Bazar günü günü, 08 noyabr 2026
     

Radikalların uğursuz Qarabağ Komitəsi layihəsi – şəxsi ambisiyalara qurban getmiş daha bir “Qarabağ təşkilatı”…

Image


İlham İsmayıl: “Mübarizəni elim-obam, camaatımızla bir yerdə davam etdirəcəm"
Akif Nağı: “İstefa verənlər dedilər ki, guya oyunlarda iştirak etmək istəmirlər”

 

Qarabağ Komitəsinin son iclasında ciddi gərginliklər yaşanıb. Qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov komitədən istefa verib. Onunla bərabər Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da QK-nı tərk edib.

İ.Həmidov təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin təşkilini daha məqsədəuyğun sayıb. Onun çıxışı birmənalı qarşılanmayıb. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını açıqlayaraq, iclası tərk edib. Maraqlıdır ki, sosial şəbəkələr vasitəsilə canlı yayımlanan həmin iclasda əsl dava-dalaşın qalxdığının şahidi olduq. Hətta komitədə təmsil olunan bəzi qurumlar və konkret şəxslərin ünvanına “hakimiyyətə işləyirsiniz” kimi ittihamlar da səsləndi. Çox maraqlı bir mənzərə üzə çıxır və sual olunur: öz aralarında bir ay yola gedə bilməyən şəxslər Qarabağ problemini necə həll edə bilərlər? Təbii ki, heç cür. Əslində, bunun mümkünsüzlüyünü onların özləri hamıdan gözəl şəkildə anlayırlar. Çünki indiyə qədər biz müxalif cameənin təmsilçiləri arasında saysız- hesabsız birlik, blokların yaradıldığının şahidi olmuşuq. Hətta bir jurnalist kimi onların ardıcıl sıralanmasında da çətinlik çəkərik. Tez alışıb, tez də sönən həmin birliklərin adları belə heç yadımızda qalmayıb. Nəticəsiz siyasi manevrlər üçün atılan həmin addımları işsizlikdən irəli gələn bir əyləncə növü kimi də qəbul edə bilərik. Ancaq Azərbaycanın taleyüklü problemi olan Dağlıq Qarabağın adı ilə belə siyasi oyunlar oynamaq heç də yaxşı görünmür. Daha dəqiq ifadə etsək, adama utanc hissi gətirir. Eyni zamanda, sual oluna bilər: məgər hakimiyyət Qarabağ məsələsi ilə bağlı siyasəti zəif aparır? Biz hakimiyyətin siyasi kursunda bu problemin həllini prioritet istiqamət kimi görürük. Belə olan təqdirdə, bu müqəddəs ad altında siyasi oyunbazlıq etməyə dəyərmi? Gəlin sonuncu iclasda iştirak edən komitə üzvlərinin fikirləri ilə tanış olaq.

Komitənin idarə heyətinin üzvü İlham İsmayıl Qarabağ Komitəsində baş verən qalmaqal və istefalar haqqında deyir ki, burada Bakı Şəhər İcra Hakimiyyətinin Komitənin mitinqlə əlaqədar müraciətinə mənfi cavab verməsi də rol oynayıb: “Komitə üzvləri şəhər rəhbərliyinin mitinqi növbəti dəfə məqsədəuyğun hesab etməməsini sərt təpki ilə qarşıladılar. Burada icazədən asılı olmayaraq, mitinqin keçirilməsi barədə müəyyən fikir ayrılıqları mübahisə yaratdı. Komitənin idarə heyətinin üzvü İsgəndər Həmidov komitədən istefa verdiyini və yeni yaranan Azərbaycan Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsi yaradacağını bəyan edib iclası tərk etdi. Komitənin üzvü olan Gələcək Azərbaycan Partiyası da üzvləri ilə bərabər komitədən istefa verdiyini bildirdi.

Ümumi yığıncaqdan əvvəl idarə heyətinin hazırlıq iclasında Gürcüstan səfirliyi önündə piket keçirmə təklifi də mübahisə yaratdı. Mən bu məsələnin Qarabağ Komitəsinin prioriteti olmadığını bildirdim. Təklifi verən idarə heyətinin başqa bir üzvü ilə artıq neçənci dəfə fikir ayrılığımız yarandığından, mən iclası tərk etdim və ümumi yığıncaqdan sonra idarə heyətindən istefa verdiyimi jurnalistlərə bildirdim.

Qarabağ Komitəsində çox səmimi və həqiqətən Qarabağla ürəyi döyünən xeyli üzv var. Onlar həqiqi vətənpərvər insanlardır və Qarabağın azad edilməsi üçün canlarından keçməyə hazırdırlar. Mən onların hər birinə uğurlar arzulayıram.

Qarabağın azadlığı uğrunda apardığım mübarizəni daha çox Qarabağda, elim-obam, camaatımızla bir yerdə davam etdirəcəm".

Son qalmaqal zamanı “iqtidara işləmək” kimi ittihamlarla üzləşən QK-nin digər təsisçisi, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə ünvanlarına deyilən fikirlərlə razılaşmadığını bəyan etdi: “Onların istefasına təəssüf edirik, amma qərarlarına hörmətlə yanaşırıq. Komitənin parçalanmasından söhbət gedə bilməz. İşlərimizi davam etdiririk. Mitinqlə bağlı icazə verilməməsi pislənildi, növbəti mitinq üçün müraciət olunması qərara alındı. Növbəti mitinqin martın 16-da keçirilməsi nəzərdə tutulur. Qarabağ Komitəsinin yaranması bəzi dairələri əvvəldən narahat edirdi, bu səbəbdən parçalamağa, zəiflətməyə çalışırdılar. Bilmirəm, bu istefalar onunla bağlıdır, ya yox. İstefa verənlər dedilər ki, guya oyunlarda iştirak etmək istəmirlər, QAT hakimiyyətlə bağlıdır və sair. Bu ittihamların heç bir əsası yoxdur və bir az da gülüncdür. Hakimiyyətlə birbaşa əlaqədə olan, hakimiyyətlə sövdələşməyə gedən, deputat yerləri alan partiyalarla bir yerdə olan bəzi şəxslərin bizi bu cür ittiham etməsi doğrudan da gülüncdür. AXH daxilində Qarabağ Komitəsinin yaradılması da normaldır. Bütün partiyalarda bu cür komitələr, komissiyalar var. Burda da olmağının heç bir ziyanı yoxdur. İstefalar həm gözlənilən, həm də gözlənilməz idi. Buna təbii bir proses kimi baxmaq gərəkdir”.

Görün kifayət qədər təcrübəsi olan şəxslər Qarabağ adı altında bir-birini nədən ittiham edir? Hakimiyyətə işləməkdə. Əslində, bu adamlar anlamalıdırlar ki, Qarabağ probleminin həllində Azərbaycan xalqı bir yumruq tək birləşməlidir. Bu məsələdə iqtidar, müxalifət kimi ayrıseçkiliklər anlayışı olmamalıdır. Xalqın iradəsinin olduqca önəmli əhəmiyyət kəsb etdiyi bu mövzuda qətiyyən Qarabağın adını çirkin siyasi oyunların predmetinə çevirmək olmaz.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ