqlarını göstərmək bədxahlarımızın maraqlarına uyğundur.  Real vəziyyət tamam başqadır. Məsələn, “Türk axını”nın tikintisi yanvarda başa çatacaq və Rusiyanın Türkiyəyə qaz nəql etmək imkanı olacaq. Qazın daha sonra Bolqarıstan ərazisindən nəqli çətinləşib, çünki Sofiya prosesi ləngidir. Müvafiq olaraq, burada əməkdaşlıq üçün imkan yaranır. Özü də Azərbaycanın mövqeyi həmişə bundan ibarət olub ki, biz Avropanın cənub bazarlarına Rusiyanın “Qazprom”una lüzumsuz rəqabət yaratmadan çıxmağa hazırıq, çünki bu, Azərbaycanın maraqlarına uyğun deyil”.

Ekspert vurğulayır ki, Azərbaycan enerji sektorunda bununla ciddi əməkdaşlıqda maraqlıdır və bu da onun enerji siyasətinin böyük uğuru sayıla bilər. Məsələ ilə bağlı “Əl-Cəzirə” portalı da yazır ki,  Azərbaycan həqiqətən də çox uğurlu enerji siyasəti yürüdür, həm özünün, həm də əsas mütəffiqi olan Türkiyənin mövqeyini daha güclü hala gətirir: “10 il və ya daha çox müddətdə Avropa enerji təchizatından asılılığını azaltmağa çox çalışır. Keçmişdə karbohidrogenlər Qərblə Sovet İttifaqını, daha sonra Rusiya Federasiyasını birləşdirməyə və tərəfdaşlığa kömək edib. Ancaq bu gün enerji əlaqələri olduqca mürəkkəbləşib. Cənub-Şərqi Avropa bu rəqabətin gücləndiyi bölgələrdən biridir. NATO dekabr ayının əvvəlində Birləşmiş Krallıqdakı toplantısına çağırış edərkən, Serbiya prezidenti Aleksandar Vuçiç Soçidə Putinlə görüşüb. Səfər zamanı Vuçiç “Türk axını”nın və ya “Balkan axını”nın Serbiya qolunun tamamlanması ilə öyünüb.

Qara dəniz, Türkiyə və Cənub-Şərqi Avropadan keçən təbii qaz boru kəməri “Qazprom”un Ukrayna vasitəsilə tranzitini azaltmaq üçün uzunmüddətli strategiyasının bir hissəsidir. “Türk axını-2” olaraq da bilinən “Balkan axını” Türkiyə şəbəkəsini Bolqarıstan, Serbiya və Macarıstan vasitəsilə Avstriyanın Baumqarten bölgəsindəki qaz mərkəzinə bağlayır. O, həm Balkanlara, həm də Mərkəzi Avropaya xidmət edəcək. Bunlar “Şimal axını-2” ilə birlikdə Rusiya qazının Avropanın əsas istehlakçı ölkələrinə fasiləsiz nəqlinə və bunun nəticəsində yaranan bütün ticari və geosiyasi qazanclara zəmanət verir. Amma Rusiya Balkanlara qaz tədarükündə yeganə oyunçu deyil. Region ölkələri, hətta Kremlə rəğbət bəsləyənlər alternativ tədarük üçün addımlar atır. İlk dəfə 1990-cı illərdə Xəzər regionu və Yaxın Şərqdən alternativ enerji mənbəyi kimi təklif olunan “Cənub Qaz Dəhlizi” nəhayət, reallığa çevrilir.

Noyabrın 30-da prezidentlər Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev TANAP-ın  tamamlandığını vurğulayan Türkiyə və Yunanıstan qaz şəbəkələrini birləşdiriblər. İlk mərhələdə bu, Yunanıstan və Bolqarıstan kimi ölkələr üçün əhəmiyyətli alternativ bir mənbədir. İki ölkənin TANAP-ın arxasında duran şirkətlərlə – “Şahdəniz”, BP beynəlxalq konsorsiumu, Azərbaycanın ARDNŞ, Türkiyənin TPAO, Norveçin “STATOIL” və digərləri ilə bir milyard kubmetr üçün müqavilələri var. TANAP Yunanıstan-Türkiyə sərhədi ilə İtaliya arasında olan TAP kəmərinə qoşulacaq və qazı Albaniyaya, bəlkə də Qərbi Balkanlardakı digər ölkələrə çatdıracaq. TANAP Türkiyə üçün strateji nailiyyətdir. Uzun müddətdir ki, o, Avropanın neft və qaz istehsalçıları və əsas idxalçıları arasındakı mövqeyini əsas götürərək daha böyük bir istehlakçıdan tranzit ölkəyə keçmək üçün səy göstərib. Azərbaycan qazının Balkanlara gəlişi bu mənzərəni nəticəyə çevirir. Azərbaycanın özü ixracat istiqamətlərini şaxələndirməyə çalışıb. Sovet İttifaqından müstəqillik qazandıqdan sonra ölkə Rusiyaya bağlı olmayan neft və qaz infrastrukturuna sahib olub.

2006-cı ildə Türkiyənin Ceyhan strateji dəniz limanına axan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin açılışı ilə Azərbaycan öz neftini beynəlxalq bazarlara çıxara bilib. Elə həmin il açılışı olan Bakı-Tiflis-Ərzurum qaz kəməri Azərbaycan qazının Gürcüstan və Türkiyəyə tədarükünə imkan verib. İndi TANAP-la Azərbaycan təbii qazını Aİ-yə sata və “Qazprom”dan bazar payının bir hissəsini ala bilər. Ankaranın çoxdan bəri davam edən ambisiyası TANAP-ın 16-31 milyard kubmetrə qədər artırılması, qazın Türkmənistan, Şimali İraq və İran kimi digər istiqamətlərdən alınmasıdır. Kartlarını düzgün oynasa, Türkiyə özünü ticarət mərkəzi və ən yaxşı enerji gücü edə bilər. Yanvarın 8-də Putin Türkiyə bazarına xidmət edən “Türk axını”nın ilk açılışında iştirak etmək üçün İstanbula gələcək. Ancaq bu dəfə Ərdoğanın əli daha güclüdür. TANAP-ın təhvil verəcəyi 6 milyard kubmetr Rusiya ixracının dörddə birinə bərabərdir. Daha ucuz qiymətlər Türkiyəyə ABŞ, Əlcəzair, Nigeriya və Qətərdən mayeləşdirilmiş təbii qaz alışını artırmağa imkan verib. Türkiyənin enerji muxtariyyətinə can atması onu həm Aİ, həm də ABŞ üçün xoş tərəfdaş halına gətirir. Bu fonda TANAP-TAP bağlantısının açılması Yunanıstan və Bolqarıstanın şəbəkələrini birləşdirən əlaqə quruculuğu üzərində irəliləməyə kömək edib. Cənub-Şərqi Avropada transsərhəd enerji bağlantısı həm ABŞ, həm də Türkiyənin maraqlarına uyğundur. Aİ də, Ərdoğanla gərgin və tez-tez qarışıq münasibətlərinə baxmayaraq, “Cənub Qaz Dəhlizi”nin möhkəm tərəfdarı olub. Bu, Rusiyanın 2006 və 2009-cu illərdə Ukrayna vasitəsilə qaz tədarükünü müvəqqəti olaraq dayandırmasından sonra başlanan diversifikasiya səylərinə uyğundur”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ