şənbə günü, 07 noyabr 2026
     

“Ermənistan, Qarabağ və diaspor arasında konsensus yalnız Paşinyansız mümkündür”

Image


Ötən ay Ermənistan rəsmilərinin ABŞ-a çoxsaylı səfərləri fonunda İrəvan Vaşinqtondan hansısa dəstək alacağına böyük ümidlər bəsləsə də, hadisələrin gedişi tamamilə bunun əksini göstərir. Ermənistanın bütün yalvar-yaxarlarına baxmayaraq, ABŞ bu ölkə ilə iqtisadi münasibətlərini tədricən məhdudlaşdırır. ABŞ-ın Ermənistan və zəbt edilmiş Azərbaycan ərazilərində yaradılan qondarma quruma maliyyə yardımının ləğv edilməsi barədə qərarı da bunun real təsdiqi sayılır. Azərbaycana ayrılan yardımın həcmində bu fonda qeydə alınan artım isə, ermənilərə görə, artıq Vaşinqtonun Bakı və İrəvana fərqli münasibətlərinin real göstəricisidir.

Aydındır ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da özünü mütləq şəkildə büruzə verəcək. Erməni politoloq Suren Sarkisyan da vurğulayır ki, ABŞ-ın tutduğu mövqe, Qarabağ məsələsi də daxil olmaqla, bütün istiqamətlər üzrə Ermənistanın əleyşinə işləyir. O, bu vəziyyətdə ABŞ-ın  Ermənistan şirkətlərinə sanksiyalar tətbiq etməsinin də İrəvanaa müsbət heç nə vəd etmədiyini vurğulayıb. Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi Ermənistanın İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutu Qapalı Səhmdar Cəmiyyəti və “Markel” Qapalı Səhmdar Cəmiyyətini öz “qara siyahı”sına salıb. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutunun bu siyahıya düşməsinə səbəb QSC-nin ABŞ Təhlükəsizlik və Sənaye Bürosunun kommersiya nəzarəti siyahısında olan malları lazımi lisenziyalar olmadan təkrar ixarc etməsi olub. Digər tərəfdən, Vaşinqtondan hər iki QSC-nin icraçı direktorunun ABŞ sanksiyaları altında olan İran təşkilatları ilə bizneslə məşğul olduğu bildirilib. Nazirlik sanksiyaların artıq qüvvəyə mindiyini vurğulayıb. Amerika hakimiyyət orqanlarının fikrincə, bu erməni şirkətləri milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edirlər. Bütün bunlar isə ABŞ tərəfindən Ermənistana maliyyə yardımının azalmasının ardınca Vaşinqtonun İrəvana daha bir iqtisadi zərbəsi sayılır. Artıq güclü erməni lobbisi belə okeanın o tayında vəziyyəti dəyişməkdə acizlik nümayiş etdirir. Konqresdəki ermənipərəst konqresmenlərin fəaliyyti belə hansısa müsbət nəticələr vermir.

Qeyd edək ki, bin neçə ABŞ konqresmeni USAID təşkilatına məktub ünvanlayaraq, işğal altında olan Qarabağın minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsini azaltmamağa çağırış edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Bred Şerman və Ticey Koks demokrat və respublikaçı həmkarları tərəfindən imzalanmış, Qarabağda ərazilərin minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsini davam etdirməyə yönəlmiş məktubu ABŞ-ın beynəlxalq inkişaf agentliyi olan USAID-ə göndərib. Qeyd olunur ki, məktub 2019-cu ilin sonunda işğal altında olan Qarabağda ərazilərin minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsinin dayandırılması qərarına qarşı USAID təşkilatına ünvanlanıb. Məktubda, daha öncə Beynəlxalq inkişaf agentliyinin rəhbəri Mark Qrinin vəd etdiyi kimi, “HALO Trust” təşkilatının öz missiyasını başa çatdırmaq üçün maliyyə yardımını davam etdirməyi xahiş ediblər. Məlumata əsasən, ABŞ Konqresinin bir neçə üzvü “Hay Dat”ın təşəbbüsünə qoşularaq, ABŞ tərəfindən işğal altında olan Qarabağa ayrılan yardımın azaldılmasının əleyhinə çıxış edib. Amma bunun Donald Tramp hökumətinin qərarında hansısa dəyişikliyə gətirib çıxarmasının mümkünsüzlüyünü ermənilər özləri belə etiraf edirlər. Ermənipərəst konqresmənlərin Ağ Evə və Dövlət Departamentinə təzyiqinin nəticəsiz başa çatması mütləq sayılır. Digər tərəfdən hesab edilir ki, yaranmış vəziyyətdə Tramp hökuməti təzyiq cəhdlərinə cavab olaraq erməni lobbisinə qarşı daha sərt mövqeyə keçəcək. Məhz bu vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyanın gələn ay ABŞ-a səfərinin də fiasko ilə nəticələnməsi qaçılmaz sayılır.

Məlumat üçün bildirək ki, Paşinyan səfəri fonunda Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır. Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, ABŞ-dan maliyyə yardımının dayanması fonunda Paşinyan əsas ümidini varlı erməni diasporunun üzvlərinə bağlayıb. Amma erməni lobbisi də əvvəlki kimi Ermənistana, xüsusən də Paşinyana pul ayırmağa hazırlaşmır. Çünki varlı ermənilərin əksəriyyəti bu fonda ABŞ hökumətinin qəzəbinə tuş gələcəyindən qorxur. Bu səbəbdən ABŞ-da Paşinyanın erməni diasporu ilə problem yaşaması istisna olunmur. Erməni polittexnoloq Ruben Akopyan da bunu istisna etmir. O hesab edir ki, Nikol Paşinyan erməni diasporu ilə də getdikcə daha çətin dil tapır: “Hələ Qarabağdakı çıxışı zamanı Paşinyan mesaj verirdi ki, ya o, hakimiyyətdə qalacaq, ya da Ermənistanda hakimiyyət olmayacaq. Paşinyan Qarabağ problemi haqqında qətiyyən heç nə bilmir. Bu gün Ermənistan, Qarabağ və diaspor arasında konsensus yalnız Paşinyansız mümkündür. Məhz Paşinyanın gəlişindən sonra ABŞ-ın, Rusiyanın Ermənistana münasibətləri pisləşməyə doğru gedir. Bura hətta Avropa və İran da daxil edilə bilər. Bunlar indiki vəziyyətdə bizimlə düşmən olan Azərbaycanın əlini gücləndirir”.

Ermənistan parlamentinin sabiq deputatı Naira Karapetyan da məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, Paşinyanın gedişləri ABŞ-da, Rusiyada xoş qarşılanmır. Karapetyan xatırladır ki, avqust ayının 5-də Xankəndidəki meydanda Nikol Paşinyanın “birləşmə” və “Qarabağ Ermənistandır, vəssalam” bəyanatları münaqişənin həlli üzə danışıqlara mənfi təsir göstərərək, ABŞ da daxil olmaqla, vasitəçi ölkələr tərəfindən xoş qarşılanmır: “Buna görə də, danışıqlar prosesi İrəvan üçün çox başağrısı yaradacaq. İlk növbədə belə bir məqamda Qarabağdakı rejimin danışıqlar masasına qayıtması qeyri-mümkündür. Bizə və şəxsən baş nazir Paşinyana “birləşmə” tezisinin gündəmə qaytarılması nə verdi, bu əsassız populizmin partlaması, yoxsa hesablanmış proqramın bir hissəsi idi? İndiki məqamda bunun yalnız daxili auditoriyaya hesablanmış və daxili problemləri həll etmə bucağından nəzərdən keçirilməli olduğu iddia edilə bilər. Bu məsələdən, yumşaq desək, xarici siyasət hər hansı fayda əldə etməyib. Ona görə də xarici siyasətdə daha çox təzyiqlər gözləniləndir. Elə ABŞ-ın azaltdığı maliyyə yardımları da bunun təzahürü hesab oluna bilər”.

Karapetyan onu da xatırladır ki, baş verənlərə Azərbaycanın reaksiyası gecikmədi və Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş nazirinin bəyanatını təxribat kimi qiymətləndirərək bunları dedi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, qoy heç kim buna şübhə etməsin. Bunun nəticələrinə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür”. Bu bəyanatdan sonra hansı inkişaf proseslərinin baş verə biləcəyinə dair Karapetyan öz düşüncələrini ifadə edərkən qeyd edib ki, bu cür reaksiya veriləcəyi gözlənilən idi: “Niyə bu məqam nəzərə alınmayıb, yalnız baş nazirin məsələni Xarici İşlər Nazirliyi ilə müzakirə etmədiyini ehtimal etmək qalır. Azərbaycan XİN-in və Hikmət Hacıyevin bəyanatları məntiqə uyğundur. Ermənistanın demonetasiyasını daxili auditoriyadan beynəlxalq platformaya keçirmək üçün Azərbaycanın belə bir mövzuya ehtiyacı vardı”.
Karapetyan Hikmət Hacıyevin bəyanatının ciddiliyini nəzərə alaraq, bunun verə biləcəyi nəticələri açıqlamamağa üstünlük verib: “Azərbaycan bunu hələ çox uzun zaman müxtəlif platformalarda səsləndirəcək. Erməni diplomatiyası bunun nəticələrini silmək və neytrallaşdırmaq üçün çox səy göstərməli olacaq. Ermənistan Xarici İşlər Nazirliyinin reaksiyasının layiqli olub-olmadığına gəldikdə isə, qısa desək, Ermənistan Xarici İşlər Nazirliyi diplomatik söz ehtiyatına və etika qaydalarına əməl edərək, hələ ilkin addımı atıb. Lakin erməni tərəfinin bəyanatında Ermənistan-Qarabağ-Azərbaycan xalqlarına məqbul olan variantın axtarılması tezisinin vurğulanması narahatlıq yaradır. Bu fikri ilk dəfə Paşinyan ifadə edib, daha sonra müsahibələrində təkrarlayıb, indi isə Xarici İşlər Nazirliyi bunu ifadə edir. Erməni xalqının bir hissəsinin ayrı göstərilməsi məni narahat edir. Eyni zamanda ehtimal edilən müharibə zamanı Naxçıvan istiqamətində daha bir cəbhə açma ehtimalı ilə son atışmaları xatırlamaq lazımdır. Azərbaycanın güzəştlərə gedə biləcəyini təsəvvür etmirəm. Ermənistan balanslaşdırılmış siyasət aparmalıdır və axsamağa haqqı yoxdur... Erməni tərəfinin bu bəyanatındakı “bütün tərəflər” kəlməsi düzgün ifadə edilməyib. Bu kəlmə Ermənistanı münaqişə tərəfinə çevirir. Azərbaycan bunlardan məharətlə istifadə edir. İndi bu durumda Azərbaycan diplomatiyası bizə daha çox təzyiqlər göstərəcək. Xüsusən də Rusiya və ABŞ istiqamətində onların fəaliyyətinin genişlənməsini gözləmək lazımdır. Bakı göstərməyə çalışacaq ki, Ermənistan danışıqlarda vasitəçilik edən həmsədrlərin, xüsusən də region uğrunda mühüm maraqlara malik ABŞ və Rusiyanın vasitəçilik missiyasını da ayaqlar altına atır”. Sabiq erməni deputat indiki vəziyyətdə ABŞ-ın sərtləşən mövqeyinin arxasında belə məqamların da yer aldığını istisna etmədiyini bildirir: “ABŞ Ermənistana qarşı artıq təzyiqlərə başlayıb. Maliyyə yardımı məsələsi ətrafında baş verənlər bunun təzahürüdür. Bunun bir qədər də dərinləşməsi mövqelərimizin daha da zəifləməsi deməkdir. Azərbaycan yaranmış vəziyyətdə daha çevik hərəkətə keçməyə çalışacaq”.

Bütün bunlar hadisələrin mövcud inkişaf axarının heç də Ermənistanın lehinə olmadığını, düşmənin mövqelərinin sürətlə sıradan çıxmaqda olduğunu göstərir. Belə vəziyyətdə Ermənistana xaricdən, o cümlədən ABŞ-dan gələn maliyyə yardımlarının azalması bu ölkənin daha da zəifləməsi deməkdir. Təbii ki, bu durumda Dağlıq Qarabağ münaqişəsi ətrafında düşmənin müqavimət imkanları da sürətlə sıradan çıxır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 09:46
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ