Bazar ertəsi günü, 09 noyabr 2026
     

Növbədənkənar parlament seçkisi söhbətləri və xaricdəki bəzi azərbaycanlı oliqarxların şübhəli fəallaşma tərpənişləri…

Image


Xarici ölkələrdə əslən Azərbaycandan olan çoxlu sayda zəngin adamın olması faktdır. Onların sırasında varidatı milyardlarla ölçülən iş adamları da az deyil. Əslində bu bizi sevindirməlidir. Çünki həmin adamlar xaricdəki Azərbaycan diasporunun fəxri nümayəndələri sırasında yer alırlar. Ancaq bəzən görürsən ki, əsasən də xarici ölkələrin vətəndaşlığını qəbul edən həmin varlı soydaşlarımızdan siyasi məqsədlər üçün də istifadə etmək niyyətləri ortaya çıxır.

Belə gedişatları biz ölkənin həssas məqamlarında hiss etmişik. Heç də uzaq olmayan keçmişdə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində məhz “milyarder kartı” ilə ölkəmizə təzyiqlər edildi. Yadınızdadırsa, həmin vaxt hətta Azərbaycan hakimiyyətinə meydan oxumaq kimi cəsarətə sahiblənən “Milyarderlər ittifaqı” adlı bir qurum da təsis olundu. Sonra həmin ittifaqdan ilhamlanaraq Rüstəm İbrahimbəyov kimi qeyri-siyasi bir şəxs hətta radikal müxalifətin birləşdirici fiquruna çevrildi. Onu 2000-ci illərdə Balkanlarda hakimiyyətə gəlməyi bacaran Kaştuniça ilə də müqayisə edirdilər. Əslində isə məlum oldu ki, o vaxtlar R.İbrahimbəyov üçün siyasi katalizator rolunda Moskvada qərar tutmuş əslən azərbaycanlı olan milyarderlərin pulu çıxış edib. Proseslərin qızğın vaxtında Putin Bakıya səfər etdi. İlham Əliyevlə keçirilən görüşlərdən sonra R.İbrahimbəyovun özü öz kartını qapatmış oldu. Keçmişə bu ekskursu təsadüfən etmədik.

Bizi bu xatırlatmanı etməyə vadar edən səbəb son vaxtlar xarici ölkələrdə yaşayan və əslən azərbaycanlı olan milyarderlərin məhz siyasi zəmində fəallaşmasıdır. Əslində, onlara siyasətlə məşğul olmağı kimsə qadağan da etmir. Amma bunu da bilməlidirlər ki, Azərbaycan vətəndaşı olmayan şəxs bizim ölkədə siyasi fəaliyyətlə məşğul ola bilməz. Qanunvericilk bunu qadağan edirsə, onda niyə Frenk Elkapone və ya Mübariz Mənsimov kimi varlı adamlar belə xam xəyallara düşürlər? Onlar bu iddiaları təkzib də edə bilərlər. Amma apardıqları fəaliyyət belə bir nəticəni əminliklə əğz etməyə əsas verir.

Bir müddət əvvəl Azərbaycandakı şəhid vərəsələri ilə bağlı qeyri-müəyyən vəziyyət yarandı. Əslində, heç bir problem də yox idi. Çünki hamı gözəl bilir ki, Azərbaycan dövləti bu kateqoriyadan olan ailələrə qayğısını heç vaxt əsirgəməyib. Sadəcə, bəzi məmurların məsələyə operativ reaksiya verə bilməməsi və bunun da fonunda yaranmış kiçik anlaşılmazlıq radikal dairələrin əlinə hakimiyyəti tənqid etmək üçün ciddi şans verdi. Hətta təbliğat belə aparılırdı ki, guya Azərbaycan öz şəhidlərinə sahib çıxmaq istəmir (?). Düşmən ölkə ilə bağlı uğursuz müqayisələrin aparılmasına da cəhdlər olunurdu. Məhz həmin məqamda ortaya əslən Ordubad rayonundan olan, sonra gedib Moskvada varlanan, orada isə adını və soyadını dəyişən Frenk Elkapone (əsl adı Fizuli Məmmədovdur - M.Q.) çıxır. Milyarder sosial şəbəkələrdəki hesabında yazdı ki, o, bütün şəhid vərəsələrinə ödənməli olan vəsaiti qarşılamağa hazırdır. Hətta ümumi vərəsələrin sayını 11 min manata vurub, ortaya  konkret rəqəm də çıxarmışdı. Əslində, bu, siyasi təxribat cəhdi idi. Belə çıxırdı ki, Azərbaycan dövlətinin etmədiyini və Frenkin təbirincə desək, “etmək istəmədiyini” hansısa milyarder öz üzərinə götürürdü. Sonda da Azərbaycan dövlətinin itirə biləcəyi xalları Elkapone öz aktivinə yazmış olurdu. Sizcə Azərbaycan dövləti belə fürsətcil milyarderlərə xalqın həssas damarı ilə oynayıb nüfuz yığmağa imkan verərmi? Bir neçə gün əvvəl Prezident İlham Əliyev şəhid vərəsələrini qəbul etdi. Onlara göstərilən ehtiram, hətta müavinəti bir dəfə almış ailələrə yenidən kompensasiyanın verilməsi ilə bağlı qəbul edilən qərar göstərdi ki, heç bir milyarder Azərbaycan dövlətindən zəngin ola bilməz. Sübut olundu ki, hansısa milyarderin öz puluna güvənərək belə siyasi manipulyasiyalar etməsi yersiz və əbəsdir.

Bir faktı da qeyd edək ki, F.Elkapone adı ilə məşhur olan biznesmen F.Məmmədov Azərbaycanda 2018-ci ildə keçirilən prezident seçkilərində iştirak etmək arzusunu da bəyan etmişdi. Həmin vaxt  biznesmen “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz” sualı ilə onlayn-səsvermə keçirib. Orada prezidentliyə namizədlərdən biri kimi F.Məmmədovun özü göstərilirdi.

Son vaxtlar müəyyən siyasi gedişləri başqa bir milyarder də təkrarlamağa başlayıb. Söhbət "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimovdan gedir. Bir müddət əvvəl ölkəyə həbsdə olan bloger Mehman Hüseynov adı ilə basqılar olanda həmin milyarder “əzabkeş” gəncə ciddi siyasi dəstək verdi. İş adamının həmin hərəkəti hazırkı hakimiyyətin siyasi kursuna qarşı çıxanlar arasında böyük rəğbətlə qarşılandı və hiss edilirdi ki, Mənsimov həmin dividendlərin əldə olunmasından məmnun görünür. Öz liderlərindən heç bir nəticə görməyən müxalifət elektoratı belə imkanlı adamın onlarla eyni platformada dayanmasından sanki bihuş olmuşdu.

Bunun ardınca isə M.Mənsimovun gəmilərindən birinə eks-prezident Əbülfəz Elçibəyin adını verməyə hazırlaşdığı ilə bağlı xəbər yayıldı. Hətta Mənsimov bu qərarını əsaslandırmaq üçün öz səhifəsində siyasi məzmunlu bir mövqe də ortaya qoydu. Sitat: “…70 il Sovet zülmü repressiyalara rəğmən, bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və bir kərə yüksələn bayrağı əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı, kasıbların da üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı? Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi…”.

M.Mənsimovun Əbülfəz Elçibəy barədə yüksək fikirdə olması çox təqdirəlayiqdir. Onun adını gəmilərindən birinə verməsi də alqışlanılmalıdır. Amma ortaya məntiqi sual çıxır: M.Mənsimov indiyə kimi niyə belə gedişi etmirdi?

Dəqiq görünən budur ki, Mübariz bəy hansısa səbəbdən Azərbaycanda özünə ictimai dayaqlar yaradır - onun Rəsulzadə və Elçibəy sevgisinin qəflətən baş qaldırmasının əsas səbəbi də budur. Onun bu iki öndərə sevgi göstərməsi və adlarını əbədiləşdirməsi fürsəti illərdir vardı. 2004-cü ildə "Heydər Əliyev" adına gəmi inşa edən birisi 14 il sonra Rəsulzadəni, bir az sonra da Elçibəyi xatırladı... Bu qədər məsafə normal görünmür.

Hətta belə iddialar var ki, Mənsimovun biznesi heç də yaxşı vəziyyətdə deyil. Onun 30-a yaxın gəmisinin müsadirə olunduğu da deyilir. Hətta bu sayın arta biləcəyi də bildirilir. Belə olan halda, milyarderin batan gəmiləri ilə birdən-birə Rəsulzadə-Elçibəy yoluna transfer etməsi siyası  manevrdən başqa nəsə deyil. Bir faktı da qeyd edək ki, hazırda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı fikirlər səslənir. Bəlkə də Mənsimovun aktivləşməsinin kökündə duran məqamlardan biri də bununla bağlıdır?

Məhəmmədəli QƏRİBLİ

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ