Sadiq Qarayev: “Fransa ictimaiyyəti də, xalqın fikrini ifadə edən yazıçı da başa düşürlər ki, heç bir iqtisadi, siyasi gücü olmayan Ermənistanın tərəfini tutmaqla, real iqtisadi tərəfdaş olan Azərbaycandan uzaqlaşırlar” Zaur Əliyev: “Fransa hökuməti unutmamalıdır ki, bu ölkənin dövlət müstəqilliyinin qazanılmasında azərbaycanlıların böyük əməyi olub”
Bu gün ermənilər Avropada arzuolunmaz topluma çevrilməkdədirlər. Xristianlıqlarından geniş səviyyədə sui-istifadə edən ermənilərə artıq Fransa ictimaiyyəti, yazıçıları mənfi münasibət göstərməyə başlayıb.
Hazırda od-alov içində olan, vətəndaş qəzəbinə düçar olan Fransa hökumətinin öz başının hayına qalmaq əvəzinə, yenə də ermənilərə dəstək göstərməsi Fransa ictimaiyyəti tərəfindən yaxşı qarşılanmır. Fransa hökumətinin ermənilərə dəstək verməsinə qarşı çıxan fransız yazıçısı İn Benar hökuməti ermənilərin “nazı ilə oynamamağa” çağırıb. "Biz ermənilərin hər istəyilə oynamağı dayandırmalıyıq. Azərbaycanın ərazisini zəbt etmiş bir ölkəyə haqq qazandırmaq mümkün deyil” - deyə bildirən yazıçının bu fikrini Fransa ictimaiyyətinin Fransa hökumətinə erməniləri dəstəkləməyi dayandırması ilə bağlı çağırış hesab etmək olarmı?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Sadiq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, artıq Fransa ictimaiyyəti ermənilərin hər şeydən sui-istifadə etməsindən usanıb. S.Qarayevin sözlərinə görə, cəmiyyət, ictimaiyyət öz narazılığını yazıçı vasitəsilə hökumətə çatdırır. “Bilirsiniz, fransız cəmiyyəti ermənilərin əlindən bezib. Fransalı yazıçı da bunu hökumətə çatdırır ki, ermənilərə dəstəyi dayandır və haqqın yanında ol. Hər bir xalqın yazıçısı ümumi ictimaiyyətin fikir və istəklərini dilə gətirir. Son vaxtlar Fransada baş verən hadisələr, nümayişlər xalqın mövcud hakimiyyətdən hansısa məsələlərdə narazılığının ifadəsidir. Fransız yazıçının dediklərini də bu prizmadan qiymətləndirmək lazımdır. Yəni yazıçı demək istəyir ki, siz (hakimiyyət) iqtidara gəlmək və iqtidarda qalmaq üçün erməni lobbisinin dəstəyindən istifadə edirsiniz. Onlara söz verdiyiniz üçün, asılı vəziyyətə düşürsünüz. Yazıçı deyir ki, hakimiyyətdəkilər ölkənin milli maraqlarını öz hakimiyyətlərinə görə ayaqlar altına atırlar. Fransa ictimaiyyəti də, xalqın fikrini ifadə edən yazıçı da başa düşürlər ki, heç bir iqtisadi, siyasi gücü olmayan Ermənistanın tərəfini tutmaqla, real iqtisadi tərəfdaş olan Azərbaycandan uzaqlaşırlar. Bu isə ölkənin ümumi milli maraqlarına ziddir”- deyə bildirən S.Qarayev qeyd edir ki, artiq bununla fransız cəmiyyəti öz "kiçik bacı”larından, yəni ermənilərdən üz döndərmək ərəfəsindədir. O bildirdi ki, son zamanlar Fransada ayrı-ayrı ictimai xadimlərin, yazıçıların bu istiqmətdə verdikləri açıqlamalar proseslərin heç də ermənilərin xeyrinə getmədiyini düşünməyə əsas verir: “Düşünürəm ki, fransız cəmiyyəti artıq ermənilərdən xilas olmaq haqqında ciddi düşünür. Bəli, bu proses öz-özünə baş vermir, Azərbaycanın günü-gündən artan qüdrəti, iqtisadi və siyasi gücü bu situasiyanın yaranmasına səbəb olur. Biz gələcəkdə ermənilərin proqnozlaşdıra bilmədiyi bu cür situasiyalarla çox rastlaşacağıq. Zamanla ermənilərin lobbiçilik gücü, mövqeyi zəifləyəcək, bu isə Azərbaycanın hərtərəfli inkişafı sayəsində baş verəcək. Azərbaycanın Avropadakı nüfuzu ermənilərin bu qitədə mövqelərinin zəifləməsinə səbəb olacaq. Təkcə Fransa yox, bütün dünyadakı erməni havadarları artıq anlayacaqlar ki, həqiqətin tərəfəni tutmaq lazımdır. Bu həm demokratik, hüquqi cəmiyyətlərin baxışından irəli gəlir, həm də o ölkələrin milli dövlətçilik maraqlarına uyğun olur. Bir sözlə, ermənilərə kömək heç vaxt hansısa xalqın marağına deyil, lobbinin dəstəyindən istifadə edib hakimiyyətə gəlmək istəyən qrupların mənafeyinə uyğun olub. Bunu da Fransa xalqı öz yazıçısının dili ilə ifadə edir” - deyə S.Qarayev qeyd etdi.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev isə hesab edir ki, bu gün Fransa ictimaiyyəti yazıçı vasitəsilə öz etirazını hökumətə ünvanlasa da, hökumət yenə də ermənilərin tərəfini tutmaqda davam edəcək. O deyir ki, burada bir amil xristian həmrəyliyi ilə bağlıdırsa, digər məsələ fransızlaşmış ermənilərin xərçəng kimi Fransaya yayılmasıdır. “İndiyə qədər Fransa yazıçı və şairlərinin, ictimai xadimlərinin bu cür etirazları, çağırışları çox olub. Lakin inanmıram ki, Fransa hökuməti ictimaiyyət nümayəndələrini eşitsin. Çünki bu gün Fransanın içində saysız fransızlaşmış erməni var. Onlar vaxtilə milliyyətini dəyişərək “fransız” olublar. Həmin adamların törəmələri, qohumları bu gün Fransa hökumətində ciddi vəzifələr tutur, dövlət strukturlarında çalışırlar. Sovetlər Birliyi dağılandan sonra bilmişik ki, Şarl Aznavur ermənidir”.
Z.Əliyev qeyd etdi ki, erməni lobbisinə, ermənilərə dəstək olan Fransa hökuməti bunu bir xristian həmrəyliyi hesab edir. O vurğuladı ki, ermənilər tarixən fransız xalqına qarşı satqınlıq mövqeyi tutublar. “İkinci Dünya Müharibəsi zamanı Fransada erməni legionu da fəaliyyət göstərirdi, ermənilər faşistlərlə əlbir idilər. Həmin dövrdə ermənilər fransızlara çox böyük xəyanətlər ediblər. Fransa Respublikasının qurulmasında, bu ölkənin inkişafında ən mühüm rolu azərbaycanlılar oynayıb. Fransızlar unutmamalıdırlar ki, Fransa dövlətinin hazırda mövcud olmasında azərbaycanlıların tarixi xidmətləri var. İkinci Dünya Müharibəsində azərbaycanlılar Fransa müqavimət hərəkatına qoşularaq Fransanın faşizmdən xilasında əhəmiyyətli rol oynadılar. Təkcə həmin hərəkatda iştirak edən Sovet İttifaqı Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun adını çəkmək kifayətdir ki, azərbaycanlı partizanların Fransanın müstəqilliyinə verdiyi töhfələr haqqında təsəvvürlər yaransın. Şarl de Qol bunu yaxşı bilirdi və xalqımızın qəhrəmanlığını unutmurdu. O, SSRİ-yə gələndə ancaq Bakıda və Moskvada olmuşdu. Başqa şəhərlərə getməmişdi. Şarl de Qol Əhmədiyyə Cəbrayılovun fəaliyyətini müsbət qiymətləndirmişdi. Bu tarixdir. Fransa hökuməti unutmamalıdır ki, bu ölkənin dövlət müstəqilliyinin qazanılmasında azərbaycanlıların böyük əməyi olub, bunu fransız xalqı, ictimaiyyəti bilir, hökumət də bilsin” - deyə Z.Əliyev vurğuladı.
İradə SARIYEVA