Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanın danışıqlar masasında və döyüş meydanında üstünlüyünün mahiyyəti Münhen görüşündən sonra dəqiq görünəcək…

Image


Məlum həqiqətdir ki, Azərbaycanın güclü, müstəqil iradəsini diqtə edən dövlətə çevrilməsi Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə indi ən çox təsir göstərən başlıca faktorlardan biridir. Zaman keçdikcə güclü Azərbaycan qarşısında zəif Ermənistanın davam gətirməsi daha böyük müşkülə çevrilir. Elə bu səbəbdən konfliktin yaxın tezlikdə həllinə olan ümidlər də artır.

Qeyd edilənlər fonunda  Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində səsləndirdiyi fikirlər də ölkəmizin birmənalı şəkildə üstün mövqedə olduğunu aydın surətdə meydana qoyur.  Məsələ ilə əlaqədar dövlət başçısı qeyd edir ki, bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir: “Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.

Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik”. Prezident xatırladıb ki, aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi: “O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan diplomatik, hərbi sahədə düşmən üzərində birmənalı şəkildə üstünlüyə malikdir və bu üstünlüyünü də getdikcə artırır. İndi əsas məsələ İrəvanın bundan lazımi nəticə çıxarıb Bakının şərtlərini qəbul etməsidir. Əks halda Azərbaycan hərbi üstünlüyündən istifadə etmək məcburiyyətində qalacaq və bu da Ermənistana yaxşı məlumdur. Ümumiyyətlə, Azərbaycanın hərbi gücü, potensialı artdıqca, bu, nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərir. 

Digər tərəfdən İrəvan onu da aydın görür ki,  Ermənistanı  sistemli iflasa gətirən əsas səbəb məhz Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlıdır. Elə bu səbəbdən də Ermənistan bumeranq effekti ilə üzləşib və Azərbaycanın iqtisadi, enerji və nəqliyyat blokadası siyasətinin hədəfindədir. İndiyə kimi Ermənistan bu səbəbin aradan qaldırılması və bununla da üzücü təcrid siyasətindən qurtulmaq naminə hələ ki, heç bir addım atmayıb. Amma artıq Ermənistanın bu siyasəti davam etdirməsi üçün hansısa imkanı da qalmayıb. Məhz bu səbəbdən İrəvanın yaxın tezlikdə konfliktin həlli istiqamətində hansı addımlar atacağı böyük maraq doğurur.

İşğalçı ölkənin bu xüsusda mövqeyinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın tezlikdə Münhendə baş tutması gözlənilən görüşündən sonra daha çox aydınlıq gəlməsi gözlənir. Rusiyalı politoloq Stanislav Tarasov xarici işlər nazirlərinin ehtimal edilən görüşünü şərh edərkən bununla bağlı bildirib: “16-18 fevral tarixlərində Münhendə təhlükəsizlik məsələləri üzrə növbəti iclas keçiriləcək. Burada, həmçinin, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü gözlənilir”. O qeyd edib ki, əvvəllər hamı məhz vasitəçilər tərəfindən xarici işlər nazirlərinin görüşlərinin təşkili formasına uyğunlaşmışdı: “Həmin görüşlərdə həmsədrlər yeni layihələr, əlavə addımlar təklif edir, cəbhə xəttində gərginliyin zəifləməsinə dəstək verirdilər. Hazırda vasitəçilərlə görüş Mnatsakanyan-Məmmdəyarov təmasları nəticəsində təşkil edilir”.
Onun sözlərinə görə, bundan irəli gələrək hesab etmək olar ki, Münhendə Mnatsakanyan-Məmmədyarov görüşü hazırlanırsa, bu iş həmsədrlər tərəfindən aparılmır:  “Digər bir önəmli məqam Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbə və Davosdakı görüşləridir. Bu görüşlər də həmsədrlərin səyi olmadan baş tutub. Bu vəziyyəti nəzərə alaraq, Məmmədyarov-Mnatsakanyan və Əliyev-Paşinyan cütlüyünün fəaliyyəti nəticəsində əldə edilmiş mövqelər möhkəmləndirilməlidir, lakin hansısa səbəblərdən maneələr baş verir... Bunu kim, niyə edib - suallar yaradır.  Burada nəzərə almalıyıq ki, Qarabağ Ermənistan və Azərbaycan arasında münaqişə çərçivəsindən çoxdan çıxıb və Yaxın Şərqlə bağlı geosiyasi məsələyə çevrilib. Bu cür əsaslı məsələləri dərk etməmək diplomatik dalana aparır və aparıb da. Buna görə də Münhendə Məmmədyarov-Mnatsakanyan görüşü baş tutarsa, nazirlər artıq müəyyən razılıq əldə etməlidir. Əks təqdirdə savaşın yenidən başlanması qaçılmaz olacaq və Azərbaycan indi hərbi gücünə çox güvənir, Ermənistanda isə bu hal müşahidə olunmur”.

Bütün bunlar fonunda İrəvanın Qarabağ məsələsində dinc tənzimlənməyə getməsi, aydındır ki, Ermənistanın yeganə çıxış yoludur. Amma hələ də işğalçı ölkədə sağlam məntiq müşahidə olunmur. Belə ki, Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son dövrlərdə qismən nikbin ab-havanın yaranmasına baxmayaraq, Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən bəyanatlar hələ də bu ölkənin sülhün əleyhinə olduğunu nümayiş etdirir. Məsələn, Nikol Paşinyan hökumətinin proqramını parlamentə təqdim edərkən yenə Dağlıq Qarabağ məsələsində əsassız fikirlər səsləndirib, separatçı rejimin adından danışıq apara bilməyəcəyini bildirib. O iddia edib ki, Qarabağın azərbaycanlı icması deyilənlər Azərbaycanın prezident və parlament seçkilərində iştirak edir və Azərbaycan vətəndaşıdırlar: “Beləliklə, Azərbaycan Prezidentini həm də Qarabağ icması seçib və buna görə də Azərbaycan prezidenti, Azərbaycan hökuməti və Azərbaycan parlamenti həm də bu adamları təmsil etmək üçün mandata malikdir”.

Faktdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil.

Paşinyanın bu yanlış mövqeyinə Azərbaycan artıq rəsmi münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı  bildirib: “Baş nazir Paşinyanın səsləndirdiyi bəyanatlar mövcud vəziyyəti daha da gərginləşdirmək deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır. Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil. Bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı, guya ki, əhalisini sülhə deyil müharibəyə hazırlamaqda, “aqressiv ritorikada” ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın “aqressiv ritorikası”ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir”.
O diqqətə çatdırıb ki, Azərbaycan, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən, bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir: “Ermənistan baş naziri bu həqiqətləri və münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, Ermənistan əhalisinə vəd etdiyi “iqtisadi inqilabı” bir o qədər tez reallaşdıra bilər. Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir”.

Burada ziddiyyət yaradan faktorlardan biri də budur ki, Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri Azərbaycan tərəfi ilə görüşlərdə reallığa daha yaxın mövqe qoyduğu halda, İrəvanda tamam fərqli mövqe sərgilənir. Hər halda, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın tezlikdə Münhendə baş tutması gözlənilən  görüşündən sonra İrəvanın hansı dəsti-xətti seçəcəyi daha dəqiq bəlli olacaq. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı malik olduğu diplomatik, hərbi üstünlüyün hansından daha çox istifadə edəcəyinə dair qərarını verəcək. Bir məsələ dəqiqdir ki, sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq Ermənistanın özünə zərərdir. Ən azı o baxımdan ki, işğalçılıq siyasətinə son qoyaraq regional sülhə gəlməyəcəyi təqdirdə Azərbaycanın hərbi potensialından isğtifadə etməsi Ermənistanın tam çöküşünə rəvac verəcək. Bunu isə həm Ermənistan, həm də onun hamiləri çox yaxşı bilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ