Bazar ertəsi günü, 09 noyabr 2026
     

Yeniləşməsək, yeniləcəyik - Müşfiq ƏLƏSGƏRLİ yazır

Image


Media nəzəriyyəçiləri üçün trendlər dəyişib. İndi müzakirələr “jurnalistika, onun standartları, davranış qaydaları” kimi mövzularda deyil, keyfiyyətli xəbər və effektiv kommunikasiya üzrə aparılır.

Yəni hədəf xəbərin istehsalçısı deyil, xəbərin özüdür. Çünki dövrümüzdə xəbər istehsalı, sadə dildə desək, “jurnalistlərin inhisarından” çıxıb, istehsalçıların çeşidi çoxalıb: “vətəndaş jurnalistlər”, “internet fəalları”, “sosial şəbəkə istifadəçiləri” kimi təbəqələr meydana çıxıb. Xəbər istehsalçıları kimi, kommunikasiyanın da tipi dəyişib: artıq istehsal olunmuş xəbərin çatdırılması üçün nəinki kağız, hətta radio, televiziya yayımları da tələbləri tam ödəmir. Diqqət internetə, həmçinin məkan-zaman fərqi qoymadan internetə fasiləsiz qoşulmaq imkanı olan cihazlara yönəlib. Xəbər istehsalçıları da öz məhsullarını internetlə, mobil tətbiqlərlə yayırlar. İnformasiya texnologiyaları üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin əksəriyyəti elan edib ki, növbəti ildən investisiyanı yalnız sosial şəbəkələrin, mobil tətbiqlərin inkişafına yönəldəcəklər. Hər kəs bunun üzərində fokuslaşıb. Azərbaycanda da durum fərqli deyil. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Təqribən 30 faiz insan sosial şəbəkələrə qoşulub, deməli, xəbərləşməni sosial şəbəkələr üzərindən reallaşdırırlar.

Qəzetlərin ömrü bitibmi, onlar bağlanmalıdırmı?

Texnoloji yeniliklərə aludə olub, keyfiyyətli xəbər məsələsini unutmayaq. Kontent məsələsi kommunikasiyanın tipi üzrə keçirilən müzakirələrdən geridə deyil. Kommunikasiya texnologiyaları nə qədər inkişaf edib xəbərin operativ çatdırılmasını təmin etsə də, bu, keyfiyyətli xəbər problemini aradan qaldırmır, əksinə, yalan xəbərin (fake news) artmasını stimullaşdırır. Məşhur statistika təşkilatlarının apardığı tədqiqatlar dəhşətli mənzərəni ortaya qoyur. Məsələn, “statista.com” portalının araşdırmalarına görə, onlayn resurslardan, internet üzərindən yayılan, xüsusən sosial şəbəkələr vasitəsilə verilən xəbərlərin yarıdan çoxunun məzmunu yalandır. Bu göstərici ölkələr üzrə dəyişir, inkişaf etmiş ölkələrlə inkişafdan qalmış ölkələr arasında fərq var. Amma fərq böyük deyil. Məsələn, statista.com-un araşdırmalarına görə, ABŞ-da 2017-ci ildə sosial media üzərindən yayılan xəbərlərin 42 faizi yalan xəbərlər (fake news) olub. Bəzi ölkələrdə isə bu göstərici 60 faizə qədər artır. İnsanlar yalan xəbərlərin toruna düşməmək üçün xəbərləri ənənəvi mənbələrdən, yəni peşəkar xəbər istehsalçısı olan KİV-lərdən - qəzetlərdən, radiodan, televiziyadan almağa üstünlük verirlər. “Forbes”in araşdırmalarında iddia olunur ki, ABŞ əhalisinin 51 faizi hələ də qəzet oxucusudur. “Pewresearch” portalı isə qəzet oxucularının sayını 61 faiz elan edib. Ortadakı fərq azdır, cəmi 10 faiz. Buna baxmayaraq, hətta minimum olana istinad etsək belə, özlüyündə böyük göstəricidir, qəzet oxucuları informasiya alıcılarının 51 faizini təşkil edirsə, durum pis deyil, çox yaxşıdır. Amma bu 51 faizlərə, 61 faizlərə qapılıb elə təəssürat yaranmasın ki, guya ABŞ əhalisinin 51 və ya 61 faizi səhər durub qəzet alır, eynəyini taxır və kağızı götürüb oxumağa başlayır. Yox, qətiyyən belə deyil. Adını çəkdiyimiz araşdırma mərkəzlərinə istinad etsək, həmin 51 faiz əhalinin yalnız 23 faizi qəzetləri ənənəvi variantda - kağız üzərindən oxuyur. Yerdə qalan oxucular isə qəzetləri onlayn versiyada, rəqəmsal texnologiyalarla oxuyurlar. ABŞ qəzetçiləri kommunikasiya üçün multi texnologiyalardan istifadə edirlər. Az da olsa, oxucuların bir qismi (23 faiz) qəzeti kağız üzərindən oxuyur, onların istəyi ödənilir, qəzetin kağız versiyası hazırlanır. Digər qisim oxucu qəzetin xəbərlərini mobil tətbiqlərlə izləmək istəyir, onların da ehtiyacları ödənilir. Kimsə sosial şəbəkələr üzərindən xəbər alıcısıdır, qəzet bunu da tətbiq edir. Vizual yayımlar edir, TV yayım təəssüratı yaradır, bu istəkdə olanları da əldən buraxmır. Beləliklə, xəbər alıcılarının 51 faizini (və ya 61 faizini) əldə saxlayır.

Deməli, qəzet və qəzetçilik öz ömrünü bitirməyib. Sadəcə, qəzeti kağız üzərindən oxuyanlar azalıb. Kağız isə qəzet xəbərinin oxucuya çatması üçün yeganə vasitə deyil. Qəzetlər, onların redaksiyaları hazır mexanizmdirlər, doğru xəbər almaq istəyənlər üçün ən önəmli mənbədirlər. Sadəcə, texnoloji yeniliklər ediblər, zamanın tələbinə, oxucunun zövqünə uyğunlaşıblar, xəbəri operativ çatdırma üsulları tapıblar. Bütün bunları qurmaq böyük vəsait, ciddi sərfiyyat tələb etmir. Əksinə, bu texnologiyaların tətbiqi kağız üzərində xəbər yaymaqdan daha ucuz, daha sərfəlidir. İnternetin mövcudluğu bu texnologiyaların tətbiqini asanlaşdırır, imkan yaradır. Sadəcə, bilgi, istək, maraq və stimul olmalıdır.

Azərbaycanda durum: KİVDF-nin stimullaşdırıcı missiyası

Azərbaycanda çap media (print media) sahəsində böhran hiss olunur. Qəzet oxucuları azalır, onlar elektron mediaya, onlayn resurslara müracət edirlər. Zəncirvari prosesdir: oxucu auditoriyası itirsə, tiraj aşağı düşür, tiraj enirsə, reklam yoxa çıxır, ciddi maliyyə böhranı yaşanır. İndi qəzetlərin yeganə stabil maliyyə mənbəyi Azərbaycan Prezidentinin dəstəyi , KİVDF vasitəsilə verilən maliyyədir. KİVDF 2009-cu ildən bu günə kimi qəzetlərin yaşaması üçün ən mühüm vasitə oldu. Belə demək mümkündürsə, dövlət başçısı Azərbaycan milli mətbuatını qorudu, onu yaşatdı. Amma bu proses nə qədər davam edə bilər? Nə vaxta kimi dövlət dəstəyi qəzetlərin yaşaması üçün başlıca mənbə olaraq qalacaq və qalmalıdırmı? Suallar çoxdur. Media menecerlərimizin verdikləri cavab isə birdir. Onlar deyirlər ki, internetin və elektron medianın, sosial şəbəkələrin inkişafı ənənəvi KİV-i, xüsusilə print medianı ciddi sınaq qarşısında qoyub. Həqiqətdirmi bu cavab? Yuxarıda dünya təcrübəsindən nümunələr verdik. İnternet, sosial şəbəkələrin inkişafı bir kommunikasiya vasitəsi kimi düzgün istifadə edilərsə, qəzetlərə fayda gətirməlidir. Fayda deyil, ziyan gətirirlərsə, deməli, nə isə düzgün tətbiq edilmir və dəyişiklik olmalıdır. Səbəbi tapmaq üçün uzağa getməyək. Neqativi hər kəsə şamil etmək olmaz. KİVDF-nin yardımından, dəstəyindən, təcrübə mübadilələri proqramlarından düzgün faydalananlar, uğur qazananlar da var və belələri çoxdur. Onlar dünya təcrübəsini əxz ediblər, yeni texnologiyalar tətbiq ediblər və öz mövcudluqlarını, nüfuzlarını qoruyub saxlayıblar, hətta inkişaf etdiriblər. KİVDF-nin 2019-cu ildə maliyyə ayrılması üçün elan etdiyi şərtlər, yeni tələblər həmin uğurlu KİV layihələrinin nümunə götürülməklə, print mediada mərkəzləşmə prosesini stimullaşdırır. Media bazarında güclülərin, cəmiyyət tərəfindən qəbul olunanların, oxunan qəzetlərin qalmasına və daha da inkişaf etmələrinə şərait yaradır. Onların öz imkanlarını daha da artırmaları üçün maliyyə vəsaiti əksərən belə KİV-lərə yönləndiriləcək.

Əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır, onların gözəl tərtibatı, texniki imkanları, böyük tirajı, geniş oxucu auditoriyaları var. Azərbaycanda isə ancaq KİVDF-nin vasitəsilə maliyyələşən qəzetlərin sayı 33 idi. Bundan başqa sahə qəzetləri, aylıq, regional qəzetlər var. Onların əksəriyyətinin tirajı çox aşağıdır, ən inkişaf edən bir neçə qəzetin tirajı 5 mini keçmir. İşçilərin sayı və peşəkarlığı tələb olunan səviyyədə deyil, maaşlar aşağıdır. Balaca bir ölkədə bu qədər qəzetin yaşaması üçün zəruri imkanlar yoxdur. Onlar nəinki Azərbaycan informasiyasını dünyaya çatdırmaq, heç ölkə içində ictimai rəyə təsir etmək imkanında deyillər. Təmərküzləşmə getməlidir, böyük, peşəkar kollektivi olan, yayım imkanları, oxucu auditoriyası geniş, dayanıqlı KİV-lərin qurulması stimullaşdırılmalıdır. Yeniləşməsək, yeniləcəyik, bu bir həqiqətdir.

Müşfiq ƏLƏSGƏRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ