Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan MQ həmsədrlərini tarixdə ilk dəfə eyni nöqtəyə gətirə bildi – üçlükdə Ermənistana təzyiq…

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünyanın böyük güc mərkəzləri sayılan dövlətlərin son dövrlərdə kifayət qədər fəallaşması özünü getdikcə daha qabarıq şəkildə büruzə verməkdədir. Söhbət konkret olaraq Rusiya və ABŞ-dan gedir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi fəallığı fonunda artıq fikirlər səslənir ki, Vaşinqton prosesdə müəyyən irəliləyişlərin olmasında xüsusi maraqlı tərəf qismində çıxış etməkdədir.

ABŞ artıq erməni tərəfinə açıq mətnlə bildirir ki, Azərbaycanla konflikt həll edilməli, torpaqlar azad olunmalıdır. Bunu Con Boltonla yanaşı, ABŞ-ın Ermənistandakı keçmiş və yeni səfiri də xüsusi olaraq vurğulayır. Hətta ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana göndərdiyi 4 cümləlik təbrik məktubunun da yarısını Qarabağ probleminin həlli ilə bağlı tövsiyələr tutub. Bütün bunlardan aydın görünür ki,  ABŞ üçün vacib olan bu problemin həllidir. ABŞ burada onu da nəzərə alır ki, beynəlxalq hüquq normaları da məhz  Azərbaycanın tərəfindədir. 

Daha bir maraqlı məsələ isə Rusiya faktoru ilə bağlıdır. Belə ki, Kreml də İrəvandan artıq nəticə verən danışıqlar prosesinin başlanmasını istəyir. Eyni zamanda, Qarabağ məsəəsində ABŞ və Rusiya arasında hansısa rəqabət də getmir, əksinə, tərəflər bu xüsusda əməkdaşlıq da edirlər. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də bu məqamı xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ və Fransa ilə olduqca yaxşı əməkdaşlıq edir: “Amerikalılarla üçlük, yəni ATƏT-in Minsk Qrupu çərçivəsində birgə işləyirik. Hələlik mövcud strukturlar çərçivəsində amerikalılarla və fransızlarla olduqca yaxşı əməkdaşlıq edirik”.  

Xatırladaq ki, Qriqori Karasin İrəvanda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini geniş müzakirə edib. O, danışıqlar zamanı Azərbaycanla Ermənistan liderləri arasındakı görüşlərin alqışlandığını, bu görüşlərin davam etməsinin arzuolunan olduğunu vurğulayıb: “Məsələ üzərində ATƏT-in Minsk Qrupu həmsədrləri çalışır. Lakin qarşıdan, mən biləni, ölkə liderləri, XİN rəhbərləri səviyyəsində yeni görüşlər gəlir. Görüşlər substantiv, mənalı keçməsi, konkret nəticə verməsi, işləri irəli aparması üçün hərtərəfli hazırlanmalıdır. Hamı sürətli irəliləyiş olmasını istəyir. Amma gerçəkçi olmaq, sağlam düşüncəyə, Azərbaycanla Ermənistan rəhbərləri arasında beynəlxalq birliyin köməyilə danışıqlara ümid etmək lazımdır”.

Bu açıqlamada xüsusi diqqət cəlb edən odur ki, Moskva artıq danışıqlarda nəticə olmasını önə çəkir və bu xüsusda mövqeyini də İrəvanda ifadə edir. Bunlar artıq ona dəlalət edir ki, Qarabağ məsələsində böyük güclərin geosiyasi maraqları Azərbaycanın tərəfindədir. Rusiya Dövlət Dumasının üzvü Dmitri Savelyev isə bütün bunları təsadüfi saymır. Onun sözlərinə görə, Qarabağ məsələsinin həlli həm Qafqazda sülhə mühüm töhfə olar, həm də Ermənistanın ABŞ, Rusiya üçün yük olmasına son qoya bilər. Bu mənada o, konfliktin həllinin Ermənistan üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının Ermənistana verəcəyi faydalar barədə fikirlərini açıqlayan ekspert bu məsələnin Davosda Nikol Paşinyanın da diqqətinə çatdırıldığını güman edir: “Dünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş nazirinin görüşünü forum çərçivəsindəki mühüm proseslər sırasına aid ediblər. Belə ki, Əliyevlə Paşinyan qeyri-rəsmi şəraitdə söhbət edib, Dağlıq Qarabağ məsələsindəki mövqelərini ortaya qoymaq fürsəti qazandılar. Əminəm ki, Əliyev, təcrübəli diplomat kimi, Dağlıq Qarabağ münaqişəsinin həllindən Ermənistanın qazanacağı faydaları Paşinyana çatdırıb. Belə faydalar az deyil, çünki Ermənistanın iqtisadi vəziyyəti, xüsusilə də Azərbaycan və Türkiyə tərəfindən ən uzun sərhəd sahələrinin bağlı olması üzündən heç də ürəkaçan deyil. Həmin sərhədlər açılsa, Ermənistan nəinki Avropa bazarlarına sərbəst çıxmaq imkanı, üstəlik neft və qaz kəmərləri üçün tranzit ölkəyə çevrilmək fürsəti də qazanar. Sənayesi enerji daşıyıcılarının kəskin qıtlığı ilə üzləşən Ermənistan üçün sonuncu məsələ xüsusi əhəmiyyət daşıyır. 

Beləliklə, Azərbaycan bir daha səmərəli dialoqa, məntiqli güzəştlərə açıq olduğunu qarşı tərəfə çatdırıb. Ümidvar olmaq istərdim ki, Ermənistanda hakimiyyətə gələn siyasətçilər reallıqla hesablaşaraq, sülhə doğru hərəkətə başlamağa hazır olarlar. Hərçənd, Ermənistan cəmiyyətinin Dağlıq Qarabağ məsələsində ciddi güzəştlərə hələlik hazır olmaması danışıqları ləngidə bilər. Ona görə də Nikol Paşinyan konkret addımlar atmaq zərurəti ilə ölkə daxilində sərt etirazlarla qarşılaşmaq ehtimalı arasında çətin vəziyyətdə qalır. Lakin hər halda, əvvəlki hökumət kimi danışıqlar görüntüsü yaradaraq hərbi toqquşmanın astanasında var-gəl etmək bundan belə mümkün deyil, çox təhlükəlidir”.

Ekspert hesab edir ki, İlham Əliyevlə Nikol Paşinyan arasındakı saat yarımlıq söhbətin nəticələri fevral ayında Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasındakı son vaxtların sayca üçüncü rəsmi görüşündə özünü göstərəcək: “Bu cür fəal şəkildə görüşlərin keçirilməsi rəsmi Bakı və İrəvanın həqiqətən də öz aralarındakı gərginliyi səngitmək xəttini götürdüklərinə ümid yaradır. Həm də Azərbaycan son vaxtlar görüş naminə görüş keçirmək tərəfdarı olmadığını, yalnız hansısa səmərə verəcəyi təqdirdə görüşlərdə iştirak etməyə razı olduqlarını açıq şəkildə diqqətə çatdırıb. İki ölkə xarici işlər nazirləri arasındakı son Paris görüşünün dörd saat davam etdiyini nəzərə alsaq, rəsmi şəxslərin belə uzun-uzadı danışıqları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair konkret variantlar üzrə müzakirə apardıqlarını güman etməyə müəyyən əsas verir. Yəni Azərbaycanla Ermənistanın razılığa gələ biləcəyinə, danışıqların növbəti mərhələsinin daha səmərəli olacağına ümid yaranır. Dağlıq Qarabağa dair həqiqi razılaşma əldə edilsə, Türkiyə parlamenti də 2009-cu ildə imzalanmış Sürix protokollarını təsdiq edər, nəticədə sərhədlər açılar, Cənubi Qafqazın uzun illərdir həsrətini çəkdiyi sülh əldə edilər”. Onun sözlərinə görə, Azərbaycan tərəfi münaqişənin həllinə dair öz mövqeyini çoxdandır ortaya qoyub, bu mövqe dəyişməzdir: “Dağlıq Qarabağ ətrafındakı 7 rayon boşaldılır, azərbaycanlı məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır. İlham Əliyev ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən geniş muxtariyyət verməyə də razıdır. Məncə, Azərbaycanın hazır olduğunu bildirdiyi bu güzəşt məntiqlidir. Həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik və yerli idarəçilik hüququ ilə də bağlı zəmanət verməyə hazır olduqlarını bildirib. Bu çox ciddi güzəşt addımıdır. İndi də növbə Ermənistandadır. Onlar da siyasi iradə göstərib bu tarixi fürsətdən yararlana biləcəklərmi?! Bunu ən yaxın vaxt ərzində görəcəyik”. Digər tərəfdən diqqət həm də buna yönəldilir ki, böyük güclər də artıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılmasını, nəticələr olmasını istəyir. Başqa sözlə, konfliktin çözümündə yeni imkanlar pəncərəsi açılıb. Bu fonda kifayət qədər böyük şanslar yaranıb və tərəflər həm Rusiyanın, həm də ABŞ-ın razılığı ilə Dağlıq Qarabağ müaqişəsinin həlli üçün əməli addımlar ata bilər.

Erməni politoloq Anahit Şirinyan da baş verənlərin ölkəsi tərəfindən düzgün qiymətləndirilməsini vacib sayır. Politoloqa görə, bir neçə gün əvvəl Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş həll prosesində yeni dönəmin başlanğıcı hesab oluna bilər: “Digər yandan isə Davosda iki ölkə liderinin qeyri-rəsmi görüşü baş tutdu. Ayrıca, fevral ayında xarici işlər nazirlərinin növbəti görüşü gözlənir. Bütün bunlar prosesin fəallaşmasından xəbər verir. Qarşılıqlı güvvənin formalaşdırılması istiqamətində, kiçik də olsa, irəliləyiş nəzərə çarpır. Bəli, Ermənistanda hakimiyyət dəyişib. Amma digər siyasi partiyaların Qarabağla bağlı ənənəvi mövqeyi dəyişməyib. Bütün hallarda isə münaqişə tərəfləri arasında belə təmaslar qarşılıqlı güvən atmosferinin yaradılması üçün önəmlidir. Mənim fikrimcə, müzakirələr üçün daha əlverişli atmosfer yaranır”.

Anahit Şirinyan qeyd edib ki, danışıqların sonrakı mərhələlərində fərqli təşkilatların, elm adamlarının, jurnalistlərin, mütəxəssislərin və iş adamlarının da iştirakı mümkün ola bilər: “Bəlkə də həmin mərhələlərdə üçüncü bir ölkənin vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər də mümkün olsun. Bu baxımdan, qarşılıqlı etimadın formalaşdırılması məsələsinin mərhələli şəkildə həyata keçiriləcəyini düşünürəm. Başlanğıc üçün tərəflərin bu məsələlərə hansı formada baxacağına diqqət etmək lazımdır”. Mövcud müzakirələrin hansısa xarici gücün təsirilə baş tutduğu ehtimalına gəlincə, bu barədə suala politoloqun cavabı belə olub: “Hələlik proses gizli gedir. Amma onu deyə bilərəm ki, Minsk Qrupu həmsədrləri Ermənistandakı iqtidar dəyişikliyini Qarabağ münaqişəsinin həlli baxımından fürsət kimi dəyərləndirmək istəyir”. Anahit Şirinyan münaqişənin uzun illərdir həll olunmamış qalmasının Ermənistandan qaynaqlandığını da etiraf edib. Məhz bu şəraitdə münaqişənin həlli üçün Ermənistanın ilk zəruri addımlar atması da təbii və məntiqi sayılır. Hər halda görünən budur ki, Qarabağ münaqişəsinin həllində əlverişli vəziyyət formalaşır. Bundan istifadə olunması ümumilikdə Qafqazda sülh prosesinə çox ciddi töhfə vermək iqtidarındadır. Belə görünür ki, artıq böyük güclər də bu regionda təhlükəsizlik atmosferinin möhkəmlənməsində, eyni zamanda bunun üçün Qarabağ məsələsinin həllində maraqlıdır. Ermənistanın da bu fürsəti layiqincə qiymətləndirməsi bu ölkənin öz gələcəyi baxımından olduqca vacibdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ