Bazar ertəsi günü, 09 noyabr 2026
     

Erməniləri bürümüş etiraf xofu - Azərbaycan Ermənistanı istənilən an tam şəkildə darmadağın etməyə hazırdır...

Image


Hərb müstəvisində Azərbaycanın Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması heç kimə sirr deyil. Hətta işğalçı ölkənin özündə belə açıq etiraf edilir ki, Azərbaycan qısa zaman kəsiyində erməni silahlı qüvvələrini darmadağın etmək gücündədir. Digər tərəfdən çoxsaylı beynəlxalq hesabatlar da Azərbaycanın düşmən üzərində birmənalı şəkildə üstünlüyə malik olduğunu açıq göstərir.

Məsələnin digər maraqlı məqamlarından biri də budur ki, Azərbaycan, Ermənistandan fərqli olaraq, ordusunu ən müasir hərbi texnika ildə təmin edir. Bütün bunları əsas götürən ekspertlər vurğulayır ki, Ermənistanın Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcılarını almasına dair bağladığı müqavilə də hansısa dəyişikliyə gətirib çıxarmayacaq. Qeyd edək ki,  “Kommersant” qəzetinin yazdığına görə, Rusiya tərəfi Ermənistana 4 belə qırıcı satacaq. Rusiyanın ayırdığı güzəştli silah krediti hesabına satılacaq texnikanın qiyməti ixrac qiymətindən xeyli ucuz, Rusiya ordusu üçün nəzərdə tutulan qiymətə olacaq.

Su-30SM qırıcılarının bazar qiyməti 50 milyon dollara yaxındır. Lakin silahlanmadan və modifikasiyadan asılı olaraq qiymət arta, yaxud azala bilər. Belə ehtimal etmək olar ki, Rusiya bu təyyarələrin birini Ermənistana cəmi 25 milyon dollara satacaq. “Kommersant”a danışan mənbə deyib ki, müqaviləyə əsasən, erməni təyyarəçilər bu qırıcıları idarə etmək üçün Rusiyanın hərbi təhsil müəssisələrində hazırlıq da keçəcəklər. Rus ekspert Andrey Frolovun sözlərinə görə, Ermənistan üçün, hətta kiçik partiyada da olsa, Su-30SM qırıcılarının alınmasını mühüm hadisə saymaq olar. Lakin onun sözlərinə görə, Azərbaycanın bu sövdələşməyə reaksiyası mənfi olacaq: “Bu Rusiya-Ermənistan müqaviləsi Bakını təşviq edə bilər ki, yeni təyyarələr alsın, hökmən Rusiyadan yox, lap elə Pakistandan”. Rusiyalı hərbi ekspert Sergey Suvorov yeni təyyarələrin Moskvadan alınmasını istisna etmir: “Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-35 qırıcı təyyarələri verməsi mümkündür. Azərbaycan Rusiyadan Su-30 SM qırıcıları da ala bilər”. O da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Xatırladaq ki, söhbət “JF-17 Thunder” təyyarələrindən gedir ki, onlar hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir.  “JF-17 Thunder” yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Bu təyyarə “hava-hava”, "hava-yer" raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Yaxın tezlikdə “JF-17 Thunder” təyyarələrinin ordumuzun ixtiyarında olması gözlənir. “JF-17 Thunder" təyyarələri Su-30SM qırıcılarından daha üstün sayılır. Bundan başqa, bir müddət əvvəl Azərbaycan İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında 5 bomba daşıya bilir. Ölkəmizin aldığı  bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlıdır. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur. Bundan başqa, yaxın tezlikdə Azərbaycan aviasiyasının ixtiyarında yeni döyüş təyyarələrinin olması da istisna edilmir. Digər tərəfdən, Azərbaycan aviasiyasını pilotsuz uçuş aparatları ilə də möhkəmləndirir. Ermənistan isə bütün bunlardan məhrumdur.

Məhz belə bir vaxtda bəlli olub ki, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun “Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə təhciz edilib.  “Talisman” GMK döyüş təyyarələrin mühafizəsini təmin etmək üçün nəzərdə tutulur. Nəticədə təyyarə aktiv və yarıaktiv radar radiolakasiyalı özütuşlanan başlıqları olan bütün aviasiya və idarə olunan zenit raketlərində, elektrooptik radiolokasiyalı özütuşlanan başlıqları olan bütün aviasiya və zenit raketlərində etibarlı müdafiə olunur. Yerdən idarə edilən hava hücumundan müdafiə sistemlərinin istifadə etdiyi idarəolunan raketlərdən də aktiv müdafiə reallaşır.  “Talisman”, həmçinin, təyyərəni raket sistemləri və yerüstü hava hücumundan müdafiə sistemlərinin “dost atəşi"ndən qoruyur.
Bu kompleksin əsas üstünlükləri və unikallığı həm də onların avtomatik  olaraq düşmənin bütün radioelektron qurğularına maneə yaratması, eyni zamanda havada və yerdə maneə yaradılan radioelektron qurğuların susdurulmasında say məhdudiyyətinin olmaması ilə bağlıdır.

Belarusdan olan hərbi ekspert  Roman Kovalçuk isə “ordu” portalına açıqlamasında bildirir ki, Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti ən yüksək səviyyədədir: “Bunu Belarusun son istehsal etdiyi silah və texniki avadanlıqların Azərbaycana gətirilməsi də sübut edir. Azərbaycana Çin texnoloji inkişafı əsasında yaradılan "Polonez" yaylım atəşli reaktiv sistemlərinin çatdırılması da böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir neçə ildir ki, Belarusun hərbi-sənaye kompleksinin silahlarının təkmilləşdirilməsində və perspektivli inkişafların maliyyələşdirilməsində iştirak edir. Bu layihələrdən biri orta mənzilli zenit raket kompleksinin yaradılması üzərində aparılan işlərdən ibarətdir. Həyata keçirilən əməkdaşlıq nümunəsi kimi, “Osa” zenit raket sisteminin və bu qurğular üçün nəzərdə tutulan döyüş sursatlarının birgə modernləşdirilməsini göstərmək olar. 
Belarusda yüksək səviyyədə optik qurğular və xüsusilə yeni tank əleyhinə raket komplekslərinin istehsalında istifadə edilən, maneələrdən qorunan lazer idarəetmə sistemləri istehsal olunur. Bu məhsullar Minskdə “Pelenq" ASC tərəfindən istehsal olunur.  Bu müəssisənin son inkişafları arasında, taktiki və texniki xüsusiyyətlərinə görə əvvəllər Ukrayna ilə əməkdaşlıq edən belaruslu mütəxəssislər tərəfindən yaradılan oxşar “Skif"dən üstün "Şerşen" tank əleyhinə raket kompleksləridir. Bunlar da istənilən vaxt Azərbaycana tədarük edilə bilər". Belarusun Azərbaycanla yaxın hərbi-texniki əməkdaşlığa görə tez-tez İrəvan tərəfindən tənqid olunmasına toxunan ekspert qeyd edir: “Aleksandr Lukaşenkonun inqilab nəticəsində hakimiyyətə gələn Ermənistanın yeni baş naziri Nikol Paşinyana antipariyasını qeyd etmək lazımdır. Bundan başqa, hərbi-texnoloji əməkdaşlıq proqramlarını maliyyələşdirmək üçün Azərbaycanın Belarusa göstərdiyi vasitələr Ermənistanda mövcud deyil. Buna görə Belarus rəhbərliyinin Azərbaycan tərəfinə üstünlük verməsi açıq-aydın görünür”. Məhz bu şəraitdə Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün daha da artması gözlənir. Bu hal, aydındır ki, Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə Ermənistanın qısa zaman ərzində məğlubiyyətini qaçılmaz edəcək. Burada İrəvan onu da nəzərə almalıdır ki, Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Müxtəlif məlumatlara görə, hazırda Azərbaycanın hərbi aviasiya parkına MiQ-21, MiQ-23, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, Aero L-29, Aero L-39 tipli döyüş və təlim təyyarələri, İl-76 yük, Tu-134 nəqliyyat təyyarələri, desant çıxarma və evakuasiya əməliyyatlarında istifadə olunan An-2 tipli yüngül təyyarələr, Mi-6, Mi-8, Mi-17, Mi-24, Mi-35M, Mi-172, Ka-32 tipli helikopterlər daxildir. Hərbi aviasiya parkına 2005-ci ildən daxil edilməyə başlanmış, Ukrayna istehsalı olan dördüncü nəsil MiQ-29 təyyarələri müxtəlif çətin tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Adıçəkilən təyyarələr Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcuddur.  Bu kontekstdə ikinci önəmli məsələ Ermənistanda bəzi hərbi xadimlərin öz hərbi aviasiyamızın olması məqsədəuyğunluğunu şübhə altına almasıdır. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artur Aqabekyan bildirib ki, bizim şəraitimizdə hərbi aviasiyanın görəcəyi bir iş yoxdur: “Deməyi özümə borc bilirəm ki, hərbi aviasiyanın bizim hərbi arenada dünən heç bir işi olmayıb, bu gün də olmayacaq. Xüsusən də bizim günlərdə – yüksək texnologiyaların inkişafı şəraitində onun tətbiqi, demək olar, mümkünsüz olacaq – istənilən arenada. Yeri gəlmişkən, Rusiyanın siyasi rəhbərliyi də bu fikrə tərəfdardır”.

Erməni ekspertlər bildirir ki, bütün bunlar fonunda Ermənistanın Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcılarını alması vəziyyətə hansısa formada təsir göstərməyəcək. Əksinə, Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sisteməlri qısa zaman ərzində həmin qırıcıları məhz etmək gücündədir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan aviasiyasını pilotsuz uçuş aparatları ilə də möhkəmləndirir. Rus ekspert Aleksey Sinitsın da vurğulayır ki, bu sahədə Azərbaycan çox böyük üstünlüyə malikdir. Onun sözlərinə görə, Bakının, xüsusən də İsraildən aldığı pilotsuz uçuş aparatları onun mövqeyini xeyli möhkəmləndirib. Həmçinin, Azərbaycan bu sahədə yerli istehsalını da yaradıb. Bütün bunlar və gözlənilən yeni addımlar Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyünü artırır. Məhz bu fonda Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə razılıq verməyəcəyi təqdirdə Azərbaycan hərbi gücdən istifadə etməli olacaq. Bu isə Ermənistan üçün olduqca acınacaqlı nəticələrə gətirib çıxaracaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ