Bazar günü günü, 08 noyabr 2026
     

Dünya sülhyaratma əməliyyatlarında Azərbaycanın və Ermənistanın iştirakına ölkə xalqlarının əks fərqli reaksiyaları...

Image


Arzuxan Əlizadə: “Azərbaycanın isə sülhyaratma əməliyyatlarında iştirak etməsi onun beynəlxalq imicinə müsbət təsir göstərir”

 

Məlum olduğu kimi, Ermənistan ordusunun tibbi heyət və hərbçilərdən ibarət 83 nəfərlik qrupu Suriyaya yola düşüb. Ancaq Ermənistanın sülhməramlı əməliyyatlarda iştirak qərarı dərhal ölkədə etirazlara səbəb olub. Ölkədəki siyasilər, ictimai təşkilatlar bunu etirazla qarşılayırlar.

Erməni politoloq və siyasi xadimlərinin açıqlamalarından aydın olub ki, rəsmi İrəvanın Suriyaya hərbi missiya göndərməsi tamamilə beynəlxalq hüquqa və Ermənistan qanunlarına zidd şəkildə, məhz Rusiyanın təzyiqilə baş tutub. Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bəyan edib ki, baş nazir Nikol Paşinyanı erməni hərbçilərin taleyi, ümumiyyətlə, maraqlandırmır və onlardan sadəcə kimlərinsə təzyiqindən qorunmaq üçün qalxan kimi istifadə edir.

Aşotyanın sözlərinə görə, hərbi missiya göndərilməsi ilə bağlı Suriya hakimiyyətinin rəsmi müraciəti yoxdur, əks halda, Paşinyan hökuməti onu ictimaiyyətə açıqlayar və bu barədə məlumat verərdi: “Paşinyan özünün şəxsi mənafeyi və siyasi maraqlarından çıxış edərək kobud şəkildə qanunları pozub”.

Digər erməni siyasətçilər isə hökumətin bu qərarını daha hiddətlə qarşılayıblar. Bildiriblər ki, müharibə şəraitində olan Ermənistanın öz ordusunda döyüşmək üçün kifayət qədər əsgər tapmadığı halda, Rusiyanın təzyiqi ilə Suriyaya hərbçi göndərməsi qətiyyən yolverilməzdir.

Onu da qeyd edək ki, Azərbaycan da bir sıra ölkələrdə humanitar xarakterli missiyalarda aktiv iştirak edir. Dünyanın qaynar nöqtələrində sülhün yaradılmasına öz töhfəsini verir. 1999-cu ilin sentyabr ayından başlayaraq, Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparır. Bu il Azərbaycan Silahlı Qüvvələri sözügedən missiyanı Cənubi Sudanda həyata keçirməyə başlayıblar. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın bu kimi sülhyaratma əməliyyatlarında iştirak etməsi hansısa narazılığa gətirib çıxarmayıb. Nə siyasi partiyalar, nə QHT-lər, nə də cəmiyyətin özü buna hansısa formada etiraz etməyib. Hətta ən radikal müxalifət təmsilçiləri belə, buna qarşı olmayıblar. Ermənistanda isə, göründüyü kimi, Paşinyanın bununla bağlı məlum qərarı etiraza səbəb olub.

Maraqlıdır, sözügedən məsələdə yaranan belə fərqli mənzərə nə ilə bağlıdır?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, Ermənistanın real imkanları ilə onun atdığı addımlar uzlaşmır. Ona görə də Paşinyanın Suriyada sülhməramlı əməliyyatlarda iştirak qərarı etirazla qarşılanır. Ermənistanın hazırkı iqtisadi imkanları bu kimi sülhməramlı əməliyyatlarda iştirak üçün əlverişli deyil. Ona görə də məlum qərar ikrahla və etirazla qarşılanır. Ermənistanda ictimai və siyasi təşkilatlar fərqindədirlər ki, Paşinyanın bu qərarı populizm xarakterlidir. O, ölkənin üzləşdiyi dərin sosial-iqtisadi və digər problemləri həll etmək əvəzinə, bu kimi qərarlar verir. Çalışır bununla ictimaiyyətin diqqətini həllini gözləyən problemlərdən yayındırsın. Etirazların kökündə dayanan başlıca faktor bununla bağlıdır. Digər tərəfdən, Paşinyan bu addımı atmaqla hesab edir ki, bununla, qismən də olsa, Kremlin təzyiqlərindən özünü qoruyacaq. Ancaq düşünmürəm ki, bu belə olsun. Ermənistanda geosiyasi mübarizə kəskinləşdikcə, Rusiyanın Paşinyan hakimiyyətinə yönəlik təzyiqləri artacaq. Ermənistanın Suriyada sülhməramlı əməliyyatlarda iştirakı Paşinyan hakimiyyətini Rusiyanın təzyiqlərindən qoruya bilməyəcək. Azərbaycana gəldikdə isə, ölkədə bununla bağlı vəziyyət fərqlidir. Azərbaycan Ordusu əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə güclənib. Bununla yanaşı, Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirak etməsi onun beynəlxalq imicinə müsbət təsir göstərir. Ötən illərin təcrübəsinə baxsaq görərik ki, bununla bağlı görülən işlər Qərb tərəfindən müsbət qarşılanır. Eyni zamanda, Azərbaycanın malik olduğu resurslar da buna imkan verir. Bu, iqtisadi baxımdan ölkəyə zərər vurmur. O üzdən, indiyə qədər hansısa partiya və QHT buna qarşı çıxmayıb. Cəmiyyətdə də bu məsələyə hansısa mənfi münasibət özünü göstərməyib. Bütün bu səbəblərdən Azərbaycanda sözügedən məsələyə etiraz etmirlər”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ