şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan Rusiyadan Qarabağın “açarını” alır

Image


Azərbaycan bu gün Rusiyanın himayəsi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) cərəyan edən prosesləri yaxından izləyir. Eyni zamanda o da məlumdur ki, Ermənistan istisna olmaqla, Azərbaycanın hər iki təşkilatda yer alan digər dövlətlərlə sıx münasibətləri mövcuddur. Bununla yanaşı o da faktdır ki, hər iki qurum Azərbaycan kimi böyük potensiala malik ölkəni öz sıralarında görməkdə xüsusilə maraqlı tərəf kimi çıxış edir. Məhz bu vəziyyət əvvəlki dövrlərlə müqayisədə indi Ermənistanda daha böyük narahatlıq predmetinə səbəb olmaqdadır.

Məsələ burasındadır ki, İrəvan və Moskva arasında münasibətlərin pisləşməsi fonunda Kreml son dövrlər Bakı ilə ən müxtəlif sahələr üzrə işbirliyini dərinləşdirir. Bu durumda İrəvanı qorxudan odur ki, Azərbaycanın bu təşkilatlarda ən azı müşahidəçi statusu alması Ermənistan üçün ciddi Qarabağ zərbəsi ilə müşayiət olunacaq. Çünki həm Rusiyada, həm də Ermənistanda yaxşı bilirlər ki, Azərbaycanın bu təşkilatlarla  işbirliyinin əsas şərti Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Düzdür, məsələnin iqtisadi tərəfləri də var. Məsələn, Avrasiya İqtisadi İttifaqına qoşulma iqtisadi üstünlüklər vəd edir. Çünki burada üzv ölkələr arasında gömrük rüsumlarının ləğvi, yaxud sadələşdirilməsi postsovet respublikalarının ixrac mallarını Rusiya kimi nəhəng bazara maneəsiz şəkildə çıxarmasına şərait yaradır. Belə olan halda, kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya bazarının əhəmiyyəti ölkəmiz üçün daha da artır. 

Digər tərəfdən, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü Dağlıq Qarabağ probleminin həllini labüdləşdirir. Məhz bu halda, ittifaqın prinsiplərinə uyğun olaraq, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyması zərurətə çevrilir. Əks hal isə ittifaqın yaradılmasının məntiqsizliyini ortaya çıxarır ki, buna da Rusiya çətin razı olar. Məhz bütün bunlar fonunda Azərbaycanın bu təşkilatlarda ilk mərhələdə müşahidəçi statusu alması belə Ermənistanda ciddi əndişə yaradır.

Baş verənlərlə bağlı “1in.am” portalı yazır ki, hazırda Azərbaycan bu təşkilatlarda üzv və ya müşahidəçi statusu almaq əvəzinə Rusiyadan Qarabağın “açarını” əldə etmək istəyir. O da bildirilir ki, Azərbaycan bu üzvülükdən sonra öz torpaqlarını daha rahat geri ala biləcək: “Azərbaycan Avrasiya İqtisadi İttifaqında  üzvlük və ya müşahidəçi statusu almasını xarici siyasətdə ticarətin bir hissəsinə çevirmək istəyir. Azərbaycan təşkilatda üzv və ya müşahidəçi statusu almaq əvəzinə Rusiyadan Qarabağın “açarını” əldə etmək istəyir. Rusiya prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında MDB-yə üzv dövlətlərin rolunun əhəmiyyətini vurğulamaqla, ilk növbədə Tacikistan, Özbəkistan və Azərbaycanın roluna xüsusi önəm verib”. Sonuncu dəfə bu məsələ ilə bağlı Putinin 2018-ci ilin yanvarında xüsusi bəyanatla çıxış etdiyini xatırladan erməni mediası onun bu günlərdə KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan dövlətlərin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini Dövlət Dumasının təsdiqinə təqdim etdiyini də xatırladır: “Bir sıra ekspertlərin fikrincə, bu qanun layihəsinin təqdim edilməsi yeni proseslərin başlanğıcına işarə edir. Əslində, qeyd edilən bu 3 ölkənin müşahidəçi statusu alması məsələsi öz həllini tapmaqdadır. Avrasiya İqtisadi İttifaqında müşhidəçi statusu alması prosesi məsələsində yalnız Azərbaycanın problemi yarana bilər. Ermənistan öz səs hüququndan Azərbaycanın muşahidəçi statusu alması əleyhinə istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, zərurət olduğu halda Ermənistan təşkilata milli təhlükəsizliyə dair məlumatlar təqdim edir. Bu halda Azərbaycan bu məlumatları, qismən də olsa, əldə etmə imkanına malik ola bilər. Bu baxımdan Ermənistan Azərbaycanın müşahidəçi statusu almasının əleyhinə səs verməlidir. Amma burada problem ortaya çıxır. Təşkilatın böyük oyunçusu Rusiya Federasiyasının maraqlarına qarşı çıxmağa Ermənistanın yeni hakimiyyətinin iradəsi çatacaqmı? Son illərdə Rusiya hakimiyyətini razı salmaq üçün Ermənistanın yeni hakimiyyətinin mümkün olan hər şeyi etdiyinin şahidi olmuşuq. Ancaq nəzərə almaq lazımdır ki, Suriyaya qoşun göndərilməsi də Ermənistanın maraqlarına zidd idi. Buna baxmayaraq, Ermənistan hakimiyyəti Rusiyanın rəğbətini qazanmaq üçün, hətta parlamentin müvafiq icazəsi və hər hansı beynəlxalq müqavilə olmadan belə Suriyaya qoşun göndərməyə qərar verib. Bu şəraitdə Rusiyanın istədiyi halda Ermənistan Azərbaycanın təşkilatda müşahidəçi statusu almasına heç bir maneə yarada bilməyəcək. Bunu Bakıda da yaxşı bilirlər”.

Erməni şərhçi Tevos Arşakyan da qeyd edir ki, Moskvanın təzyiqlərlə öz istəklərini Ermənistana qəbul etdirməsi problem deyil və bu istəklərdən biri də Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasıdır. Eyni mövqeni rus ekspert Maksim Şevçenko da bölüşür. Onun sözlərinə görə, Rusiya Azərbaycan kimi bir mütəffiqi itirmək istəməz: “Təbii ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görməkdən çox məmnun olardı. Bakı və Moskva bu məsələdə anlaşsa, İrəvan buna hansısa maneə yarada bilməz. Təşkilatlara üzv digər ölkələrin də Azərbaycanla münasibətləri kifayət qədər yüksək səviyyədədir.  Ermənistan istisna olmaqla, qurum üzvləri Qarabağ münaqişəsinin həllini istəyir. Bunun üçün ilk növbədə ermənilər Qarabağın hüdudlarından kənarda işğal edilmiş rayonları azad etməlidir. Bu, hətta müzakirə edilməyən birinci məqamdır. Bu müddəa bir çox sammitlərdə, görüşlərdə, forumlarda təsdiq olunub. Rayonların azad edilməsi sülh nizamlanmasının başlanğıcı olacaq. Bu niyə baş vermir? Mənim üçün anlaşılan deyil. Bəli, Ermənistan hansısa zəmanətlər istəyir, öz qoşunlarını çıxardıqdan sonra Azərbaycan ordusunun hücum etməsindən qorxur. Lakin problemə kompleks yanaşmaq lazımdır. Rayonların azad edilməsi ilk addımdır. İkinci addım azərbaycanlı qaçqınların və onların ailələrinin bütün azad edilmiş rayonlara və Qarabağa qayıtmasıdır. Sonra isə Qarabağın statusu üzrə referendum keçirilməlidir.

Qarabağ niyə Cənubi Qafqazın İsveçrəsinə çevrilməsin? Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələr regionda vəziyyəti yaxşı mənada kökündən dəyişə bilər. Mən heç bir müharibə istəməzdim. Lakin ermənilər inad göstərsələr, Azərbaycanın digər seçimi qalmaya bilər. Halbuki, proses tamam fərqli də ola bilər. Azərbaycanın, Türkiyənin Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alması böyük bir regionda əhəmiyyətli iqtisadi, siyasi dəyişikliklərə səbəb ola bilər. Bundan Ermənistan da yararlanmaq iqtidarındadır və bunu İrəvanda nə qədər tez dərk etsələr, o qədər yaxşı olar”.

Hazırda proseslərin inkişaf axarı çox aydın göstərir ki, Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə olan Rusiya həqiqətən də Azərbaycanı ilk olaraq Avrasiya İqtisadi İttifaqında görməkdə olduqca maraqlıdır. Bunun isə bir sıra səbəbləri var. Əvvəla, məlumdur ki, MDB ölkələrinin bir çoxunda iqtisadi böhran hökm sürür. Azərbaycan isə iqtisadiyyatının möhkəmliyi ilə digər ölkələrdən aşkar şəkildə fərqlənir. Azərbaycan istər azad ticarət zonası, istərsə də valyuta ehtiyatları olaraq digər MDB ölkələrindən xeyli qabaqdadır. Azərbaycanın sabit siyasi vəziyyəti də digər ölkələrə nümunə sayılır. Bunun üçün də belə bir ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü qurumun güclənməsi deməkdir. Bu amillər Rusiya tərəfindən nəzərə alınır. Amma Kreml bilir ki, proseslərin istənilən şəkildə getməsi üçün Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas şərtdir. Rus ekspert  İqor Korotçenko da qeyd edir ki, Qarabağ münaqişəsinin həllinə nail olmaqla Moskva Bakı ilə münasibətləri daha da dərinləşdirə bilər: “Münaqişənin həlli üçün ilk növbədə konflikti başa çatdırmaq, işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq, sonra isə Dağlıq Qarabağın status məsələsi ilə məşğul olmaq lazımdır. Ən azı, yeddi rayon qaytarılmalıdır. Və ya vəziyyəti dəyişmək üçün beş rayon qaytarılmalıdır. Moskva burada daha fəal rol oynamalıdır. Hələlik isə biz danışıqlar fonunda eskalasiya, İrəvandan hərbi bəyanatlar müşahidə edirik. Axı diplomatlar danışanda silahlar susmalıdır. Yaranmış durum, ən azı, İrəvanın ikili mövqeyindən xəbər verir. Bu isə yaxşı heç nə vəd etmir. Bu gün baş verənlər, Ermənistanın son hərəkətləri vəziyyəti yeni müharibəyə sürükləyir. Yeni müharibə isə aprel müharibəsindən daha genişmiqyaslı olacaq, yüzlərlə qurbana gətirib çıxaracaq. Əraziləri qaytarmaq lazımdır. Onları əbədi işğal etmək olmaz. Azərbaycan və Türkiyənin iqtisadi blokadasını aradan qaldırmaq üçün yeniliklər lazımdır. Ermənistan buna getməlidir və Moçkva da burada fəal siyasət yürütməlidir”.

Avrasiya İqtisadi İttifaqı ilə yanaşı, Ermənistan perspektivdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da müşahidəçi dövlət statusu ala biləcəyindən ciddi narahatlıq keçirir. Ermənistanda belə əndişə yaranıb ki, bu gedişlə Azərbaycanın KTMT-yə üzvlüyünə Rusiya lazımi şərait yaradaraq, İrəvanın bu təşkilatda sarsılmış mövqeyinə daha bir zərbə endirəcək. Bundan öncə də erməni mediası belə bir məlumat yaymışdı ki, Kreml Bakı və Ankaranı təşkilatda görməyi çox arzu edir. Qeyd olunurdu ki, məhz belə bir vaxtda Rusiya prezidenti Vladimir Putin KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini təsdiq üçün Dövlət Dumasına təqdim edib. Bu təsdiqdən sonra Bakı ilə Ankaranın təşkilata daha da yaxınlaşa biləcəyi qeyd edilir və bildirilirdi ki, yaranmış vəziyyətdə Qarabağ münaqişəsinin həlli Azərbaycanın lehinə sürətlənəcək. Proseslər də elə tədricən bu istiqamətdə cərəyan edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ