Bazar ertəsi günü, 09 noyabr 2026
     

Erməni caniyə heykəl qoyur, sonra Ermənistana yol verir – Gürcüstan Azərbaycanın haqqını unudur...

Image


Yeganə Hacıyeva: “Gürcüstan nəzərə almalıdır ki, Ermənistanı blokadadan çıxarmaqla itirdikləri qazancından çox ola bilər”

 

Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır. Bunu Rusiya hökumətindəki mənbə “Kommersant”a bildirib: “Əslində, sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanısın”. Mənbənin məlumatına əsasən, müqavilənin əsas məğzi ondan ibarətdir ki, 2008-ci ildən sonra “Gürcüstanın yeni gömrük sərhədləri çəkilib”. Tiflisdə buna belə baxış bucağından baxmağı qəbul etmirlər.

“Siyasi debatlara daxil olmuruq və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır”, - Rusiya ilə münasibətlər üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Gürcüstanla Rusiya arasında ikisinin sözügedən ərazilərdən keçdiyi üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş 2011-ci ildən hazırlanırdı. Eyni zamanda, sənəd sərt şəkildə yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir və dəhlizlərin avtomatik açılmasını ehtiva etmir.

Yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin “Societe Generale de Surveillance” (SGS) şirkəti məşğul olacaq. Əvvəlcədən hər iki tərəf inadla Abxaziya və Cənubi Osetiyanın qanuni şəkildə təsbit edilmiş statusunun əks olunmasına çalışırdı: Rusiyada bu ərazilər müstəqil, Gürcüstanda isə Rusiya tərəfindən işğal edilmiş hesab olunur. Lakin nəticədə bu maddə sazişə daxil edilmədi.

Xatrladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş beşgünlük müharibədən sonra RF-nin o vaxtkı prezidenti Dmitri Medvedyev Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin Rusiya tərəfindən tanınması haqqında fərman imzalamışdı. Öz növbəsində, Gürcüstan həmin ərazilərin Rusiya tərəfindən işğal edildiyini bildirir.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açmasında ən çox maraqlı olan tərəflərdən biri də Ermənistandır. Çünki Ermənistanla Rusiya arasında quru əlaqəsi və nəticədə yükdaşımalar asanlaşacaq. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ancaq Hərbi Gürcüstan yolu ilə əlaqə saxlaya bilirdi və bu yolun Yuxarı Lars keçidi qış aylarında tez-tez bağlanır, habelə yaz-yay aylarında daşqınlar nəticəsində yolda hərəkət dayanır. Bu baxımdan, Gürcüstanın ərazi bütövlüyü prinsipini şübhə altına qoymaqla Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açması Ermənistanın faktiki blokada vəziyyətindən çıxmasına səbəb olacaq. Gürcüstanın bu addımı atması, eyni zamanda, Azərbaycanın da maraqlarına ziddi olacaq. Çünki bununla Azərbaycanın strateji müttəfiqi olan ölkə, faktiki olaraq, torpaqlarmızı işğal etdiyi səbəbindən blokadada saxlanan Ermənistana nəfəslik vermiş olacaq. Nədənsə, son vaxtlar Gürcüstanın hərəkətlərində açıq ermənipərəstlik nəzərə çarpır. Bu yaxınlarda ermənilərin kompakt yaşadığı Axalkalaki rayonunda Dağlıq Qarabağda öldürülən erməni terrorçusuna ucaldılan abidə və həmin hadisəyə edilən etirazların onlar tərəfindən qulaqardına vurulması da bu siyasətin konturlarına daha qabarıq üzə çıxarır. Gürcüstanın bu davranışlarının sonu nə ilə nəticələnə bilər?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, yaranmış vəziyyət heç də ürəkaçan deyil: “Bu istiqamətdə danışıqlar çoxdandır aparılır. Amma Gürcüstan hakimiyyəti də bu məsələyə razılıq verməklə bağlı ciddi daxili təzyiqlərlə üzləşib. Yəqin məhz bu səbəbdəndir ki,

Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin bərpasını uzun illərdir razılaşdıra bilmir. Bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir. Hazırda danışıqlar yekunlaşmağa yaxındır. Belə bir informasiyanın məhz Rusiyanın ciddi KİV-ləri tərəfindən dövriyyəyə buraxılması razılaşmanın artıq əldə olunduğuna dəlalət edə bilər. Bununla da Gürcüstan, faktiki olaraq, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı ilə barışmış olur. Təbii ki, belə olan təqdirdə, Ermənistanın bu yoldan yararlana bilməsi Gürcüstan üçün elə bir prinsipial əhəmiyyət kəsb etməyəcək. Çünki bir ölkənin öz daxilində olan separatçı meyllərlə barışması başqa ölkələr arasındakı problemə münasibəti ikinci dərəcəli edəcək. Bununla da Ermənistan üçün əlverişli şərait və əlavə nəfəslik açılır. Xüsusilə də Abxaziya yolunun açılması Ermənistanın Rusiya ilə həm də dəmir yolu ilə birləşəcəyi anlamına gəlir. Ola bilər ki, rəsmi Tiflis üçün bu elə də böyük əhəmiyyət kəsb etməsin, ancaq Gürcüstan bu cür strateji məsələlərdə, mütləq mənada, Azərbaycanın maraqlarını da nəzərə almalıdır. Xüsusilə də Gürcüstanda keçirilən son prezident seçkilərindən sonra biz Gürcüstanın bizə olan münasibətində ögeylik hiss edirik. Ən maraqlısı isə budur ki, həmin ögeylik ciddi siyasi səhvlərin buraxılması ilə müşahidə olunur. Gürcüstan heç bir strateji müttəfiqlik münasibətlərini nəzərə almadan bu hərəkətləri ardıcıl edirsə, düşünürəm ki, belə vəziyyətin davamı ölkələrimiz arasındakı münasibətlərin korlanmasına səbəb ola bilər. Gürcüstan nəzərə almalıdır ki, Ermənistanı blokadadan çıxarmaqla itirdikləri qazancından çox ola bilər. Böyük ehtimalla, belə vəziyyətin yaranacağı təqdirdə Azərbaycanın bu məsələyə münasibəti sərt olacaq”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ