Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Rusiya ilə münasibətləri pozmuşuq, ABŞ üçün maraqsız ölkə olmuşuq…”

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində Azərbaycan tərəfindən atılan addımlar bu gün işğalçı Ermənistanın daha zəif dövlət halına gəlməsinə rəvac verib. Belə ki, Ermənistanın işğal siyasətinə cavab olaraq Azərbaycanın bu ölkəni təcrid vəziyyətinə salması,  faktiki olaraq, təcavüzkar dövləti çökdürüb.

İndi Ermənistanın bu vəziyyətdən yeganə çıxış yolu mütləq mənada Azərbaycanla razılığa gəlməkdən keçir. Əks təqdirdə, Ermənistanı kimin himayə etməsindən asılı olmayaraq, onun tam tənəzzülü qaçılmaz sayılır. Məsələnin bu tərəfinə nəzər salan Rusiyanın Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov hesab edir ki, İrəvan reallıqlara uyğun addım atarsa, Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə köklü müsbət dəyişikliklər ola bilər: “Bu məsələ ilə bağlı müsbət yeniliklər var və yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ciddi dönüş gözlənir. Bu istiqamətdə Azərbaycanın Rusiya və Türkiyə ilə qarşılıqlı fəaliyyəti münaqişənin nizama salınması prosesində daha rəvan, dinc irəliləyişə nail olunmasını təmin edə bilər. Ermənistanın yeni rəhbərliyi də bu istiqamətdə ciddi addımlar atmağa hazır olmalıdır”.

Digər rusiyalı politoloq Denis Korkodinov isə diqqəti buna yönəldir ki, Azərbaycanın təcrid siyasətinin davam etməsi Ermənistana qarşıdakı dövr ərzinəd daha böyük çətinliklər vəd edir. Məhz bu səbəbdən ekspert İrəvanın çıxış yolunun işğala son qoyulmasından keçdiyini vurğulayır: “Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sayəsində Azərbaycan ölkənin identikliyinin qüvvətlənməsi və beynəlxalq sistemdə möhkəmlənməsi mərhələsini geridə qoydu. Bundan əlavə, Azərbaycan lideri ilə əldə olunan əsas geosiyasi sabitlik ölkənin beynəlxalq arenada mövqeyinin qeyri-sabit olmasına imkan verməyəcək, Dağlıq Qarabağın qaytarılmasını təmin edəcək”. Onun sözlərinə görə, İlham Əliyevin dövründə Azərbaycan siyasətinin inkişafında dövlət başçısının müstəsna təşkilati kontekstdə oynadığı müsbət rol tam əminliklə müəyyən edilib: “Belə bir müəyyənliyin unikallığı onun praktiki olaraq rəsmi Bakının bütün siyasət formalaşdırma xarakteristikalarında özünü göstərməsindədir. 2019-cu il isə Azərbaycana bir tərəfdən Qarabağın nəhayət doğma Azərbaycanın bağrına dönəcəyinə ümidlənməyə, digər tərəfdən isə dünya arenasında öz rolunu gücləndirmək imkanlarını hiss etməyə imkan verir”. Onun sözlərinə görə, ərazi bütövlüyünü bərpa etmək yolunda sarsılmaz istək və beynəlxalq siyasətə özünün geosiyasi təsirini genişləndirmək üçün uzunmüddətli kursu müəyyən etməsi, hətta bir çox skeptikləri əmin edir ki, İlham Əliyev bundan sonra ən azı 10-20 il müddətində hakimiyyətdə qalsa, Azərbaycan inkişaf səviyyəsinə görə Fars körfəzi ölkələrindən heç də geri qalmayan dünya gücünə çevrilə bilər: “Bu qənaət 2016-cı ilin dördgünlük müharibəsinin ortasında, Bakının öz torpaqlarını həmişəlik qaytarmaq məsələsində qərarlılığını təsdiqlədiyi vaxtda özünün zirvəsinə çatdı. Azərbaycan üçün dördgünlük müharibə zamanı milli təhlükəsizliyi təmin etmək, ərazi bütövlüyünü bərpa etmək və suverenliyi gücləndirmək kimi əsas strateji vəzifələri həll etmək məsələləri nəzərdən keçirildi. Bakı bütün tapşırıqların öhdəsindən uğurla gəldi. Bütün bunlarda şəxsən Prezident İlham Əliyevin böyük xidmətləri oldu. Onun sayəsində sadə azərbaycalıların gözlərində Dağlıq Qarabağın tezliklə evə, Xəzərin sahilindəki Odlar Yurduna qayıtması ilə bağlı yalnız qığılcım deyil, sönməz ümid atəşi meydana gəldi. Məhz İlham Əliyevlə Bakının “azadedici” ölkə kimi inkişaf strategiyasının formalaşdırılmasına başlandı. Bu strategiyanın fundamental cəhətləri bunlardır: Dağlıq Qarabağı nəyin bahasına olursa olsun qaytarmaq qərarı və dünya siyasətinin aktual problemləri ilə bağlı tamamilə müstəqil nöqteyi-nəzərə sahib olmaq. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin artıq 2019-cu ildə həll ediləcəyi ilə bağlı ilkin əlamətlər meydana gələn kimi İlham Əliyevin əsas istiqaməti öz dövlətinin və xalqının təhlükəsizliyini təmin etmək olan geosiyasi planının həyata keçirilməsinə başlandı.

Azərbaycanın hazırkı rəhbərinin dövründə xalqla dövlət bütöv hala gəldi və onların maraqları həmişə prioritet təşkil edir”. Korkodinov bildirib ki, ilk növbədə əsas yeniliklər İlham Əliyevin dövründə qəbul edilmiş Bakının Dağlıq Qarabağ istiqamətində taleyüklü sıçrayışının köhnə müharibə modelləri ilə uyğun gəlməməsindən ibarətdir: “Azərbaycan liderinin fərqli bir strategiyası var – Azərbaycanın son 15 ildə İrəvanı beynəlxalq layihələrdə iştirakdan kənarlaşdırmağa və faktiki olaraq xarici dünyadan təcrid etməyə nail olduğu bacarıqlı diplomatiya siyasəti sayəsində İrəvan daha da zəiflədi. Keçmişin regional konfliktlərində, xüsusən kritik gərginlik həddində hərbi güc “kozır kartı” hesab olunurdu. Ümumilikdə götürsək, Azərbaycanın güc potensialının geosiyasi funksiyası öz əhəmiyyətini hazırkı dövrdə də itirməyib və görünür, hələ uzun müddət də qoruyub saxlayacaq. Ancaq bu funksiyanın diplomatik təzyiq və yumşaq güc metodlarından istifadə istiqamətində epoxal dəyişikliklərə adaptasiyası qaçılmazdır. İlham Əliyev belə bir siyasəti təbliğ etməyi bacardı” .Onun sözlərinə görə, mövcud və proqnozlaşdırılan xarici və daxili imkanlarla məhdudiyyətlərin ilkin mövqeyindən Azərbaycanın ümumi geosiyasi perspektivləri barədə - fəaliyyətinin perspektivləri və beynəlxalq arenada statusu haqqında təsəvvür əldə etmək mümkündür. Yekun nəticədə burada həlledici rol müasir dünya inkişafının əsas tendensiyaları və rəsmi Bakının onlara vaxtında uyğunlaşmaq qabiliyyətinə məxsusdur”.

Hər halda, Azərbaycan tərəfi əldə etdiyi bütün bu üstünlüklər fonunda münaqişənin dinc müstəvidə həllinə böyük ümidlər bəsləyir. Əks təqdirdə hərbi sahədə də qazınlan nailiyyətlər Bakıya qısa zaman kəsiyində öz istəyinə çatmaq imkanı qazandırır. Bu xüsusda Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxıış zamanı düşmənə olduqca mühüm mesajlar verdi. Müharibənin hələ bitmədyini vurğulayan dövlət başçısı qeyd etdi: “Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir... Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək”. İlham Əliyevin bu sözləri Azərbaycan gəncliyinə ünvanlansa da, bu, həm də işğalçı ölkəyə mesaj idi. Bakı bununla çox aydın şəkildə diqqəət çatdırır ki, işğala son qoyulması üçün güc amilindən də istifadəyə hazırdır.

Belə vəziyyətdə erməni ekspertləri, mediası diqqətə ona yönəldir ik, Bakı həm də böyük güclərin, o cümlədən Rusiya və ABŞ-ın Qarabağ məsələsində İrəvana təzyiqlər etməsiən nail ola bilib. Erməni politoloq Yervand Bozoyan qeyd edir ki, elə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfərinin məqsədi də İrəvanın Qarabağla bağlı elə də aydın olmayan mövqeyini dəqiqləşdirmək olub: “Karasinin səfəri daha çox qeyri-rəsmi xarakter daşıyır. Paşinyanın İlham Əliyevlə Davosdakı görüşündən və Con Boltonla müzakirəsindən sonra hansısa prosesin getməsilə bağlı təəssürat yarandı. Erməni ictimaiyyətinin çoxunda narahatlıq var. Rusiyada da ABŞ-ın Qarabağın həlli təşəbbüsünü üzərinə götürməsilə bağlı narahatlıq özünü göstərirdi. Rusiya başa düşmək istəyir ki, yaxın gələcəkdə Ermənistandan danışıqlar prosesi çərçivəsində hansı mövqeni gözləmək olar. Hazırda çox ziddiyyətli proses gedir, prinsiplər aydın deyil. Erməni hökuməti ”Madrid prinsipləri”nin dəyərləndirilməsindən yayınır, amma buna qarşılıq heç bir baza göstərmir. Əvəzində ölkəyə Qarabağ təzyiqləri artır və Bakı da elə bunu istəyir”.

Daha bir erməni politoloq Ayk Babuxanyan isə vurğulayır ki, Moskvaınn artıq Bakının mövqyeindən çıxış etməsi İrəvanı dalana dirəyir: “Ermənistanda “narıncı çevriliş” baş verib. Onun nəticələri narahatlıq yaratmaya bilməz. Belə ki, hakimiyyətə həm şüurlu, həm də şüuraltı şəkildə antirusiya yanaşmaları olan insanlar gəlib. Paşinyan hakimiyyətə gələn kimi KTMT-nin prestijinə, həmçinin Rusiya ilə iqtisadi əlaqələrə zərbə endirib. Rusiyanın Ermənistandakı iqtisadi strukturlarına zərbə və bunların ələ keçirilməsi, daha sonra isə baş nazirin bəyanatlarının planlaşdırılmış aksiya olması aydındır. Əgər bu belə deyilsə, o zaman Ermənistanda situasiya pisdir. Yəni ölkədə hakimiyyət yoxdur, əvəzində xaos var. Misallar çoxdur. Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlı situasiya, rus qoşunlarının Ermənistandan çıxarılması tələbləri və sairə. Bunların hamısı göstərir ki, Ermənistanda iqtidarı ələ keçirənlər hakimiyyətin strukturunun necə olması və hansı hökumətin onlara lazım olmasını müəyyən etmək gücündə deyillər. Məhz bu vəziyyətdə də Qarabağ məsələsinin tezliklə Azərbaycanın lehinə həll olunduğunu görəndə təəccüblənmək lazım deyil”. “İrates” qəzetinə açıqlamasında politoloq Qrant Məlik Şahnəzəryan da bildirir ki, yaranmış durumda Ermənistan ictimaiyyətində Qarabağla bağlı böyük narahatlıq var. Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti iflasa uğrayıb: “Biz xarici siyasətimizdə Rusiya və Avrasiya İttifaqının digər ölkələri ilə münasibətləri pozmuşuq. Biz artıq ABŞ üçün maraqsız ölkəyə çevrilmişik. Nikol Paşinyan, 1 ildir hakimiyyətdə olmasına rəğmən, Trampla bir görüş belə keçirə bilməyib. İranla ciddi münasibətlərimiz yoxdur. Qeyri-peşəkar məmurların açıqlamalarını İran hələ çox xatırlayacaq. Xarici siyasətimiz tam çöküb və bunda günahkar hər şeydən öncə baş nazirdir. Onun iqtidarı dövründə biz Qarabağ məsələsində daha gücsüz vəziyyətə düşmüşük”.

Bütün bunlar belə deməyə əsas verir ki, artıq zəif Ermənistan yaxın tezlikdə Qarabağ məsələsində Azərbaycanın diqtə etdiyi şərtlərlə razılaşmalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ