Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyadan Əli Kərimliyə pulun 37, hətta 50 min dollar partiyalarla necə göndərildiyi üzə çıxır

Image


Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Baki-xeber.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindirilib.

Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, eləcə də KİV nümayəndələri iştirak edib.

Şahid qismində dindirilən Heydər Əhmədov ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deport olunub, bundan sonra ailəsinin dolanışığı məqsədilə ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olub. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15.000-20.000 ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları vatsap vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında görüşərək onlara çatdırıb. O bu xidmətə görə aylıq 500 manat qazanc əldə edirmiş.

Heydər Əhmədov ifadəsində həmçinin qeyd edib ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında vatsap vasitəsilə onun istifadə etdiyi mobil telefona göndərib. Həmin vaxt Aslan ona yazaraq, Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməsini istəyib. Aslanla telefon yazışmalarından sonra səhəri gün Vidadi Rüstəmli ilə 5 №-li xəstəxənanın qarşısında görüşərək həmin 37 min ABŞ dollarına yaxın pulu ona verib. Bundan sonra Vidadi Rüstəmli onunla vatsap vasitəsilə əlaqə saxlayıb, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla, onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dolları pulu, həmişə olduğu kimi 5 №-li xəstəxananın qarşısından gəlib götürüb.

Ceyhun Hüseynov məhkəmədə ifadəsində göstərib ki, təxminən 3 ilə yaxın müddətdir Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4.000-5.000 ABŞ dolları pul götürüb. C.Hüseynov vurğulayıb ki, hətta bir dəfə Vidadi ondan 50.000 ABŞ dolları məbləğində pul götürüb.

Rauf İsgəndərov da məhkəmədə dindirilərkən bildirib ki, bank əməliyyatı olmadan ABŞ dollarının köçürülməsi işi ilə məşğul olur. Rauf İsgəndərov həmin işi hazırda Moskva şəhərində yaşayan atası Sahibin vasitəsilə qurduğunu ifadə edərək, qanunsuz qaydada köçürmə yolu ilə pul verdiyi şəxslərdən birinin də Vidadi Rüstəmli olduğunu qeyd edib. R.İsgəndərov istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, təxminən 2016-cı ilin əvvəllərindən 2017-ci ilin sonlarınadək AXCP üzvü Vidadi Rüstəmliyə hər dəfə müxtəlif məbləğlərdə pullar verib. Vidadiyə, demək olar ki, 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğlərdə pullar verib. Verdiyi ən az məbləğ 300-400 ABŞ dolları, ən çox isə 3.000 ABŞ dolları olub.

AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli isə ifadəsində göstərib ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazaraq, Əli Kərimlinin çıxışlarının nəyə görə keyfiyyətsiz olduğunu soruşub, ona deyib ki, ola bilsin kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş edib ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcək, həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi Vidadi ilə “Gənclik” metrostansiyasının yanında görüşüb və vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırıb.

Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları aldığını etiraf edib.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Baki-xeber.com




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ