Bazar ertəsi günü, 09 noyabr 2026
     

KİVDF-nin media müsabiqələri üçün yeni şərtlərini başqa-başqa yerlərə çəkənlər və həqiqət...

Image


İki gün əvvəl yayılan bir xəbər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Həmin xəbərin mahiyyəti bundan ibarəti idi ki, guya KİVDF 20-dən çox qəzetin fəaliyyətini dayandırıb. Ən maraqlısı isə bu idi ki, həmin müzakirələrdə bəzi tanınmış jurnalistlər də iştirak edirdilər.

Doğrusu, bu mənzərəyə təəssüflə seyr etməkdən başqa əlimizdən nəsə gəlmədi. Çünki aydın şəkildə büruzə verildi ki, bir çox jurnalist, hətta baş redaktorlar KİVDF-nin hansı səlahiyyətlərə sahib olduğunu hələ də bilmirmiş. Dəqiq məlumdur ki, KİVDF adlı qurumun hansısa qəzeti bağlamaq kimi səlahiyyəti yoxdur. 10 ildir fəaliyyət göstərən bu qurumun başlıca vəzifəsi dövlət büdcəsindən qəzetlərin inkişafı üçün ayrılan vəsitlərin düzgün xərclənməsinə nəzarət etməkdən ibarət olub. Yəni qəzetlərin elan olunan meyarlar üzrə maliyyələşməsi KİVDF vasitəsilə həyata keçirilib. Bilməyənlərin nəzərinə çatdıraq ki, hansısa qəzetin fəaliyyətinin dayandırılmasına ya həmin qəzetin təsisçisi, ya da məhkəmə qərar verə bilər. Belə bir qadağanı tətbiq etməyin başqa bir mexanizmi mövcud deyil. Sadəcə, ölkədə aparılan islahatlar media sahəsini də əhatə edib. Əslində, bu addımları dərindən analiz etsək görərik ki, müəyyənləşən yeni tələblər sırf medianın inkişafına yönəlib. Ölkədə çoxlu sayda qəzetin çıxdığı göz qabağında idi. Hər səhər nəşr olunan qəzetlərə baxanda ilkin olaraq belə təəssürat yaranırdı ki, sanki bir çox qəzet bir-birini təkrarlamaqla məşğuldur. Yəni qəzetlərin çoxu bazar üçün işləmirdi, yalnız KİVDF qarşısındakı layihə dərc etmək öhdəliyini yerinə yetirməklə kifayətlənirdilər. KİVDF-nin elan etdiyi meyarlar qəzetləri bazar üçün işləməyə, daha çox oxucu tapmağa meylləndirəcək. Bunun nəyi pisdir ki?  Bir faktı anlamaq lazımdır ki, qəzetlərin maliyyələşməsindən KİVDF imtina etməyib, sadəcə, mövcud şəraitə uyğun olaraq yeni şərtlərini açıqlayıb. Hansısa baş redaktor son iclasdan sonra dərhal gedib qəzetini bağlayırsa, bunu KİVDF və ya Vüqar Səfərli ilə əlaqələndirmək nə dərəcədə doğrudur? Həmin baş redaktor öz potensialını hesablayıb qəzetini bağlamaq qərarını verirsə, hər halda, bunun günahını kimdəsə axtarmalı deyilik. Əslində, bu məsələyə elə ən gözəl aydınlığı KİVDF icraçı direktorunun özü gətirib. Fondun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərarla bağlı bildirib ki, bu dəyişikliklər yeni dövrün obyektiv tələbindən irəli gəlir: “Fond yeni yaranarkən KİV-lərə maliyyə yardımının ayrılması üçün müəyyənləşdirilmiş başlıca şərtlərdən biri də qəzetlərin gündəlik tirajının minimum 1500, gündəlik satış və abunəsinin cəminin isə minimum 500 olması idi. Sonrakı mərhələdə qəzetlərin daha da inkişaf etdirilməsi zərurəti ilə bağlı bu şərtlərə yenidən baxıldı. 2011-ci ildə gündəlik satış və tiraj müvafiq olaraq 750 və 2000, 2014-cü ildən etibarən isə yayım 1000, tiraj 2500 müəyyən edildi. Göründüyü kimi, son 5 ildə - 2014-cü ildən Fondun Müşahidə Şurası KİV-lərə maliyyə yardımı müsabiqəsinin şərtlərində tiraj və yayımla bağlı heç bir dəyişiklik etməyib. Lakin internet mediasının sürətlə inkişaf etdiyi hazırkı mərhələdə Fondun maliyyə yardımı ayırdığı qəzetlərin istər məzmun və forma, istərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməsi üçün şərtlərə yenidən baxılması zərurəti yaranmışdı".

İcraçı direktor Fondun Müşahidə Şurasının son iclasında müsabiqə şərtlərinə edilmiş dəyişikliklər barədə də ətraflı məlumat verib: "Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur".

V.Səfərli bildirib ki, Fond maliyyə yardımı ayırdığı qəzetlərin rəhbərlərinə hələ 2018-ci ilin ortalarında yeni ildən tiraj və yayımın minimum həddi ilə bağlı şərtlərə yenidən baxılacağı xəbərdarlığını edib: "Məqsəd hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə rəqabətə davamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır. Əlbəttə, 2019-cu ilin II rübündə hansı qəzetlərin Fonddan maliyyə yardımı alacağı müsabiqənin yekununda - mart ayının sonlarında bəlli olacaq. Bunun üçün həmin qəzetlərin müsabiqə edilən gündən sonrakı iki ayda, yəni fevral-mart aylarında müəyyənləşdirilmiş yeni şərtlər çərçivəsində nəşri tələb kimi qoyulub. Əlbəttə, istisna olunmur ki, bu şərtlərə əməl etmək imkanında olmayan aztirajlı və yayımı məhdud qəzetlər maliyyə yardımından kənarda qala bilərlər".

Göründüyü kimi, Vüqar Səfərli prosesin necə baş verdiyini ətraflı şəkildə izah edib. Bir daha bu qənaətə gəlinir ki, dəyişən şərtlər daxilində fəaliyyət göstərib-göstərməmək kimi seçim redaksiyaların öz öhdəsinə buraxılıb. Bu kontekstdə  “Ədalət” qəzetinin rəhbəri Aqil Abbas maraqlı açıqlama verib. O deyib ki, qəzeti başqa qaynaqlar vasitəsilə çıxarmaq barədə düşünəcəklər. “Şərq” qəzeti isə gündəlik nəşrdən həftədə iki dəfə çıxmaqla bağlı qərar verib. Bu da o anlama gəlir ki, sözügedən qəzetlər KİVDF-nin maliyyə yardımı ilə çıxmayacaqlar. Yəqin ki, alternativ maliyyə mənbələri tapmaqda maraqlı olan baş redaktorlar da tapılacaq. Dərhal qəzetlərini bağlayan da oldu. Hər halda, yaxın gələcək prosesin necə sonluqla bitəcəyini tam çılpaqlığı ilə ortaya qoyacaq.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da bu məsələnin yalnız bir istiqamətə yozulması ilə bağlı fikirlərini bildirib. O deyib ki, məsələlərə obyektiv yanaşmalıyıq: "Dünyanın hər bir yerində yazılı mətbuatın zəifləməsi, bunların əvəzinə onlayn, internet üzərindən yayılan çap mediası, xəbər portallarının daha çox mövqe qazanması sirr deyil və faktdır. Bütün dünyada ictimai fikir internet üzərindən yayımlanan media vasitəsilə həyata keçirilir və yazılı mətbuatı üstələyir". MŞ sədri söyləyib ki, dünyanın ən aparıcı qəzetlərinin belə tirajları getdikcə azalır və onlar internet versiyalarına üstünlük verirlər: "Hətta fəaliyyətlərini birdəfəlik bağlayan qəzetlərə də az rast gəlmirik və onlar öz fəaliyyətlərini onlayn mediada gücləndirirlər". Azərbaycanda da ictimai fikrin əsasən onlayn mediada yayıldığını deyən Ə.Amaşov qeyd edib ki, artıq son 10 ilə yaxın müddətdə KİV-lərə dövlət tərəfindən maliyyə yardımı göstərilir: "Kimlər ki, bu maliyyədən istifadə edib, öz tirajlarının saxlaya və ya artıra bilir, həmin redaksiyalar öz fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər. Son iclasda istər çap, istərsə də abunə və yayımın sayı ilə bağlı konkret rəqəmlərlə əlaqədar qərar qəbul olundu. Hansı KİV-lər bu prinsiplərə əməl edə, öhdəlikləri yerinə yetirə biləcəksə, onlar yenə də fəaliyyətlərini davam etdirəcəklər. Hansı qəzetlər bu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkəcək, onlar öz istəklərinə əsasən fəaliyyətlərini davam etdirə və ya dayandıra bilərlər". Deputat qeyd edib ki, əgər söhbət dövlət yardımından gedirsə, o zaman biz ölkədəki informasiyaları həm dünya, həm də yerli ictimaiyyətə daha ətraflı şəkildə çatdırılmasını istəyirik: "Bu baxımdan öhdəliklərini yerinə yetirməyən, aztirajlı, satılmayan qəzetlərə maliyyənin azaldılması və ya dayandırılması daha düzgündür. Bundan incimək lazım deyil. Hesab edirəm ki, həmkarlarımız bu məsələyə anlayışlı şəkildə yanaşacaqlar. Öhdəlikləri ödəməyən qəzetlər fəaliyyətlərini onlayn şəkildə qura biləcəklər. Bütün bunlar təbiidir. Azərbaycan mediası dünya mediasının tərkib hissəsidir. Dünya mediasında baş verənlərin ölkə mediasına da şamil olunması təbiidir. Hər kəsi bunu təbii qarşılamağa dəvət edirəm".

Verilən rəsmi açıqlamaların ruhundan hiss olunur ki, dövlət daha operativ saytların və nəfis tərtibatda çıxan qəzetlərin üzə çıxması üçün belə rəqabət mühitini yaradıb. Bunu dövlətin media üçün açdığı yeni özünütəsdiq testi kimi də dəyərləndirə bilərik.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ