Bazar ertəsi günü, 09 noyabr 2026
     

Tiflisin yanlış addımları - həm özünün, həm də Bakının maraqları zərbə alır… Udan isə Ermənistandır…

Image


Məlum həqiqətdir ki, bu gün qonşu Gürcüstanın iqtisadi cəhətdən inkişafında, sosial problemlərinin həllində Azərbaycan müstəsna rol oynayır. Ölkənin enerji resurslarını dünya bazarlarına çıxaran neft-qaz kəmərlərinin, nəqliyyat infrastrukturunun Gürcüstandan çəkilməsi, bu ölkəyə Azərbaycanın mavi yanacağı çox ucuz qiymətə satması, Tiflisə çox sərfəli şərtlərlə kreditlər verməsi, Gürcüstana yatırdığı böyük miqdarda sərmayələr qeyd edilənlərin real təsdiqidir.

Azərbaycan, həmçinin, qonşu ölkənin ərazi bütövlüyünü tanıyır, beynəlxalq qurumlarda ona hərtərəfli dəstək verir. Belə vəziyyətdə gürcü tərəfinin ölkəmizə münasibətdə atdığı bəzi addımlar təbii olaraq anlaşılmır.

Məsələn, bəlli olduğu kimi, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Dağlıq Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin tərkibində döyüşmüş Mixael Avakyana abidə qoyulub. Bu şəxsin Abxaziya məsələsində gürcülərə qarşı bəd əməlləri də heç kimə sirr deyil. Eləcə də Mixael Avakyanın Dağlıq Qarabağda törətdiyi cinayətlər sirr deyil. Məhz belə bir adama abidə qoymaq, əslində, təxribatdan başqa bir şey deyil. Rəsmi Bakının, Gürcüstanda yaşayan soydaşlırımızın, hətta gürcülərin özünün narazılığına baxmayaraq, abidə hələ də yerində qalmaqda davam edir. Halbuki, bu, Azərbaycanla Gürcüstan arasındakı dostluğa, strateji tərəfdaşlığa zərbə vuracaq bir addımdır.

Gürcü tərəfinin həm Azərbaycanın, həm də Gürcüstanın özünə qarşı atdığı daha bir zidd addım Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsidir. Bu reallaşsa, işğalçı Ermənistan müəyyən qədər düşdüyü blokada vəziyyətindən çıxa bilər. Halbuki, bu məsələdə Azərbaycanın həssaslığını Tiflis yaxşı bilir. Digər tərəfdən, belə bir addımla Tiflis ərazisindəki separatçı rejimlərə legitimlik qazandırır. Bütün bunlara rəğmən, Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze indi Tiflis üçün əsas məqamlardan birinin Rusiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq olduğunu vurğulayır. O bildirir ki, Gürcüstanın Qərb tərəfdaşları da Moskva ilə danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edir: “Moskva ilə humanitar və iqtisadi sahələrdə danışıqları davam etdirmək çox vacibdir. 2018-ci ildə iki ölkə arasında danışıqlarda müsbət nəticələr olub. İqtisadi münasibətlər inkişaf edib, ticarət dövriyyəsi xeyli artıb. Danışıqların növbəti mərhələlərində də Gürcüstan şirkətlərinin maraqlarını müdafiə edəcəyik və çalışacağıq ki, bu il də danışıqlar problemsiz davam etsin”. Gürcüstanın maliyyə naziri İvane Maçavariani isə qeyd edir ki, ölkəsi ilə Rusiya arasında yükdaşımalarla bağlı gömrük monitorinqinə dair danışıqlar bərpa olunur. Danışıqların növbəti mərhələsi fevralın 8-9-da İsveçrədə keçiriləcək. Görüşdə tərəflər arasında gələcək fəaliyyətə dair strategiyanın hazırlanması nəzərdə tutulur. Amma məsələ burasındadır ki, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Aydındır ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə "yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu da  işğalçı Ermənistanın köhnə arzusudur. Abxaziya yolu açılsa, Ermənistan Rusiya ilə həm quru, həm də dəmir yolu ilə birləşəcək. 

Rusiyanın “Kommersant” qəzeti də yazır ki, Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır. Rusiya hökumətindəki mənbə qəzetə bildirib: “Əslində, sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanısın”. Mənbənin sözlərinə əsasən, müqavilənin əsas məğzi ondan ibarətdir ki, 2008-ci ildən sonra Gürcüstanın yeni gömrük sərhədləri çəkilib. Bu məsələdə Zurab Abaşidze ölkəsinə belə haqq qazandırmağa çalışır: “Siyasi debatlara daxil olmuruq və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır”.

Gürcüstanla Rusiya arasında ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş, əslində, hələ 2011-ci ildən hazırlanırdı. Buradan keçəcək yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin “Societe Generale de Surveillance” şirkəti məşğul olacaq. Belə görünür ki, Tiflis müvafiq razılığa getməklə ərazisində separatçı qurumları tədricən tanımağa başlayır. Yuxarıda qeyd olunduğu kimi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açmasında ən çox maraqlı olan tərəflərdən biri də Ermənistandır. Çünki Ermənistanla Rusiya arasında quru əlaqəsi və nəticədə yükdaşımalar asanlaşacaq. Hazırda  Ermənistan Rusiya ilə ticarət münasibətlərini Gürcüstanın Yuxarı Lars gömrük qapısı üzərindən həyata keçirir. Amma bu gömrük qapısının texniki imkanları məhduddur. Qış mövsümündə isə hava şəraitinə görə və Gürcüstan-Rusiya münasibətlərinin gərgin olduğu zamanlar tam həcmi ilə işləmir. Bu da Ermənistan üçün ciddi problemlər yaradır. Bir digər nəqliyyat xətti də yüklərin Qara dəniz vasitəsilə Batumi limanına və oradan Ermənistana daşınmasıdır. Amma bu nəqliyyat xətti olduqca bahalıdır və zəruri hallarda istifadə edilir. İndilikdə isə görünən budur ki, Tiflis yanlış siyasəti ilə Ermənistan üçün əlavə imkanlar yaradır. Lakin bununla həm özünə, həm də strateji tərəfdaşı olan Azərbaycanın maraqlarına zərbə vurur.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ