Bazar ertəsi günü, 09 noyabr 2026
     

Boltonun Bakı zəngi, İlham Əliyevlə birgə qəti seçim, radikalların puç olan ümidləri...

Image


ABŞ prezidentinin müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi zəng etməsi Azərbaycanda və beynəlxalq rəsmi, qeyri-rəsmi dairələrdə maraqlı diskussiyalara səbəb olub. Telefon danışığı barədə rəsmi yayılmış məlumatın məzmunu özlüyündə dərin müzakirələr üçün yetərli materiallar verir.

Enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin indiki vəziyyəti müzakirə olunub. Məlumatın rəsmi dilini sadə ritorikaya çevirsək, nəticə bundan ibarətdir ki, ABŞ təkcə iki ölkənin yox, həmçinin bütün regionumuzun və dünyanın taleyüklü problem və proseslərinin Azərbaycan lideri ilə müzakirələrinə xüsusi önəm verir, bu problemlərin həllində Azərbaycanın indiyə qədər oynadığı rolun və verdiyi töhfələrin dəyərini qiymətləndirir, məhz bizim ölkəmizlə bütün sferalarda əməkdaşlığı davam etdirmək və gücləndirməyin qlobal və regional ehtiyaclara daha çox uyğun olduğunun fərqinə varır.

Zahirən adi bir hadisə kimi görünən xüsusi telefon zənginin mühüm pərdəarxası mətləblərindən biri ABŞ Prezidentinin Azərbaycan Prezidenti ilə işləmək, əməkdaşlığı davam etdirmək və gücləndirmək niyyətinin ifadəsidir. Heç bir şübhə yoxdur ki, belə ciddi və bütün dünyanın taleyində müsbət dəyişikliklər yaratmaq gücündə olan niyyət sadə situasiyalara və perspektivlərə hesablanmayıb, sətirüstü mülahizələrdən motiv almır, kökləri etibarilə çox-çox dərinlərə gedir. Bu niyyət ABŞ analitiklərinin və strateqlərinin enerji təhlükəsizliyi, ümumi siyasi təhlikəsizlik və Qarabağ prosesini irəlilətməkdə “regionun hansı ölkəsi və lideri ilə daha böyük nəticələrə yetişmək olar” sualı ətrafında apardıqları təhlillərin yekunu olaraq ortaya çıxıb. ABŞ-ın sülh, təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorla mübarizə kimi strateji platformalarında regionumuzun bütün dövlətlərinin hansı keyfiyyətdə nəzərdə tutulduğuna tam toxunmaq fikrimiz hələlik yoxdur. Bu gün buna da ehtiyac yoxdur ki, ABŞ-ın göstərilən platformalarında Xəzəryanı Mərkəzi Asiya dövlətləri, Gürcüstan, Türkiyə, Əfqanıstan və sair kimi ölkələrə hansı statusda yanaşıldığını təhlil edək.

Ermənistanın ən yaramaz qonşu kimi bu sistemdən kənarda qalmasını bütün dünya görür

Bizim üçün bu kontekstdə ən maraqlı müqayisələri Azərbaycanın və Ermənistanın timsalında aparmaq daha əhəmiyyətlidir. Əslində belə müqayisəni elə ABŞ-ın özündə də aparırlar, aparıblar və aparacaqlar ki, dünya və region üçün Azərbaycan və Ermənistan öz liderləri və malik olduqları potensiallarla nə deməkdir?! Müqayisənin bir tərəfində sülhsevər, multukultural, faydalı əməkdaşlıqda dünyaya çox şeylər qazandırmaq imkanında olan və qazandıran Azərbaycan, başqa tərəfində isə dilənçi payları ilə başını birtəhər girələyən, pozitiv inkişaf baxımından region və dünya ailəsinə heç bir töhfə verməyən, parazit kimi yalnız istehlakçılıq müstəvisində yaşayan Ermənistan var. ABŞ analitikləri necə fərqinə varmaya bilər ki, özünün beynəlxalq əməkdaşlıq səyləri ilə ancaq kimlərdənsə nəsə qoparmaq və hansısa dövlətin çiynində yük olmaq strategiyası ilə gedən Ermənistan başqa ölkədir, öz beynəlxalq əməkdaşlıqlarını qarşılıqlı fayda əsasında quraraq bəşəriliyə, ümumi rifaha, inkişafa, sülhə, əminamanlığa, təhlükəsizliyə real töhfələr verərək dünyanın pozitiv gələcəyinin hansısa yükünü xoş niyyətlə öz çiyninə çəkən Azərbaycan isə tam başqa bir ölkədir. Qonşusu Azərbaycana etdiyi təcavüz və əsassız ərazi iddiaları ilə bütün əhəmiyyətli regional layihələrdən kənarda qaldığı üçün boğulan Ermənistan nə regiona, nə də dünyaya pozitiv heç nə verə bilməz. Qonşularına, hətta öz xalqına, regiona, bütün dünyaya ancaq fəlakət mənbəyi olduğuna görə indi heç kim bu ölkəni Azərbaycanla bir sıraya qoymur. Telefon zəngi bir daha göstərdi ki, heç ABŞ-da da qoymurlar. Barmaq ucu boyda olan Ermənistanın başından yekə xülyalarla dünyanın böyük qütblərini kəllə-kəllə vəziyyətinə gətirmək siyasəti apardığını dünyada hər kəs görür. Özünün balanslı xarici siyasət kursu ilə region və dünya dövlətlərini müxtəlif əməkdaşlıq layihələrinin bir süfrəsi arxasına gətirən Azərbaycanın Ermənistandan yer-göy məsafəsində olduğunu necə görməmək olar?! Azərbaycanın Avrasiya oxu boyunca yaratdığı və ya yaradılmasında fəal iştirak etdiyi müxtəlif enerji, nəqliyyat, loqistika layihələrinin bu gün qlobal müsbət dəyişikliklərə gətirib çıxardığı, yeni keyfiyyətli regional əməkdaşlıq və təhlükəsizlik sistemi yaratdığı, tək Ermənistanın ən yaramaz qonşu kimi bu sistemdən kənarda qaldığı bütün dünyanın gördüyü reallıqdır.

...Trampın xüsusi bəyanatı Azərbaycanın və onun liderinin ABŞ üçün nə qədər önəmli partnyor olmasının...

Demək, ABŞ-ın dövlət xadimləri və siyasətçiləri bizim regionumuzda hansı dövlətin və hansı liderin “dəyişdirici aktor” olduğunu, regionda daim mövcud olmaq üçün kiminlə əməkdaşlıq etməyin daha faydalı olduğunu yaxşı bilirlər. Avropanın enerji təhlükəsizliyinin ABŞ üçün nə qədər önəmli strategiya olmasının sübuta ehtiyacı yoxdur. 1993-cü ildən başlayaraq indiyə qədər Azərbaycanın bu istiqamətdə fasiləsiz və nəticəli kurs apardığını ABŞ-da da yaxşı görürlər. “Cənub Qaz Dəhlizi”nin Avropa üçün nə qədər önəmli olduğunu ABŞ Prezidenti Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təkcə 2018-ci ildə yazdığı dörd məktubda açıq mətnlərlə ifadə edib. Konkret məsələlər üzrə ABŞ prezidentinin öz məktublarında İlham Əliyevlə davamlı işləməyə və əməkdaşlıq etməyə hazır olduğunu bəyan etməsi bütün dünya və regionumuz üçün çox təsirlidir. ABŞ prezidenti azərbaycanlı həmkarı ilə sıx əməkdaşlığı davam etdirmək istədiyi platformaları rəsmi məktublarda bir-bir qeyd edir. Azərbaycanın qlobal terrorla mübarizəyə, Əfqanıstanda və dünyanın bəzi ölkələrində sülhyaratma əməliyyatlarına canlı qüvvə və logistika dəstəyi verməsi ABŞ rəhbərlərinin lazimi dəyər verdikləri nüanslardır və Azərbaycanı digər ölkələrlə müqayisədə alternativsiz ragional aktor mövqeyində daha da möhkəmləndirir. “Cənub Qaz Dəhlizi”nin anti-İran sanksiyaların təsirindən kənar tutulması barədə Trampın xüsusi bəyanatı Azərbaycanın və onun liderinin ABŞ üçün nə qədər önəmli partnyor olmasının bariz ifadələrindən biridir. Beləliklə, Boltonun Azərbaycan Prezidentinə telefon zəngi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlərə, qlobal təhlükəsizlik və sülhyaratma missiyalarında real iştirakına ABŞ-ın verdiyi böyük önəmin vizual təsdiqidir.

Boltonun zəngi Qarabağ probleminin həlli üzrə prosesin pərdəarxası elementlərinin təhlili baxımından da böyük əhəmiyyət daşıyır. Bu məqamda bir neçə geosiyasi təzahürə diqqət yetirmək lazımdır.

Azərbaycan liderinin sayəsində Paşinyanı ziyanlı tərslikdən döndərmək mümkün oldu

Ermənistanda hakimiyyət dəyişib, bütün dünya bu dəyişiklikdən Qarabağ probleminin həlli prosesində yenilik baş verəcəyinə ümidlərini açıq ifadə edib. Almaniya kansleri İrəvana səfəri zamanı və Prezident Tramp Paşinyana yazdığı məktubunda bu məqamı açıq söylədilər, bununla da onu demək istədilər ki, Qarabağ probleminin həlli üçün Azərbaycan ən konstruktiv və sabit, Ermənistan hakimiyyətləri isə qeyri-konstruktiv mövqedə olublar. Elə həmin Boltonun ötən ilin sonlarında Ermənistana səfəri zamanı Paşinyana açıq mətnlə “sülh istəyirsinizə qonşuların torpaqlarını qaytarın” mesajını verməsi fakt kimi ortadadır. Qarabağ probleminin beynəlxalq hüquqa uyğun ədalətli həlli üçün məhz Azərbaycan diplomatiyasının və şəxsən cənab Prezidentin ardıcıl səyləri ilə tarixdə heç vaxt olmadığı qədər əlverişli beynəlxalq mühitin yarandığını da bütün ağıllı dövlət xadimləri və siyasətçilər görür. Görünən böyük regional aksiomalardan biri də budur ki, Avrasiya əməkdaşlıq layihələrinin indikindən də artıq faydalı olması üçün Azərbaycanın daha çox töhfələr vermək imkanları münaqişənin həllindən sonra mütləq açılacaq. Bütün dünyanın bu gün inandığı gerçəklərdən biri Azərbaycanın Ermənistanı regional təcridə salmaqda beynəlxalq hüquqi və təbii haqqa malik olmasıdır. Dünyanı bu gerçəkliyə Azərbaycan Prezidenti sistemli və ardıcıl işlə inandıra bildi və indi bütün beynəlxalq kürsülərdə “təcavüzü davam etdirdiyi ana qədər Ermənistanı təcrid edəcəyik” bəyanatını çəkinmədən, inamla deyir və arxasında da durur. Ermənistan nə qədər pozucu və aldadıcı taktikalara əl atsa da, zamanın və proseslərin onun əleyhinə işləməsini dayandıra bilmir. Yeni rəhbərliyin də əvvəlkilər kimi arada bir müddət danışıqlar formatını dəyişmək cəhdləri olsa da, sonda Azərbaycan liderinin maksimum prinsipiallığı və konstruktiv ruha yüksək məsuliyyətlə yanaşması hesabına Paşinyanı səhv yoldan və ziyanlı tərslikdən qaytarmaq mümkün oldu.

Bir necə aylıq fasilə yaransa da, əvvəlki Azərbaycan-Ermənistan formatına qayıdış, Prezident Əliyevlə Paşinyanın Sankt-Peterburqda, Düşənbədə və Davosda görüşləri, XİN başçılarının Milan və Paris görüşləri məhz Azərbaycanın daha üstün səyləri ilə əldə olunmuş reallıqlardır. Demək, Trampın müşavirinin Bakıya telefon açmasının təsadüf olmayan tutarlı səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli və bu prosesdə Azərbaycan Prezidentinin mövqeyi ilə bağlıdır. Tam görüntü budur ki, ABŞ rəhbərliyi Qarabağ münaqişəsinin həlli prosesində müşahidə olunan dinamikanı və belə demək mümkünsə, “uğurlu nəfəsliyin” açılmasında Azərbaycanın rolunu yetərincə qiymətləndirir, problemin həllində öz səylərini davam etdirəcəyini açıq şəkildə ifadə edir. Boltonun Bakıya zəngindən sonra ABŞ-dan Paşinyana bir qədər də konkret və daha sərt tonda Qarabağ mesajlarının veriləcəyi yaxın həftələrin ən real ehtimalları kimi nəzərdən keçirilə bilər. ABŞ təcavüz və əsassız torpaq iddiaları ilə zəhərlənmiş, “geoiqtisadi və geosiyasi xədimə” çevrilmiş Ermənistan kimi artıq və zərərli bir yükün xatirinə Azərbaycan kimi faydalı tərəfdaş ölkənin mənafelərini kölgədə buraxmayacaq. Boltonun zəngindən çıxara biləcəyimiz nəticələrdən biri də budur.

Cəmi birillik hakimiyyətləri dövründə ABŞ və Rusiya kimi iki nəhəngi az qala qarşı-qarşıya gətirmiş həmin radikalları kim yenidən Azərbaycanda hakimiyyətdə görmək istəyər?!

Boltonun zənginin Azərbaycanda bəzi daxili siyasi proseslərdən sonra azacıq zaman fərqi ilə baş verməsinə bəzi daxili qüvvələr xüsusi maraqla yanaşsa da, burada obyektiv mətləb tam başqadır. Söz yox ki, bu zəngin Bakıda xaricdən bəzi antimilli qrupların da dəstəyi ilə radikalların bir-iki aksiya keçirmək cəhdindən və artıq dağıdıcı formalar almağa başladığı üçün aksiyaların məhdudlaşdırılması barədə rəsmi qərardan sonraya təsadüf etməsi bəzilərinə başqa nəticələr çıxarmağa əsas verə bilər. Ancaq sadə məntiqdir ki, ölkə daxilində proseslərin tam nəzarət altında idarə olunması bir tərəfə qalsın, hətta bütün regiondakı proseslərə iqtisadi, siyasi, nəqliyyat riçaqları ilə təsir göstərmək gücünə sahib Azərbaycan hakimiyyətini heç kim 2-3 min nəfərlik xaotik və sistemsiz işləyən radikal dəstənin emosional və xalqın dəstək vermədiyi tələblərinə dəyişə bilməz. O ki qaldı ABŞ ola...

Cəmi bir illik hakimiyyətləri dövründə ABŞ və Rusiya kimi iki nəhəngi az qala qarşı-qarşıya gətirmiş həmin radikalları kim yenidən Azərbaycanda hakimiyyətdə görmək istəyər?! Təbii ki, nə Rusiya, nə də ABŞ. Onlar bu gün Azərbaycanda elə bir hakimiyyətin olmasına üstünlük verir ki, dövlətləri bir-birilə toqquşdurmasın, əksinə, dünya güc mərkəzlərinin mənafelərindəki oxşar məqamları ustalıqla taparaq uzlaşdırsın və hamı üçün faydalı əməkdaşlıqların yeni-yeni mərhələlərini açsın. Bu hədəfi dəqiq vurmaqda İlham Əliyev hakimiyyətinin alternativsizliyi “əlahəzrət fakt” gücündədir. ABŞ, NATO və Rusiya ali hərbi rəhbərlərinin məhz Bakıda dəfələrlə görüşərək əslində dünyanın taleyilə birbaşa bağlı məsələləri müzakirə etmələri, razılığa gəlmələri Prezident İlham Əliyevin diplomatiyasının bir-birinə əks dünya qüvvələri üçün hansı gücdə yaxınlaşdırıcı faktor olduğunu bir daha ortaya qoydu. Bakının barışdırıcı geosiyasi məkan statusuna sahiblənməsi yuxarıda dediyimiz “əlahəzrət fakt”a ən böyük sübutdur.

O da məlumdur ki, regionun və dünyanın taleyi üçün ABŞ-ın da maraqlı olduğu bir sıra layihələrin sonadək uğurla yekunlaşması məhz Azərbayacanın indiki hakimiyyəti ilə davamlı, səmimi və hərtərəfli əməkdaşlıqdan keçir. Bu layihələr “Cənub Qaz Dəhlizi”dir, Şimal-Cənub Dəhlizidir, Şərq-Qərb marşrutudur, Transxəzər qaz kəməridir, dünya boyu sülhyaratma əməliyyatlarıdır, terrorla və transmilli cinayətkarlıqla mübarizə proqramlarıdır, nəhayət Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ortada Azərbaycan hakimiyyəti ilə uzunmüddətli əməkdaşlıqdan keçən belə böyük işlərin olduğu bir vaxtda Boltonun zəngi kimi qlobal hadisəni 2-3 minlik radikalın mənasız çırpıntıları ilə bağlamağın adı və mənası yoxdur.

Təhlillər birmənalı sübut edir ki, C.Boltonun zəngi həm də Azərbaycanın daxilində Qərbin ölkəmizə təzyiq göstərəcəyi və ya hansısa güzəştlərə məcbur edəcəyi ilə bağlı ümidlərinin üstündən qalın bir xətt çəkdi.

Bir daha aydın nümayiş edildi ki, ABŞ Azərbaycandan Qərbə ümid yeri kimi baxan antimilli qruplara dəstək vermək niyyətində deyil. Rəsmi Vaşinqtonun Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı daha da dərinləşdirmək niyyətləri bütün əlamətləri ilə ortadadır.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ