Bazar günü günü, 08 noyabr 2026
     

Münhen görüşü - Qarabağ məsələsində Ermənistana yeni təzyiq platforması...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə tənzimlənməsi üçün Bakı İrəvanın yaxın tezlikdə əməli addımlar atacağını gözləsə də, hələlik ortalıqda hansısa real nəticə yoxdur. Belə vəziyyətdə proseslərin sonrakı inkişaf axarının necə olacağı isə Almaniyanın Münhen şəhərində baş tutacaq görüşdən sonra daha dəqiq şəkildə bəlli olacaq.

Rusiyanın təşəbbüsü ilə baş tutacaq görüş barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova məlumat verib. O bu xüsusda qeyd edib: “Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür”.

Rusiyanın təşəbbüsü ilə baş tutacaq üçtərəfli görüşdən sonra İrəvanın Qarabağ məsələsində  hansı mövqedə dayanacağı daha dəqiq şəkildə bəlli olacaq. Çünki Bakı və İrəvan arasında belə görüş Nikol Paşinyanın Ermənistanda artıq tam hakimiyyətə yiyələnməsi fonunda baş verir.  Yəni artıq Paşinyan Qarabağ məsələsində sərbəst addım ata bilər və onun niyyətinin nədən ibarət olacağı məhz Münhen görüşündən sonra dəqiq bəlli olacaq. Digər tərəfdən, burada Rusiya amilinə də xüsusi diqqət çəkilir. Məlumdur ki, artıq Ermənistanda Moskvadan narazı olan qüvvələr tam hakimiyyətlərini bərqərar edə biliblər. Rusiyanın yaratdığı qurumlara, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistanın bu təşkilatlarda təmsilçiliyi Paşinyan hakimiyyətə gəldikdən sonra formal xarakter daşıyır. Kreml isə bu durumla razılaşmaq niyyətində deyil. Elə bu vəziyyətdə Kremlin mövqeyi bundan ibarətdir ki, İrəvanın Bakı ilə münasibətləri tənzimləməsi Rusiyanın maraqlarına cavab verir. Belə ki, bununla Moskva faktiki olaraq Qarabağ məsələsində Bakının yanında yer aldığını göstərir, İrəvana Azərbaycan üzərindən təzyiq göstərir. Belə vəziyyətdə Kreml İrəvanı yenidən öz orbitinə daxil edəcəyinə ümid bəsləyir.

Rusiya - Azərbaycan əlaqələrinin mövcud durumu da rəsmi Bakının yaranmış situasiyadan lazımınca yararlanmasına səbəb ola bilər. Qarabağ münaqişəsinin həllini yerindən tərpətmək üçün ermənilərə artan təzyiqlərin müəyyən nəticələr verə biləcəyini Bakıda yaxşı anlayırlar. Beləliklə, nazirlərin Münhen görüşündə Bakı və Moskvanın İrəvana ciddi təzyiqlər göstərməsi gözlənir. Məhz burada Paşinyan komandasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konkret mövqeyi bəlli olacaq. Erməni politoloq Ervand Bozoyan da qeyd edir ki, Bakı Moskvanı tam şəkildə yanına çəkə bilib və bu da mütləq Münhen görüşündə özünü göstərəcək: “Digər tərəfdən, Rusiya yaxın perspektivdə nəyi gözləməli olduğunu, danışıqlar prosesi çərçivəsində Ermənistanın mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir: bundan əvvəl  hər bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələdə bir-birini əvəzləyib. Ermənistanda hakimiyyət dəyişdikdən sonra ABŞ danışıqlar prosesində aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi Rusiyada narahatlıq yaratdı. İndi Moskva buna görə İrəvanı Qarabağ məsələsində daha çox cəzalandırmağa çalışır. Bu reallıq Ermənistanın danışıqlar prosesində mövqeyini itirməsinə gətirib çıxarır”.

İndi İrəvan, bütün bu reallığı nəzərə almayıb, münaqişənin çözümü üçün lazımi addımlar atmasa, Bakının məsələnin hərb yolu ilə çözməsinə heç kim maneçilik yaratmayacaq. Çünki sülh danışıqlarının dalana dirənməsi müharibə təhlükəsini artırır. Yəni uzunmüddətli sülh danışıqları nəticə vermirsə, prosesin masadan hərbi müstəviyə keçməsi risqi artır. Savaş başlayarsa, Bakının hərbi qüdrəti Ermənistanı tam çökdürməyə zərbə endirməyə imkan verir.  Bir sözlə, İrəvanın Qarabağ danışıqlarını pozması bütövlükdə bölgəni fəsadı ağır ola biləcək savaşa sürükləyir.
“Erməni qartalları - Vahid Ermənistan” partiyasının lideri Xaçik Asryan bildirir ki, yaranmış vəziyyətdə ölkəsinin durumu həqiqətən də çox ağırdır. Partiya lideri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmaq üçün müharibəyə hazırlaşdığını bildirib: “Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirir, ordu dayanmadan yenilənir. Müasir silahlar alınır. Hesab edirəm ki, Azərbaycan çox yaxında Qarabağda hərbi əməliyyatlara başlayacaq. Mən şəxsən Nikol Paşinyanın xalqları sülhə hazırlaşdırma adı altında Qarabağı Azərbaycan verməsini görsəm, təəcüblənmərəm. Çünki o, Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək. Paşinyan artıq isbat edə bilməz ki, Qarabağı Azərbaycana təslim etmək niyyətində deyil”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov da vurğulayır ki, yeni savaş Ermənistan üçün böyük fəlakətlər deməkdir: “Hazırda müharibə davam edir. Atəşkəs rejimi sadəcə müharibənin bir mərhələsidir. Təmas xəttində çoxlu sayda hərbi hissələr üz-üzə durursa və hər gün atəşkəs rejimi pozulursa, deməli, hər an müharibə passiv fazadan aktiv fazaya keçə bilər. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və silahlanması həm də ona görədir ki, müharibənin aktiv fazaya keçdiyi an ordumuz qarşısına qoyduğu məqsədə qüsursuz nail olsun”.

Polkovnikin sözlərinə görə, Serj Sarkisyan dövrü ilə Paşinyan dövrünün Azərbaycana münasibətini müqayisə edəndə görünür ki, vəziyyət əvvəl bir qədər gərgin olub: “İş o həddə çatdı ki, Azərbaycan Prezidenti qarşı tərəfə mesaj verərək bəyan etdi ki, bundan sonra cavabdehlik Ermənistanın üzərində qalacaq. Bu gün Azərbaycanın nüfuzu, gücü, onun Silahlı Qüvvələrinin inkişafı Paşinyan kimi qeyri-konstruktiv mövqe tutan şəxsi masa arxasına gətirdi. Həmin görüşdə ciddi söhbətlər oldu. Azərbaycan Prezidenti ilə görüşdən çıxdıqdan sonra Paşinyan artıq öz ifadələrində ehtiyatlı oldu. Bu danışıqlardan sonra təmas xəttində atəşkəsin pozulması faktları bir qədər azaldı”.

Şair Ramaldanov xatırladıb ki, Azərbaycan ordusu Ermənistanla sərhəddin bir hissəsini Sərhəd Xidmətinə təhvil verib və həmin ərazidə bu qurum dövlət sərhədlərini mühafizə edir: “Fikrimcə, bunu yuxarıda qeyd edilən prosesin davamı kimi qəbul etmək olar. Biz onu da bilirik ki, Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu ölkə heç vaxt müstəqil olmayıb və konfliktlə bağlı müstəqil qərar qəbul etmək imkanında deyil. Onlar hər zaman havadarlarının əmrlərini yerinə yetirirlər. Bu mənada, yeni Ermənistan hakimiyyəti hələlik bu konflikti sülh vasitəsilə həll etmək imkanında deyil. Getdikcə Ermənistanda Qarabağ konfliktinin sülh yolu ilə həll edilməsinin tərəfdarları çoxalır. Erməni cəmiyyətində anlayırlar ki, Ermənistan meqa iqtisadi layihələrdən kənardan qalıb və özlərinin imkanı yoxdur ki, Qarabağa investisiya qoysunlar.
Beləcə, Qarabağ zəif iqtisadiyyatı olan ölkə üçün əlavə yükdür. Buna rəğmən, Ermənistanı da silahlandıran qüvvələr var. Ancaq reallıq odur ki, Azərbaycan bu regionda güc sahibidir. Azərbaycan ordusu nə qədər güclü olsa və düşmən bizim ordumuzun gücünü qiymətləndirib hiss etsə, konfliktin masa arxasında həlli variantına meyl edəcəklər. Güclü dövlətlə, güclü Silahlı Qüvvələri olan dövlətlə gücsüz dövlət heç vaxt müharibə aparmaq istəməz. Tarixdə belə faktlar var. Bu mənada, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və silahlandırılması gələcəkdə düşməni sülhə gətirmək baxımından da əhəmiyyətlidir.

 Paşinyan anlayır ki, Qarabağ məsələsinin bu fonda davam etməsi Ermənistan üçün faciə ilə nəticələnə bilər. Azərbaycan Prezidenti açıq bəyan edib ki, Ermənistan sülh yolu ilə işğal edilən torpaqları azad etmək yolundan çəkilsə və Azərbaycanı məcbur etsə ki, ordunun imkanları ilə bu məqsədə çatsın, bu zaman mümkündür ki, Azərbaycan öz tarixi torpaqları haqqında düşünsün. Hesab edirəm ki, bu çox tarixi və əhəmiyyətli bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan işğal edilən əraziləri işğaldan təmizləməyə başlasa, hüququ var ki, tarixi torpaqları haqqında da düşünsün. Bu da, Ermənistanı birmənalı düşündürməlidir. Yəni müasir dünyada işğalın bu formada davam etməsi mümkün deyil. Fikrimcə, Ermənistanda ağıllı insanlar var və onlar bunu anlayır. Digər tərəfdən, Ermənistan bilir ki, müharibədən heç nə qazanmayacaq, itirəcəyi daha çox olacaq. Ermənistan Rusiyadan kredit hesabına silah alır. Bu vəziyyət faktiki olaraq erməni iqtisadiyyatının 50 faizini Rusiyanın nəzarətinə keçirib. Bununla belə, Ermənistanda Qarabağ klanı güclüdür, xaricdə olan erməni lobbisi Qarabağla bağlı mövqeyini dəyişməyib. Digər tərəfdən, Rusiyanın da maraqları var. Bu vəziyyətdə Ermənistan hansısa qərar qəbul etmək durumunda deyil. Amma cəmiyyət anlayır ki, bu vəziyyət onun xeyrinə deyil. Azərbaycanın iqtisadi, siyasi və hərbi baxımdan güclənməsi sabah Ermənistan tərəfini konstruktiv mövqe tutmağa vadar edəcək. İndi Azərbaycan Paşinyana imkan verir ki, komandasını yığsın, siyasətini qursun və konstruktiv danışıqlara başlasın. Bu, hər iki dövlət üçün müsbət hal olardı. Yox, Ermənistanın masa arxasında konstruktiv mövqe tutması baş verməyəcəksə, bu zaman Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığını yerinə yetirəcək”.

Yuxarıda qeyd olunduğu kimi, məsələyə ordunun qarışması Ermənistan üçün ciddi itkilərə gətirib çıxaracaq. İndilikdə isə Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün İrəvanla danışıqların davam etdirilməsi bu gün Bakının, eləcə də konfliktin çözümündə vasitəçilik edən dövlətlərin, xüsusən də Rusiyanın diqqət mərkəzindədir. Proseslərin bu fonda sonrakı gedişi Münhen görüşündən sonra bəlli olacaq. Yaranmış vəziyyətdə Paşinyanın təzyiqlərdən qorunmaq üçün yeganə əlacı Azərbaycanla münasibətləri normallaşdırmaqdır ki, bunun da yolu Qarabağ münaqişəsinin həllindən keçir. Hazırda Qarabağ məsələsinin həllini Ermənistan üçün zəruri edən digər məsələ İrəvana yönəlik beynəlxalq təzyiqlərin artmasıdır. Özü də bu təzyiqi göstərən əsas tərəflərdən biri, Rusiya ilə yanaşı, Paşinyanın iqtidara gəlişində heç də az rol oynamayan ABŞ-dır. Bütün bunları nəzərə alaraq İrəvanın Qarabağ məsələsində konstruktiv mövqeyə gəlməsi İrəvanın özü üçün olduqca vacib sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ