Bazar günü günü, 08 noyabr 2026
     

Erməni girovluğundan xilas olmuş soydaşlarımızın bildiklərinin hamısı sonadək açıqlansa...

Image


“Deyə bilmərik ki, bu hadisələr ictimailəşməyib”
“... bunu dilə gətirmək həm etik cəhətdən çətindir, həm də mənəvi baxımdan ağrılıdır”

 

Yaxın tariximizin elə səhifələri var ki, onun hər bir vərəqini ehtiyatla açmalıyıq. Bəzən ehtiyatsızlıq ucbatından o səhifənin əzabkeş qəhrəmanlarının ruhuna, heysiyyatına toxuna bilərik. Bunlar erməni əsirliyində min bir məşəqqətlə üzləşmiş, insanlığa yaraşmayan işgəncələrə məruz qalmış insanlardır.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən əsir və girov götürülən vətəndaşlarımız əsirlikdə olduqları müddətdə erməni vandalizminin hər üzünü görüblər. Bu gün də əsirlikdə olan azərbaycanlılara qarşı erməni vəhşiliyi davam edir.

Heç şübhəsiz ki, erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən oyunlar, onların hər addımbaşı məruz qaldıqları işgəncələrdən bütün dünya xəbər tutmalıdır. Qoy dünya görsün ki, onlar əsirlikdə olan azərbaycanlıların başına hansı müsibətləri gətiriblər. Erməni əsirliyindən azad edilərək öz ailələrinin, yaxınlarının yanına qaytarılan soydaşlarımız bu gün erməni vandallarının vurduqları yaraları, yanıqları həm bədənlərində, həm də yaddaşlarında, xatirələrində yaşadırlar. Erməni əsirliyindən azad olunan soydaşlarımızın orada yaşadıqları dəhşətlər barədə verdikləri məlumatlar, açıqladıqları fikirlər nə üçün tam olaraq cəmiyyətə açıqlanmır?

Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, əsirlikdən azad edilən soydaşlarımızın başına ermənilər tərəfindən elə müsibətlər gətirilib ki, onların hamısını ictimaiyyətə açıqlamaq mümkün deyil. Onun sözlərinə görə, erməni əsirliyində olan qızlar, gəlinlər orada elə işgəncələr görüblər ki, onların məruz qaldıqları əzabların mental baxımından açıqlanması o insanlara müsbət təsir göstərməz. Ancaq bununla belə, erməni əsirliyindən azad olunan soydaşlarımızın, demək olar ki, hamısının başına gətirilən işgəncələr, onların əsirlikdə çəkdikləri müsibətlər sənədləşdirilib. “Xaincəsinə başımıza gətirilən bu müsibətlər dünya tarixində baş verən müharibələrin qanunlarına sığmayan müsibətlərdir. Müharibənin öz qayda-qanunları var. Hətta ələ keçirilən kəndlərdə, şəhərlərdə dinc sakinlərin çıxması üçün yollar qoyulur. Lakin Qarabağ münaqişəsi zamanı ermənilər nə dinc sakinlərimizə aman verdilər, nə də ərazidə insanlara yardım edən həkimlərə, hadisələri işıqlandıran jurnalistlərə. Hətta 2 saat erməni əsirliyində olan rus jurnalist orada gördüklərini tükürpədici şəkildə təsvir edib. O jurnalist səhvən əsirlərin içinə düşüb.

Erməni əsirliyindən qayıdan insanların üzləşdikləri işgəncələrin ictimailəşdirilməsi məsələsinə gəlincə, deyə bilmərik ki, bu hadisələr ictimailəşməyib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2017-ci ildə nəşr edilən “Erməni əsirliyində işgəncə və qətl antologiyası”nda erməni əsirliyində olan insanların ürək qanadan əsirlik həyatı əks olunub. Erməni əsirliyində olan 1440 nəfər insan dindirilib, onlardan 339 nəfərin tam ifadəsi bu kitabda əks olunub. Bilirsiniz ki, Respublika “Xatirə kitabı” redaksiyası Dövlət Komissiyası ilə birgə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı “Xatirə kitabı”nın xüsusi buraxılışının I cildini hazırlayıb çap etdi. Əsir və girov götürülmüş vətəndaşlarımızın ifadələrinin yer aldığı materiallar üzərində işləyərkən elə faktlarla üzləşdim ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm, bunu dilə gətirmək həm etik cəhətdən çətindir, həm də mənəvi baxımdan ağrılıdır. Əsirlikdə olan insanlarımıza, qadınlarımıza qarşı elə işgəncələr həyata keçirilib ki, bəlkə də dünya müharibələri tarixində heç bir insana qarşı belə işgəncələr olmayıb. Ermənilər bizim əsirlərə, qadın və uşaqlara qarşı elə zorakılıq aktları törədib ki, bunlar insanlığa sığışmayan hadisələrdir. Qadınlarımız elə işgəncə aktları ilə üzləşiblər ki, bu gün onları cəmiyyətə, ictimaiyyətə açıqlamaq mental baxımdan çətindir. O insanların ailələri, yaxınları var, onlar istəməz ki, başlarına gətirilən müsibətlərdən danışılsın. Dövlət Komissiyasının sədri İsmayıl müəllim dedi ki, qadınların danışdığı elə faktlar, elə ifadələr var ki, onlarla bağlı qətiyyən o qadınların üzərinə getməyin. Ancaq onların ifadələri, danışdıqları tarix kimi qalır. Onların bir qismi, dediyim kimi,  “Erməni əsirliyində işgəncə və qətl antologiyası”nda yer alıb. Bu antologiyanın özü də artıq bir tarixdir. Bu kitabı vərəqləyib 339 nəfərin başına gətirilənləri bir-bir oxuyan insan az qala öz həyatından küssün. Bu insanların erməni əsirliyində yaşadıqları dəhşət müxtəlif vasitələrlə dünya ictimaiyyətinə çatdırılır. Dünənə kimi səsimizi eşitmək istəməyənlər artıq səsimizi duyurlar. İctimaiyyət elə bilməsin ki, əsir və girov düşmüş vətəndaşlarımızın harayını dünyaya yaymırıq, yayırıq” - deyə bildirən N.Məmmədova hesab edir ki, məhdud sayda KİV-lər istisna olmaqla, mətbuat bu məsələnin işıqlandırılmasına elə də cəhd göstərmir. O vurğuladı KİV-lər görülən işləri işıqlandırmalıdır. N.Məmmədovanın bildirdiyinə görə, hətta işçi qrupundan dəfələrlə mətbuata müraciət edilib ki, əsirlikdən azad edilən insanların taleyini işıqlandırmaq istəyənlər üçün şərait yaradılacaq. O qeyd edir ki, media bu istiqamətdə görülən işləri yerli və beynəlxalq ictimaiyyətə çatdırmaqda israrlı olmalıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı “Xatirə kitabı” redaksiyası və “Bakı-Xəbər” qəzetinin birgə layihəsini xatırladan N.Məmmədova qeyd etdi ki, qəzetdə mütəmadi olaraq bu qəbildən olan insanların taleyi ilə bağlı yazılar dərc olunur. “Demək istəyirəm ki, biz bu istiqamətdə iş görürük və başqa KİV-lərin də bu məsələləri işıqlandırması arzuolunandır. “Xatirə kitabı”nın xüsusi buraxılışındakı məlumatları həm də ingilis dilində verdik ki, dünya ictimaiyyəti erməni əsirliyində başına min bir əzab gətirilən soydaşlarımızın acı taleyinin harayını eşitsinlər. Bu nəşrin əhəmiyyəti odur ki, o bu ağrımızı dünyaya çıxarıb bütün xalqların səsini səsimizə qatmağa xidmət edir. Bilirsiniz, bu sahədə təbliğat işinə bir az gecikmişik, amma təsəllimiz odur ki, geciksək də, ortada real nəticələrimiz var. Bu kitab hazırlanana qədər bilmirdik ki, Ermənistanda bizim 3885 əsirimiz, itkinimiz, girovumuz var. Bu fakt da ictimaiyyət üçün yenidir. Bilirsiniz ki, ermənilər 20 il bundan əvvəl yalan statistika yaymışdılar ki, Ermənistanda olan azərbaycanlı əsirlərin sayı 750 nəfərdir. Amma araşdırmalar zamanı tamam fərqli bir rəqəm ortaya çıxdı. Mənə elə gəlir ki, 3885 rəqəmi də düzgün deyil, bizim orada daha çox əsir, girov soydaşımız var. Çünki rəqəmlər tez-tez dəyişir. İşçi qrupunun davamlı səyləri nəticəsində yeni adlar müəyyən edilir. Bizim qarşıda görəcəyimiz çox iş var. Biz “Xatirə kitabı”nın II, III və IV cildlərini çapa hazırlayacağıq. Biz I cildi nəşr etdikdən 1 həftə sonra əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı bir neçə yeni fakt aşkarlandı.  

Dünya görsün ki, bir insan əsirdirsə, o, sağlamlığından, dinc həyatından, Vətənindən, ailəsindən təcrid olunub. Əsirlik insanın məruz qaldığı işgəncələr haqqında hər şeyi deyir. Ermənilər əsir saxladıqları azərbaycanlılara deyirmişlər ki, artıq Azərbaycan deyilən ölkə yoxdur, ölkəniz yer üzündən silinib. Görün insanlara həm də necə psixoloji zərbələr vurublar. Ermənilərin bizim əsir və girovların başına gətirdikləri faşistlərin əsirlərə verdikləri işgəncədən daha ağırdır, daha dəhşətlidir. Daşnak vandalizmi faşizmi geridə qoyub” - deyə N.Məmmədova qeyd etdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ