Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumlar arasında təcrübə mübadiləsi proqramının açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib.
DİDK sədri Fuad Muradov tədbirdə açılış nitqi ilə çıxış edib.
Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
TDƏŞ Baş katibinin müavini Ömər Kocaman gələcək planlar barədə danışaraq, 2019-cu il üçün nəzərdə tutulan layihələri açıqlayıb. Qeyd edib ki, 2019-cu ilin martında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin dəstəyi ilə Almaniya və ya Fransada fəaliyyət göstərən türkdilli diasporlar və vətəndaş cəmiyyətlərinin nümayəndələri, may ayının sonu-iyun ayının əvvəlində isə DİDK rəhbərliyi ilə ABŞ-dakıtürkdilli diaspor üzvləri üçün təlimin keçirilməsi planlaşdırılır.
Tədbir TDƏŞ nəzdində diasporla iş üzrə Təmas Qrupunun 5-ci İclası ilə davam edib.
Xəbər xidməti