Bazar ertəsi günü, 09 noyabr 2026
     

KİVDF olmasaydı… Arif Əliyevdən başqa əksər media rəhbərləri belə düşünür...

Image


Vüqar Rəhimzadə: “KİVDF kifayət qədər uğurlu bir layihədir və özünü tam doğruldub”
Aqil Abbas: “KİVDF xətti ilə qəzetlərə verilən yardımlar çap mediasına əlavə nəfəs verdi”
Bəhruz Quliyev: “Bəyəm öz dövlətindən yardım alıb qəzet çıxarmaq məqsədi və məramı bəlli olmayan bir xarici fonddan ianə alıb qəzet çıxarmaqdan pisdir?” 
Şakir Habiloğlu: “KİVDF olmasaydı, bu gün Azərbaycanda dövlətdən maliyyələşən 2-3 rəsmi qəzetdən başqa kimsə qalmazdı”
Elçin Mirzəbəyli: “Görünür, Arif Əliyev də Azərbaycan mətbuatına və KİVDF-nin 10 illik fəaliyyətinə gözlərini yumaraq  baxır”
Yunus Oğuz: “Həmin müsahibə ilə tanış deyiləm”

 

Məlum olduğu kimi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu on ilə yaxın bir müddətdə qəzetlərin maliyyələşdirilməsi meyarlarında növbəti dəfə dəyişiklik edib. 2010-cu ildən indiyədək Fond maliyyələşdirmə üçün əsas meyarlar olan çap tirajı və yayım sayını dörd dəfə yeniləşdirib. Nəticədə, məsələn, meyar olaraq çap tirajı 5 min, yayım nüsxələri 2 minin üstündə sonuncu dəfə qərarlaşıb.

KİVDF bu yeni meyarları göydəndüşmə elan etmədi. Hələ ötən ilin yayında qəzetlərlə müqavilə imzalayanda icraçı direktor Vüqar Səfərli hamıya açıq demişdi ki, 2019-cu ildə maliyyələşmənin bir qədər sərtləşdirilmiş meyarları tətbiq olunacaq və hər bir qəzet yeni meyarlarla ayaqlaşmaq üçün işini indidən bilməlidir. Yeni meyarlara keçmək üçün KİVDF rəhbərliyi 2018-ci il dekabrın sonlarında 6 yox, 3 aylıq maliyyələşdirmə dövrü üçün müsabiqə şərtlərini elan etdi, bu il yanvarın əvvəllərində qəzetlərlə 3 aylıq dövr üçün müqavilə imzaladı, bir neçə həftədən sonra isə növbəti 3 aylıq dövr – aprel-iyun ayları üçün yeni meyarlar əsasında müsabiqənin şərtlərini elan etdi, qəzetlərlə az əvvəl imzalanmış 3 aylıq müqavilə öhdəliklərini pozmadan, sadəcə, növbəti 3 ay üçün yeni meyarları iki ay qabaqcadan elan etməklə qəzetlərə özlərini toparlamaq üçün son dəfə ikiaylıq hazırlıq fürsəti verdi. Hazırda 30-dan çox qəzet həm köhnə, lakin qüvvədə olan şərtlərlə çapını davam etdirir, həm də təzə meyarlar əsasında ikinci 3 aylıqda da çapını davam etdirmək üçün özündə güc hiss edən qəzetlər fəal hazırlıqlar içindədirlər. Ancaq təəssüflər olsun ki, özünü media mütəxəssisi sayan bəzi adamlar mövzuya qərəzli yanaşaraq, həqiqətə uyğun olmayan fikirlər söyləyirlər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev son müsahibəsində bildirib ki, guya Azərbaycanda 20 qəzetin fəaliyyəti dayandırılıb və cəmi 10 qəzetin nəşrinə icazə verilib(?). Daha sonra qeyd edib ki, dövlətin qəzetlərə göstərdiyi yardım jurnalistlərin müstəqilliyini əlindən alıb. Ən sonda isə A.Əliyev məsələni öz arşını ilə ölçərək, qeyd edir ki, KİVDF-nin 10 il ərzində yürütdüyü media siyasəti iflasa uğradı. A.Əliyevin səsləndirdiyi bu iddialara tanınmış qəzet baş redaktorlarının fikirlərini oyrənmək qərarına gəldik.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, A.Əliyevin fikirləri ilə razı deyil: “KİVDF kifayət qədər uğurlu bir layihədir və özünü tam doğruldub.  İndiyə qədərki fəaliyyəti dövründə KİVDF kifayət qədər uğurlu layihə həyata keçirib. Peşəkarlığın artırılması, qəzetlərin texniki bazasının yaxşılaşdırılması da məhz bu Fondun dəstəyilə həyata keçirilib. Dövlətin bu istiqamətdə yürütdüyü media siyasəti çox uğurlu alınıb”.

“Ədalət” qəzetinin təsisçisi Aqil Abbas da KİVDF-nin uğursuz layihə olduğu və özünü doğrultmadığı fikri ilə razılaşmır: “Niyə belə deyirlər? KİVDF xəttilə qəzetlərə verilən yardımlar çap mediasına əlavə nəfəs verdi. İndi şərtlər bir qədər dəyişib. Əminəm ki, qəzetlər də bir qədər toparlanıb, yeni şərtlərə uyğunlaşaraq, fəaliyyətlərini davam etdirəcəklər. Media işində müvəqqəti çətinliklər ola bilər, amma bu heç də əsas vermir ki,  bütöv bir qurumun fəaliyyətini heçə sayasan”.

“Səs” qəzetinin baş redaktoru  Bəhruz Quliyev isə bildirdi ki, Arif  və Mehman Əliyevlərin nə istədikləri bəllidir: “Onlar, əslində, medianın vəziyyətindən narahat deyillər. İndiyə qədərki jurnalist fəaliyyətləri ərzində onlar öz qeyri-peşəkar mövqelərini ortaya qoyublar. Əslində, onlardan heç ciddi nəsə gözləməyə də dəyməz. Arif Əliyev jurnalistdir, ciddi fikir səsləndirməlidir ki, ona inanan olsun. Siz onun danışdıqlarına baxın. Deyir ki, 20 qəzeti bağlayıblar. Məgər KİVDF-nin əlində belə bir səlahiyyət var? Siz onların portretinə fikir verin. Onlar daim xaricdən külli miqdarda qrantlar alan adamlar kimi tanınıblar. A.Əliyevin özü xaricdən qrant alıb qəzet çıxarırdı. Bəyəm öz dövlətindən yardım alıb qəzet çıxarmaq məqsədi və məramı bəlli olmayan bir xarici fonddan ianə alıb qəzet çıxarmaqdan pisdir?  Bunların əsas hədəfləri o olub ki, Mətbuat Şurası və KİVDF-ni də ələ keçirsinlər. Müsahibələrində açıq deyirlər ki, KİVDF və Mətbuat Şurası kimi qurumlar onların əlindən çıxıb və bundan heyfsləndiklərini gizlətmirlər. A.Əliyevin işlətdiyi fikirlər tam şəkildə qərəzdən ibarətdir. Onların mətbuatın vəziyyətindən “narahatlıq” keçirmələrinin kökündə şəxsi mənfəətləri və qisasçılıq hissləri dayanır”.

“Novoye vremya”  qəzetinin baş redaktoru Şakir Habiloğlu da qəzetimizə açıqlamasında bildirdi ki, A.Əliyevin iddialarını tamamilə əsassız sayır: “Axı bu gerçəkliyi danmaq olmaz. KİVDF niyə iflasa uğrayıb? Bu gün Azərbaycanda mütəmadi şəkildə nəşr edilən 32 qəzet nəyin hesabına yaşayıb? Sizi əmin edirəm ki, həmin Fond olmasaydı, bu gün Azərbaycanda dövlətdən maliyyələşən 2-3 rəsmi qəzetdən başqa kimsə qalmazdı. KİVDF bir balaca şərtlərinə dəyişiklik etdi, gördünüz nə oldu? Görün neçə qəzet həmin dəqiqə bağlandığını elan etdi. Yardımsız qəzet çıxarmaq asandırsa, niyə onlar müstəqil fəaliyyətə davam etmədilər? Deməli, KİVDF-nin qəzetlərin fəaliyyətinə göstərdiyi dəstəyi danmaq olmaz”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, A.Əliyevdən söz düşəndə gözünün önündə bir hadisə canlanır: “Mətbuat Şurasının qurultaylarından birində iştirak etdiyi zaman A.Əliyevin ölkə jurnalistlərinə beynəlxalq təşkilatların müraciətlərini necə oxuduğunu bu gün də xatırlayıram. Bu kontekstdə də bugünkü yanaşmalarını dəyərləndirməyə çalışıram. Ölkə daxilində olan proseslərə başqalarının dili ilə  münasibət bildirən bir adamdan bundan yaxşısını gözləmək olmazdı. A.Əliyevin iddiaları ondan qaynaqlanır ki, Azərbaycan mediası bu gün dövlətə arxayındır. Faktiki olaraq, dövlətin verdiyi dəstək Azərbaycan mediasıının ayaqda qalmasına, inkişaf etməsinə yönəlib. Bu illər ərzində KİVDF-nin fəaliyyətinə diqqət yetirsək, Azərbaycan mətbuatının hansı inkişaf mərhələsini keçdiyini xatırlatmaq olar. Qəzetlərin oturduqları ofis və istifadə etdikləri texinkaya nəzər salmaq kifayət edir ki, bu barədə daha aydın təsəvvür yaransın. Kimlərsə bu prosesdən yararlanmayıblarsa, bu, artıq məsələnin başqa tərəfidir. Bu zaman kəsiyində dövlətin ayırdığı yardımlardan istifadə edən, yararlanan kifayət qədər qəzet olub. Bunu görməmək üçün sadəcə gözləri yummaq lazımdır. Görünür, A.Əliyev də Azərbaycan mətbuatına və KİVDF-nin 10 illik fəaliyyətinə gözlərini yumaraq  baxır”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qəzetimizə bildirdi ki, həmin müsahibə ilə tanış olmadığı üçün, hər hansı fikir bildirməyə çətinlik çəkir: “Tanış olandan sonra fikir bildirə bilərəm”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ